Nəsillərə örnək ömür yolu
Sevmək,
onun yolunda vuruşmaq və onun uğrunda göz qırpmadan
canını vermək əsl aşiqlərin işidir. Bütöv bir Vətəni sevmək, onun hər qarışı üçün vuruşmaq,
bir deyil, neçə-neçə millətin,
xalqın taleyi, rifahı üçün
cəbhəyə atılmaq
və sonadək mübarizə aparmaq İkinci Dünya Müharibəsi qəhrəmanlarını
tarixin qızıl səhifələrinə yazdırdı. Təbii ki,
bu, Vətən eşqi ilə döyünən ürək
və səni mübarizədən yayınmamağa
izn verməyən cəsarət tələb
edir.
Müxtəlif zamanlarda Vətənin hər qarışı üçün düşünmədən,
tərəddüd etmədən
döyüşən Azərbaycanın
oğul və qızları İkinci Dünya Müharibəsində
də can-başla iştirak edib, cəbhə bölgələrində
düşmənə qarşı
mərdliklə vuruşublar. Onların düşmən
qarşısında göstərdikləri
şücaət qəhrəmanlıq
nümunəsi olaraq anılır. Böyük Qələbə
bayramının 75-ci ildönümü
münasibətilə II Dünya
Müharibəsi qəhrəmanlarını
xatırlamaq yerinə
düşər. II Dünya Müharibəsi başlanan kimi teatrdakı fəaliyyətini
dayandırıb döyüşlərə
qatılan Mikayıl Əhməd də döyüşçü cəsarəti
ilə seçilən
qəhrəmanlardan olmuşdur.
Mikayıl Soltan oğlu Əhmədov (əsl adı: Mikayılmahmud Soltanəhməd oğlu Əhməd) 1920-ci il may ayının
13-də Bakıda ziyalı
ailəsində anadan olub. Atası Soltanəhməd həkim və ilahiyyatçı idi.
O, İranda Tehran Universitetinin
tibb fakültəsini bitirmiş və həm də ərəb və fars dillərinə
mükəmməl surətdə
yiyələnmişdi. Soltanəhmədin babası doktor Kərbəlayı Mahmud Pirşağı
bəylərindən idi.
Kərbəlayı Mahmudun babası
Əhməd bəy şəcərə etibarilə
"Soltan-Əhməd" xanədanına mənsubdur.
Mikayılgil ailədə
3 uşaq olurlar: Məsumə böyük bacısı, Bibixanım kiçik bacısıdır.
Mikayılmahmud isə ailənin
tək oğlu olub.
Azərbaycan Dram Teatrının ilk baş rejissoru və direktoru Bilal Əhməd Mikayılın
əmisidir. Onun təkidi ilə
Mikayıl Əhməd
30-cu illərdə Bakı
Teatr Texnikumunda oxuyur. Görkəmli aktrisa Nəsibə
Zeynalova ilə tələbə yoldaşı
olan M.Əhməd burada böyük rejissor Aleksandr Tuqanovdan dərs alır və Dram teatrında müxtəlif
rollarda çıxış
edir. Lakin amansız müharibələr
Mikayılı yaradıcılıqdan
uzaq salır. O, əvvəlcə Sovet-Fin müharibəsinə, sonra
isə Böyük Vətən Müharibəsinə
yollanır. Berlinə qədər döyüş
yolu keçən Mikayıl Qələbə
günü ağır
yaralanır. Dörd qabırğası
sıradan çıxır
və ona süni qabırğa qoyulur. Müharibə illərində ondan
heç bir xəbər-ətər bilməyən
ailəsinə onun ölüm xəbəri gəlir. İlyarım
Avstriyada hərbi hospitalda müalicə alan igid
döyüşçü ancaq 1947-ci ildə doğma Bakıya qayıda bilir. Dəfələrlə ağır
zədə alan,
bədəni qəlpələrlə
dolu olan qəhrəman döyüşçü,
baş leytenant Mikayıl Əhməd şücaətinə görə
müxtəlif orden və medallarla təltif olunur.
Müharibə veteranları hər zaman dövlətin xüsusi diqqət və qayğısını
görmüşlər. Mikayıl Əhməd
də bu diqqətdən kənar
qalmayıb. O, "1941-1945-ci il
Böyük Vətən Müharibəsinin
Qələbəsinin 30 illiyi",
"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi"
və "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı,
"Qvardiya" döş
nişanı, "Fərdi təqaüdçü",
"Əmək veteranı", "1974-cü il Sosialist
Yarışının Qalibi" kimi çoxsaylı orden-medallarla
təltif edilib. Ümummilli
lider Heydər Əliyevlə mütəmadi
görüşləri onu Vətəninə
xidmət etməyə daha da
ruhlandırır. Müharibədən sonra
Bakıda hərbi zavodların mühafizə idarəsinin rəisi
işləyən Mikayıl Əhməd az
sonra bu işindən
ayrılır və taleyini "Xəzər
Dəniz Gəmiçiliyi" ilə bağlayır. O, "Sovet Özbəkistanı",
"Həmid Sultanov" gəmi bərələrində
müxtəlif vəzifələrdə işləyərək
kapitanın baş köməkçisi vəzifəsinə
qədər yüksəlir. 55 yaşında pensiyaya
çıxan dənizçi doğma Xəzərdən
ayrıla bilmir və 65 yaşına
qədər gəmiçilikdə çalışır.
Mikayıl
1947-ci ildə Bakı Neft Texnikumunun sonuncu kurs tələbəsi
Almaxanım Kərbəlayı Əzim qızı ilə evlənir
(Kərbəlayı Əzim Binəqədinin el
ağsaqqallarından sayılıb). Bu
izdivacdan 6 övladları olur
və onların hər biri ali təhsil alır. Onun böyük oğlu
Əhməd fizik-ixtiraçı alim,
ortancıl oğlu Mövsüm
yazıçı-dramaturq, bəstəkar, kiçik
oğlu Vüqar
Əhməd şair, ədəbiyyatşünasdır.
Nəvəsi Almaxanım Əhmədli VI Televiziya
Muğam Müsabiqəsinin qalibi - "Qran-Pri"
mükafatçısıdır. Qızları həkim,
mühəndis və maliyyəçidir. Böyük qızı Çeşmi 2012-ci ildə 63 yaşında
dünyasını dəyişib. Çeşminin
üç oğlu ali təhsilli, elin
ağır günlərində biganə qalmayıb Qarabağ savaşında düşmənlə
mərdliklə döyüşən, Vətənə və
babalarına layiq övladlardır. Nəvəsi
Hüseyn Vüqar oğlu iqtisadçıdır.
Mikayıl Əhməd 1995-ci ildə 75 yaşında insult keçirərək dünyasını dəyişib. Ancaq aradan nə qədər zaman keçsə də, onun xatirəsi əziz, həyat və fəaliyyət yolu unudulmazdır.
Təhminə
VƏLİYEVA
525-ci qəzet.- 2020.- 5 fevral.- S.18.