Əsrə bərabər ömür
Rafiq ƏLİYEV
(Bir insan ömrünü girov qoymuşam,
bir müəllim ömrünü
yaşatmaq üçün!)
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin
etibar etdiyi şəxsdir. Müəllimin məqsədi dövlət
qarşısında öz
məsuliyyətini dərk
edən, insan hüquqları və azadlıqlarına hörmət
edən, vətənpərvər,
müstəqil və yaradıcı düşünən
vətəndaş və
şəxsiyyət yetişdirməkdir.
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin
və dövlətin etibar etdiyi şəxsdir. Cəmiyyətin gələcəyi olan gənc nəslin formalaşması və əsl vətənpərvər
kimi yetişməsində
pedaqoqların rolu böyükdür. 56 il məktəb direktoru çalışmış
Səlim Əzimov da ömrünü bu müqəddəs peşəyə həsr etmiş, şagirdlərinin
həyat yoluna çıraq tutmuş müəllimlərdəndir.
Həyatının əsas qayəsi cəmiyyətə faydalı
insan yetişdirmək,
bütün mənəvi
sərvətini insanlığa
sərf etmək olan Səlim müəllim pedaqoji fəaliyyəti ilə kifayətlənməyərək, təqaüdə çıxdıqdan
sonra yaradıcılıqla
məşğul olmağa
başlayıb. Onun "Müəllim ömrü",
"Kamillik zirvəsi",
"Yurd yeri",
"Həyat hekayələri",
"Ömür deyir yaşa hələ",
"Ağdama gedən
yol", "Ömrünün
işığı", "Ömür keçir, gün keçir",
"Xatirələrdə yaşanan
ömür" adlı
kitabları var. Səlim
müəllim müxtəlif
illərdə Böyük
Vətən Müharibəsində
arxa cəbhədəki
fəaliyyətinə görə
"Rəşadətli əməyə
görə", "Əmək
veteranı" medallarına,
"Media" və "Qızıl
qələm" mükafatlarına
layiq görülüb.
Onun öz missiyasını əbədiləşdirmək
məqsədilə bu
günlərdə qələmə
aldığı "Əsrə
bərabər ömür"
kitabı dərin məzmunu və həyati əhəmiyyəti
baxımından xüsusilə
maraqlıdır. Kitabda əməkdar müəllim
Səlim Əzimovun keçdiyi fədakar əmək yolundan bəhs edilməklə yanaşı, həmçinin,
görkəmli elm adamlarının
mənalı həyatları,
sənət adamları,
şairlər, yazıçılar,
ziyalılar, Qarabağ
hadisələri, xalqımıza
məxsus milli-mənəvi
dəyərlər haqqında
maraqlı məlumatlar,
gənclərin tərbiyəsində
mühüm rol oynayan maarifləndirici rəvayətlər, xatirələr
yer alır. Geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuş kitabda toplanılmış 35 məqalənin
hər biri gənclik üçün
bir örnək, ibrət dərsidir.
Kitabın epiqrafında yer almış "Bir insan ömrünü girov qoymuşam, müəllim ömrünü
yaşatmaq üçün"
sözləri artıq
kitabın əsl məzmunu açmış
olur. "Dilimizi qoruyaq",
"Həbsxananın bir
addımlığında", "İslam dinində ədəb qaydaları",
"İnsan ömrünün
neçə ilini nəyə xərcləyir"
və s. məqalələrin
hər sətri, hər cümləsi qızıldan qiymətlidir.
Səlim
müəllimin "Təlim-tərbiyə
məsələləri" yazısında gənclərə
özünü təsdiq,
mümkün qədər
çox iş görmək, ad-san qazanmaq,
Mənliyi qorumaq, başqalarına gərəkli
olmaq, daha geniş çevrədə
insanlarla ünsiyyət
qurmaq məsələləri
ilə bağlı bir-birindən faydalı nəsihətlər verilir.
Ömrünün yarım əsrindən
çox hissəsini yeni nəslin formalaşmasına həsr
etmiş Səlim Əzimov bu kitab vasitəsilə gəncləri saflığa,
düzgünlüyə, xeyirxahlığa,
nikbinliyə səsləyir.
