Milli Kitabxanada Polad Bülbüloğlunun
anadan olmasının
75 illiyi qeyd edilib
Fevralın 4-də M.F.Axundzadə adına Milli Kitabxanada Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlunun anadan
olmasının 75 illiyi
münasibətilə tədbir
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Polad Bülbüloğlunun
Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərindən
söhbət açıb.
Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında
böyük xidmətlərinə
və uzunmüddətli
səmərəli ictimai-siyasi
fəaliyyətinə görə
Polad Bülbüloğluna
ən ali
mükafat “Heydər Əliyev” ordenini təqdim edib.
Qeyd edib ki, Polad Bülbüloğlu
zəngin yaradıcılığa
malik istedadlı bəstəkardır. Onun musiqi mədəniyyətimizə
bəxş etdiyi “Gəl ey səhər”,
“Zəng et”, “Ay Dilbər”,
“Dolalay”, o cümlədən
kinofilmlərə yazdığı
digər mahnıları,
simfonik orkestr əsərləri, “Məhəbbət
və ölüm” baleti bu gün
də dünyanın ən sevilən musiqiləri sırasındadır.
Milli Kitabxana tərəfindən
bəstəkarın 20-dən artıq musiqisi Petruççi Kitabxanasının
saytında yerləşdirilib.
Natiq Polad Bülbüloğlunun
ictimai xadim kimi fəaliyyəti haqqında danışaraq
bildirib ki, o, həm mədəniyyət
naziri kimi, həm də səfir kimi Azərbaycanın mədəniyyətinin,
diplomatiyasının, ölkələrarası
münasibətlərin inkişafında,
iki ölkənin mədəniyyətinin inteqrasiyasında
çox böyük xidmətlər göstərib.
Daha sonra tədbir iştirakçıları görkəmli
bəstəkarın əsərlərindən,
haqqında yazılmış
kitablardan ibarət “Polad Bülbüloğlu –
75” adlı geniş kitab sərgisi ilə tanış
olublar.
525-ci qəzet.- 2020.- 5 fevral.- S.13.