İrəvan Teatrı "Xocalıya ədalət!"
kompozisiyasını təqdim edib
İrəvan
Teatrı "Xocalıya ədalət!"
kompozisiyasını təqdim edib<b
style="color:red"></b>
Cəfər
Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram
Teatrı R.Behbudov adına Azərbaycan Dövlət Mahnı
Teatrının səhnəsində şairə-dramaturq Azadə
Talehin "Xocalı şəhidim Şöhrət Həsənov"
adlı poeması əsasında hazırlanmış
"Xocalıya ədalət!" kompozisiyasını təqdim
edib.
Tədbir
Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlanılıb.
Tədbiri İrəvan
Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar
mədəniyyət işçisi İftixar Piriyev açaraq
bildirib ki, İrəvan Teatrı həmişə öz
repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə
önəm verir. Qeyd edib ki, kompozisiya teatr tərəfindən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət!"
beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə
səhnələşdirilib.
Şairə-dramaturq
Azadə Taleh, Anadolu Aydınlar Ocağının rəhbəri,
professor İbrahim Öztek, Xocalı şəhidi Şöhrət
Həsənovun həyat yoldaşı Mehriban Əliyeva,
Xocalı şəhərinin keçmiş prokuroru Atakişi
Atakişiyev çıxış edərək 28 il bundan qabaq
Xocalı faciəsi zamanı Azərbaycan xalqının o dəhşətli,
faciəli gecədə başına gətirilən bəlalardan,
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq müharibəsinin gedişində
dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş
soyqırımı cinayətlərinin ən dəhşətli
faktlarından danışıblar.
Sonda
"Xocalıya ədalət!" kompozisiyası
nümayiş olunub. "Mistik ritual" formasında
hazırlanan tamaşa erməni vəhşiliyi, erməni
vandalizmindən bəhs edir.
Kompozisiyanın
quruluşçu rejissoru Nicat Mirzəzadə,
quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı
Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Əməkdar
artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova,
aktyorlar Səmayə İsmayılova, Niyaməddin Səfərəliyev,
Müdvər Nemətova, Anar Buludov, Arzuman Tanrıverdi, Sevinc
Hüseynova, Sevinc Bəxtiyar, Xədicə Məmmədova, Pərvin
Dadaşova, Zəki Fətəliyev, Fərid Vəliyev, Samir
Əliyev və Səbinə İmanverdiyeva
çıxış ediblər.
525-ci qəzet.-2020.-29 fevral.- S.12