"İnsan maddi və mənəvi mövcudiyyətin birləşməsilə
yaradılan, tarazlıq
halında olan, nizamlı, daim düşünən və
dəyişən zərif
varlıqdır" deyən
müəllifin fikrincə,
bu tarazlığı
pozan iki cür qüvvələr var: daxili və
xarici. Daxili qüvvələrə hava, su, günəş
şüaları və
qida kimi amillər aiddir. İnsan mənəviyyatına göstərilən
xarici təsirlər isə tərbiyə, təhsil, ictimai mühit, informasiya mənbələri, irsi elementlərdir. Səlim müəllimin
fikrincə, təhsil-tərbiyə
sistemi o qədər nizamlı və məqsədyönlü olmalıdır
ki, bu mühitə
düşən hər
bir kəs zənginləşə, tarazlığını,
təkamülünü təmin
edə bilsin.
"Kimin rəğbəti
qəzəbindən üstündürsə,
gözəllikləri daha
çox görə bilirsə, o da yaxşı adam
hesab olunur", - deyə müəllif yazır. Səlim Əzimov düşünür
ki, ağıllı adam öz
arzularını Allahın
buyurduğu, qanunların
yol verdiyi, ictimai fikrin qəbul etdiyi və özünün bacardığı kimi həyata keçirir.
Bir pedaqoq olaraq Səlim Əzimov kitabda təlim-tədris mövzusuna
da geniş yer ayırıb. Müəllifin fikrincə, bu gün təhsilə məqsəd kimi yox, inkişafın davamlılığını təmin
edəcək biliklərin,
dəyərlərin, davranışın
və həyat tərzinin dəyişdirilməsinin
əsas mexanizmi kimi baxılmalıdır.
O qeyd edir ki, dövlət strategiyasının ən
mühüm aspektlərindən
biri olan təhsil siyasətin də, iqtisadiyyatın da, mədəniyyətin də gələcəyinin
zəmanətidir. Müəllif qeyd edir ki,
təlim və tərbiyə eyni vaxtda aparılmalıdır.
Təhsilin məzmununda zəruri
prinsip uşaqları artıq informasiya ilə yükləməmək,
onlara düşüncə
azadlığı verməkdir.
"Poeziya nümunələri"
adlanan kitabın ikinci fəslində Səlim Əzimovun seçib topladığı
şeirlər yer alıb. Müxtəlif mövzulara həsr
olunmuş bu poeziya nümunələri
kifayət qədər
ciddi problemlərdən
bəhs edən məqalələrdən sonra
oxucunun beyninə dinclik gətirir, ruhunu sakitləşdirir.
Kitabın üçüncü fəslində
isə müəllif özünün oxuyub topladığı maraqlı
elmi, tibbi, tarixi məlumatlar, xəstəliklər və
onların müalicə
üsulları haqda informasiyalar, ibrətamiz hekayələr, dahilərin
ədəb qaydalarına
aid ibrətamiz hekayələri
yer alıb. Bu kəlamlar insanın düşüncə qabiliyyətini
inkişaf etdirir, söz xəzinəsini artırır, dünyaya və ictimai-sosial hadisələrə baxış
bucağını dəyişdirir,
doğru qərarlar verib seçimlər etməyinə kömək
edir.
Nəhayət, "Əsrə bərabər ömür" kitabının
"Novruzlu kəndi dünən, bu gün" adlanan dördüncü fəslində
Səlim Əzimov doğulub boya-başa çatdığı Novruzlu
kəndinin tarixi, abidələri, təbiəti,
insanları, mədəniyyəti,
tanınmış şəxsiyyətləri
barədə bir-birindən
maraqlı məlumatları
qələmə alır. Ağdamın
işğal altında olduğunu
xatırlayıb kövrələn müəllif üzünü oxucularına tutub
"Bacardığınız qədər yurd
yerlərimizi xatırlayın, yada
salın, gecə yatanda yönü
Ağdama tərəf yatın, şəhidlərimizə
rəhmət oxuyun, bu
gün yaşayanların qədrini bilin, bir-birinizə
hörmət edin, kömək edin, arxa durun"
deyir. Əminəm ki,
Səlim Əzimovun bu kitabına əlinə
alan hər bir oxucu həyatda onun yolunu aydınladacaq, çətin anında
köməyinə çatacaq mütləq
bir nəsihət, bir
faydalı kəlam tapacaq.
525-ci qəzet.- 2020.- 7 fevral.- S.15.