Azərbaycan" jurnalının yeni sayı çıxıb
Bugünlərdə
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı
"Azərbaycan" jurnalının
fevral sayı
işıq
üzü görüb.
"Poeziya" bölməsində
Musa Yaqub, Eyvaz Borçalı, Xəyalə
Sevil, İlham İnam və Adil Şamilin şeirləri çap olunub.
"Nəsr"də Səyyad
Aranın "Başdaşı"
romanı, Nurəddin Ədiloğlunun "Bumeranq"
povesti, Aydın Tağıyevin
"İsrafilin suru"
hekayəsi verilib.
"Sərhədsiz söz sərvətimizdir" rubrikasında
oxucular Xalq yazıçısı Anarın
"Güneydən gələn
səslər" essesini
oxuya biləcəklər.
Bu dəfə
jurnal uşaq ədəbiyyatına da yer
ayırıb. Bölmədə
Ələmdar Quluzadə,
Sevinc Nuruqızı, Ələsgər Əlioğlu,
Nuranə Nur, Şəfiqə Abbasova,
Sabir Şirvan, Ədalət
Salman, Qəşəm Nəcəfzadə
və Elnarə Akimova öz ədəbi mətnləri
ilə çıxış
ediblər.
Günel Natiq bu dəfə "Ədəbi
talelər"də Qoqoldan
danışıb. "Tənqid
və ədəbiyyatşünaslıq"
bölməsində isə
Fərid Hüseyn
"Ürək jarqonu",
Yeganə Məmmədova
"Təkəbbürlük eyləyəni Tanrı sevməz", Günel Səfərova "Cəfər
Rəmzi İsmayılzadə",
Vaqif Yusifli "Ədəbi fraqmentlər"
məqalələri ilə
çıxış ediblər.
Zümrüdün hazırladığı "Ədəbi kaleydoskop"
rubrikasında İ.S.Turgenev və F.S.Fisceraldın yaradıcılığı,
əsərləriylə bağlı
maraqlı faktlar verilib.
Ənənəvi olaraq jurnalın
"Kitab rəfi"
rubrikasında yeni nəşrlərdən söz
açılır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2020.-29 fevral.- S.13