Yakup Öməroğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu ilə Fondda görüşü keçirilmişdir.

Görüşdə, Türk dünyasının görkəmli yazıçı və şairlərinin yaradıcılığından, o cümlədən ötən il böyük şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi yubileyi ilə bağlı görülmüş tədbirlərdən, həmçinin bu il qazax yazılı ədəbiyyatının banisi, şair, mütəfəkkir Abay Kunanbayevin 175 illik yubileyi  barədə söhbət açılmış, türkdilli xalqların ortaq mədəniyyət nümunələrinin qorunub saxlanılması və dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanmışdır.

Fondun Prezidenti Günay Əfəndiyeva Türk dünyasının bu il yubileyləri olan görkəmli şəxsiyyətlərin əsərlərinin təbliğ olunması, eləcə də onların yaradıcılığına həsr olunmuş tədbirlərin keçirilməsi üçün lazımi dəstək göstərilməsinə Fondun hazır olduğunu bildirmişdir. Eyni zamanda, Türk dünyasının yazıçı və şairlərinin, elm adamlarının iştirakı ilə seminar, konfrans, təlim və digər layihələrin rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.  

Yakup Öməroğlu Avrasiya Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı geniş məlumat verərək, sosial və tarixi əlaqələri olan millətlərin bir-birinə daha da yaxınlaşması üçün çalışdığını, Fondun bu dəyərlərin mühafizəsi və təbliği ilə bağlı gördüyü işləri yaxından izlədiyini söyləmişdir. Daha sonra Avrasiya Yazarlar Birliyinin kitablarını və baş redaktoru olduğuKardeş Kalemlər” jurnalının buraxılışlarını Fonda hədiyyə etmək niyyətində olduğunu bildirmişdir.

Görüş zamanı, əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri barədə danışılmış, qarşılıqlı birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.

 

525-ci qəzet.- 2020.- 5 fevral.- S.13.