"Azərbaycan"ın 2020-də ilk sayı
Bu
günlərdə "Azərbaycan" jurnalının yeni
ildə ilk sayı işıq üzü görüb.
Jurnal şair Firuzə Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş xüsusi rubrika ilə başlayır. Buraya şairin şeirləri və Südabə Ağabalayevanın "Yaşımdan aşacağam" məqaləsi daxildir.
"Poeziya"
bölməsində Dəyanət Osmanlı, Əyyub Qiyas,
Rafiq Yusifoğlu və Mənsurə
Qaçayqızının şeirləri var.
"Dramaturgiya"da
Xalq yazıçısı Elçinin "Stalin" faciəli
farsı, "Nəsr" bölməsində Mübariz Cəfərlinin
"Zəncir" romanı yer alıb.
"Esse"
bölməsində oxucular Xalq yazıçısı
Anarın "Qanlı illərin şəhadəti",
"Şeyx Şamilin "qurbanı" Heydər
Hüseynov, "Güneydən gələn səslər",
Fidan Abdurəhmanovanın "Uzun sürən cavanlıq"
esseləri ilə tanış olacaqlar.
Mahir
Həmzəyevin "Biz türkük, Azərbaycan isə bizim
yurdumuzdur" məqaləsi "Publisistika"dadır.
"Tənqid və ədəbiyyatşünaslıq" bölməsində bu dəfə Jalə Qəribova "Homo Nihilus Sosial deqradasiyanın kimlik formatı", Möhsün Nağısoylu "Nəsimi "Divan"ının leksikası: Azərbaycan dilçiliyinin böyük uğuru", Vaqif Yusifli "Hekayəni sevirik" məqalələri ilə çıxış ediblər. Jurnalın ənənəvi "Kitab rəfi" rubrikasında yeni nəşrlərdən söz açılır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 5 fevral.- S.13.