"Qəribə adam"

 

Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avropa Universitetinin müəllimi, həmyerlimiz Nazim Muradovun Rüstəm Behrudinin "Qəribə adam" şeirinin struktur-semantik özəllikləri" adlı kitabı ötən ilin sonlarında Bakıda işıq üzü görüb.

Bakı Dövlət Universitetinin yetirməsi olan Nazim Muradovun bundan əvvəl Bəxtiyar Vahabzadə, Əlabbas Bağırov, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, Elmira Məmmədova və digər yaradıcı insanlar haqda yazdığı irihəcmli tədqiqat işləri tək linqvistik və üslub özəllikləri ilə deyil, eyni zamanda, elmi-nəzəri ümumiləşdirmələri ilə də rəğbət qazanmışdı.

Diqqətinizə təqdim edəcəyimiz məktub-yazı da bir oxucu rəyi olaraq sözügedən kitabın müəllifinə ünvanlanıb.

Yazının müəllifi Məhərrəm Fərzəliyev Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib, Ordubad rayonu Üstüpü kənd orta məktəbində Azərbaycan dili ədəbiyyatı müəllimidir.

 

"Qəribə adam" şeirinin struktur-semantik özəllikləri" kitabının müəllifinə

 

Sizin Rüstəm Behrudinin "Qəribə adam" şeirinin struktur-semantik özəllikləri" adlı kitabınızı həm bir hədiyyə olaraq sevə-sevə oxudum. Kitabı oxuduqca özümə yəqin olanı bir daha təsdiq etdim ki, hər hansı bir incəsənət əsərinə, təbiət cəmiyyətdəki hadisələrə, ümumiyyətlə, maddi-mənəvi varlıqlara baxış bucağı subyektin elmi-siyasi, mənəvi-psixoloji səviyyəsindən çox asılıdır. Bəzən yaradıcı insanlara onların yaratdığı əsərlərə baxış şəxsi münasibətə görə ya yaradıcının üslub-tərzinə vurğunluğundan irəli gəlir. Bəzən söz, sənət adamının yaratdığı hər hansı bir əsər özünə oxucuya sıradan biri kimi görünsə , əsərin təhlili, ideya-məzmununun açılması, müqayisələndirmə, səciyyələndirmə, münasibət bildirmə elə səviyyədə təqdim edilir ki, nəinki adamlar, hətta müəllifin özünü belə heyrətə gətirən məqamlar ortaya çıxır.

Çox zaman da olur ki, milli-mənəvi zəngilliklərlə dolu olan şəxsiyyətlər hər hansı bir əsərə, dəyərə münasibətində ondan həm bir vasitə kimi istifadə edərək öz mənəvi duyğularını, düşüncə tərzini, siyasi əxlaqını, bir sözlə, mövqeyini ortaya qoyur. Bu tendensiya özünü tərcümə ədəbiyyatında daha çox göstərir.

Lakin özünə bənzəyən sufi-mistik, bir az da sentimental ruhlu Rüstəm Behrudinin "Qəribə adam" şeirinin struktur-semantikasına verdiyiniz yeni forma biçim, ritm, ahəng, daxili bölgü bütün bunları rahatca oxucunun qəlbinə hopdurmaq bacarığı ədəbi tənqiddə, publisistikada bir novatorluq kimi qiymətləndirilməlidir.

Mən kitabı oxuduqca bunun fərqinə vardım, şeiri sizin açıqlamanıza uyğun olaraq incələdim şeirin portret-bilməcəyə daha çox bənzədiyini gördüm.

Əslində, Elçibəy fonemi ( fenomeni), elə sözün özü kodlaşdırılmış bir sistemdir. Bu sözün etimologiyası, leksik mənası, qrammatik quruluşu, tərkibinin açılmasına, izahına böyük ehtiyac duyuram. Nə üçün Bəy məhz bu sözü özünə Tutum (Mən təxəllüsə, nisbəyə belə deyirəm) götürüb? Əslində, elə bu Tutum Bəyin daxilixarici portretinin, elmi-siyasi, əxlaqi-psixoloji dəyərlərinin açılması üçün bir şifrədir. Bu sözdə dilimizin dəmir qanunu - ahəng qanunu, morfolojimorfonoloji, fonetik hadisələri, vurğusu gözəl sərgilənib. El+çi bəy, El içi Bəy, Elçi Bəy, Elçi ər, Ər Elçi, Ər Bəy, Bəy Ər və s.

Həmçinin, mən Bəyin zahirində-çöhrəsində müqəddəs hərflərin, cizgilərin daha qabarıq ifadəsini görür, bir qədim əlyazma kimi hiss edirəm. Himnimiz oxunduğu zaman sözlər hecalandığı kimi Elçibəy sözütribun deyildikdə eyni ilə hecalanır.

Nədənsə Himnimiz səslənəndə M.Ə.Rəsulzadənin, Bayrağımız dalğalananda Əli Bəy Hüseynzadənin, Uverturamız səslənəndə isə Elçibəyin portretləri gözlərim önündə canlanır.

Bəy poeziyada "Qəribə adam"dırsa, bəs musiqidə, rəssamlıqda, kinoda, heykəltaraşlıqda,  bir sözlə, incəsənətin bütün sahələrində hansı obrazlarla simvollaşıb, hansı şifrələrlə açıla bilər. Bütün bunlar hələ ki, yox ikən təsəllimiz Bəyin xalqın qəlbindəki heykəlləşmiş obrazıdır - "Təmiz ADAM" heykəlidir.

 

Böyük sevgi və hörmətlə

Məhərrəm FƏRZƏLİYEV

 

525-ci qəzet.- 2020.- 7 fevral.- S.15.