Polad Bülbüloğluya
yubiley təbriki
Hörmətli Polad müəllim!
Sizi, görkəmli dövlət
və ictimai xadimi, ali sənətkar və nadir keyfiyyətlər sahibi olan şəxsiyyəti bu əlamətdar 75 illik yubiley günündə ürəkdən
təbrik etmək istərdim.
İllər uzunu davam edən
fəaliyyətiniz öz
çoxcəhətliliyi və
miqyası ilə heyrət hissi doğurur. Əlbəttə, ilk öncə Siz
beynəlxalq arenada tanınan diplomat - ölkəmizin
maraqlarının sayıq
müdafiəçisisiniz. Azərbaycanın Rusiya ilə ikitərəfli münasibətlərinin son 15 il ərzində uğurla, dinamik inkişaf etməsində Sizin də zəhmətiniz
önəmlidir. Ölkə
tarixinin ən çətin dövründə
Mədəniyyət Nazirliyinə
rəhbərlik edərək
Siz nazir vəzifəsində gerçəkləşdirdiyiniz
çoxsaylı irihəcmli
layihələrlə müstəqil Azərbaycanın
incəsənətinin inkişafına,
geniş miqyasda tanınmasına əvəzsiz töhfələr
bəxş etmisiniz.
Dünyanın müxtəlif guşələrində
yaşayan on minlərlə
insan Sizi ilk öncə nadir istedada malik özünəməxsus musiqiçi – bəstəkar və müğənni kimi tanıyır. İllər ərzində ölkə
-ölkə
gəzərək Siz
öz təkrarsız sənətinizlə
Azərbaycanı millətindən,
dili və dinindən asılı olmayaraq geniş auditoriyaya tanıtdırmısınız. Bu gün də Sizin şaqraq
səsiniz,
bənzərsiz ifa ədanız, bir-birindən gözəl
mahnılarınız sevə-sevə
dinlənilir: Siz ən gözəl tədbirlərin istəkli, səbirsizliklə
gözlənilən qonağısınız.
Müxtəliflik, zənginlik Sizin bəstəkartək
yaradıcılığınızı da səciyyələndirir.
Burada instrumental musiqinin
ali janrı - simfoniya, kamera-instrumental və vokal əsərlər
də təmsil olunub. Bəstəkar kimi sənətinizin tacı -
əbədi dəyərləri
vəsf edən “Məhəbbət və ölüm” baletiniz müxtəlif məşhur teatr səhnələrində
tamaşaya qoyularaq Azərbaycan sənətinə şöhrət
gətirmişdir.
Gözəl bir deyim var: ot kökü üstündə
bitər. Sizin bütün yaradıcılıq
həyatınız bu
fikri isbat və təsdiq edir. Yeni Azərbaycan mədəniyyətinin
qurucularından biri
- dahi sənətkar, musiqiçi, tədqiqatçı, vokal
ustası əfsanəvi Bülbülün ailəsində
boya-başa çatmış
bir insan kimi Siz Azərbaycan sənətinin ən yaxşı ənənələrini
şərəflə davam
etdirir, bu işə bütün ürəyinizin hərarətini
bəxş edirsiniz.
Ümumiyyətlə, hansı işə üz tutursunuzsa tutun, hər
dəfə böyük
məharət, inadkarlıq,
polad iradə sərgiləyirsiniz. Görünür,
Sizə verilən ad da xarakterinizin ümdə keyfiyyətlərinin formalaşmasına
təsir göstərib.
Ümumiyyətlə, obrazınız dastan qəhrəmanlarını – bir
əlində saz, bir əlində qılınc olan qəhrəmanları
xatirimizdə canlandırır.
Əziz
Polad müəllim, şadam ki, mənə Sizinlə bahəm çalışmaq
nəsib olub. Gərgin, məhsuldar əmək dolu illəri – tam qarşılıqlı etibar
və ehtirama, amal birliyinə söykənən münasibətlərimizi həmişə xoş duyğularla xatırlayıram.
Polad müəllim, Sizə bu gözəl
bir gündə fəaliyyətinizin müxtəlif
istiqamətlərində, ölkəmizin
nüfuzunun artmasına xidmət edən işinizdə yeni-yeni qələbələr
diləyirəm. Davamlı
sağlam həyat,
tükənməz enerji,
şövq, könül
xoşluğu arzulayıram
- bütün sevdiyiniz
və Sizi sevən insanlarla birlikdə!
Cavanşir AXUNDOV,
Azərbaycan
Respublikasının Latviyadakı səfiri
525-ci qəzet.- 2020.- 5 fevral.- S.11.