"Ulduz"un yeni sayının təqdimatı
oldu
Fevralın 3-ü Azərbaycan Yazıçılar
Birliyinin "Natəvan"
klubunda "Ulduz" jurnalının yanvar sayı təqdim olunub.
Təqdimatda AYB-nin Gənclər Şurasının
üzvləri, "Ulduz"
jurnalının redaksiya
heyəti, jurnalda əsərləri çap
olunan müəlliflər
və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözüylə
açan "Ulduz"
jurnalının baş
redaktoru Qulu Ağsəs jurnalda gedən materialları şərh edərək deyib ki, bu
dəfə jurnalı
AYB-nin Gənclər Şurası hazırlayıb. Yanvar sayı
tamamilə poeziyaya həsr olunub. Jurnal Gənclər Şurasının
sədri və bu sayın redaktoru
şair Fərid Hüseynin "Ön söz"ü ilə başlayır. Yeni sayın
eksperti isə professor
Cavanşir Yusiflidir.
Poeziya bölümündə Rəvan
Cavid, Fuad Cəfərli, Tural Turan, Emin Piri,
Şahanə Müşfiq,
Allahşükür Ağa,
Günel Şamilqızı,
Mehman Rəsulov, Firdovsi Rəsul və Rüstəm Hacıyevin yeni şeirləri dərc olunub. Tənqidçi, ədəbiyyatşünas Ülvi Babasoyun "Musa Yaqubun "Mən də eləyəm" şeirində vizual və akustik poetika" yazısı da bu saydadır.
Xanım
Aydının tərcüməsində
şairlər və şeirlər haqqında aforizmlər, Məhəmməd
Nurinin tərcüməsində
fars ədəbiyyatından
Məhəmməd Şirinzadənin,
Şatir Abbas Səbuhinin şeirləri
(filoloji tərcümə),
Aytac Quliyevanın tərcüməsində Nərmin
Sarıbaşın "Didəm
Madak" yazısı,
Baloğlan Cəlilin tərcüməsində Başqırd
poeziyasından Mustay Kərimin və Gülnaz Kutiyevanın şeirləri, Mahir Həmidovun tərcüməsində
Mahmud Faxurinin "Cahiliyyət
dövrü ərəb
şeiri" yazısı,
Səxavət Sahilin tərcüməsində Migel
Ernandesin şeirləri,
dünyada oxunan ən çox şeir kitabları və ən çox oxunan İnstaqram şairi haqqında Elcan Salmanqızının ingilis
mətbuatından tərcümə
etdiyi xəbərlər
də yeni saydadır.
Günel
Şamilqızının tərcüməsində
çağdaş türk
poeziyasının ən
parlaq nümayəndələrindən
olan Qönçə
Özmənin şeirləri,
Xatirə Nurgülün
tərcüməsində Lev Kolodnının "Onlar təkcə şair deyildilər..." məqaləsi,
Nüşabə Babayeva-Vəkilovanın
Vaqif Səmədoğlu
haqqında "Mən
sənin yolunam" yazısı, Mehman Həsənlinin "Nəsr
təfəkkürlü poeziya
və ya Aytmatovun səslənişləri"
məqaləsi və Aytmatovun şeirləri əhatəli şəkildə
müzakirə olunub
Qulu Ağsəs çıxışında
şair Şəhriyar
del Gerani və bədii qiraətçi Kamran Yunislə müsahibələrdə
müzakirə edilməli
bir sıra mətləblərin olduğunu
vurğulayıb.
F.Hüseyn çıxşında deyib: "Dörd ay öncə Türkiyədə
olarkən bir jurnal gördüm. Jurnalın adı "Sadəcə şeir" idi. Hələlik ilk sayı çap
olunmuş jurnal diqqətimi cəlb elədi. Arzuladım ki, bizdə
də poeziyaya həsr olunmuş jurnal olsun. Məhdud imkanları nəzərə
alsaq, heç olmasa, bir jurnalın
daxilində belə bir say buraxmaq istədik. Fikrimi Qulu Ağsəsə
bildirdim. Sağ olsun ki, dəstək
oldu, şərait yaratdı. Biz çalışmışıq
ki, bu sayda
poeziyaya aid hər şeyi əhatə edək. Həm də təkcə
Azərbaycan ədəbiyyatından
deyil, ümumilikdə
dünya ədəbiyyatından
nümunələrlə müqayisəyə
nail olaq. Biz Gənclər Şurası
olaraq görüşlər
keçirir, müəyyən
mövzular ətrafında
müzakirələr təşkil
edirik. Gələcək aylara da bir sıra planlarımız
var. Qulu müəllimlə
belə qərarlaşdırmışıq
ki, bir neçə
ay sonra "Ulduz"un
prozaya, nəsrə həsr olunmuş sayını buraxaq".
AYB Ədəbiyyat Fondunun direktoru, şair Əjdər Ol jurnaldakı bütün yazıları oxuduğunu
deyib, gənclərin yaradıcılığından danışıb: "Belə
görürəm ki, cavanlar fərqli ideallarla yazmağa başlayıblar. Bu,
əslində, yaxşıdır. Sadəcə indiki cavanların poeziyasında bir şey müşahidə
edirəm: ya çox pis yazırlar, ya da yaxşı yazanlar şeiri hədsiz yükləyirlər.
Çalışırlar ki, şeirdəki
hər misranın fəlsəfi yükü
olsun. Bu da şeiri
ağırlaşdırır, oxucunun
anlamasını çətinləşdirir. Mən istərdim
ki, onlar buna diqqət eləsinlər".
AYB-nin
katibi Rəşad Məcid çıxışında deyib
ki, son on ildə bir neçə dəfə Qulu Ağsəs
jurnalı gənclərin ixtiyarına buraxıb: "Qulu
müəllimin bu ürəkaçıqlığı,
jurnalı gənclərə həvalə etməsi təqdirəlayiq
haldır. Alqışlayıram ki, Gənclər
Şurası da yeni ideyalarla işləyir, ədəbi mühitdə
canlanma yaratmağa
çalışır. Türkiyəyə, ya
da başqa ölkəyə
gedəndə elə jurnallar, dərgi və
kitablar görürsən ki,
arzulayırsan, bizdə də olsun. "Ulduz"un bu
sayı da Fəridin həmin
arzularınınn birindən doğub. Jurnalda bəzi yazılar, tərcümələr
var ki, diqqət cəlb
edir. Düşünürəm ki, bunu gələcəkdə
də davam etdirmək lazımdır".
Tənqidçi
Cavanşir Yusifli jurnalın sözügedən sayı
haqqında geniş ekspert rəyi yazdığını deyib
və əlavə edib ki, bu say gənclərin ədəbi axtarışlarının bəhrəsidir.
Tərcüməçi
Mahir Həmidov jurnal haqqında fikirlərini
bölüşüb, onun poeziyaya həsr edilməsinin təqdirəlayiq
olduğunu deyib.
Daha
sonra Günel Şamilqızı, Allahşükür Ağa,
Rüstəm Hacıyev, Emin Piri jurnalda çap olunan şeirlərini
oxuyublar.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 5 fevral.- S.16.