Elçin Hüseynbəyli ilə liseydə
görüş keçirilib
Fevralın 5-də Xətai rayonunda
yerləşən Heydər
Əliyev adına
Liseydə yazıçı,
dramaturq, publisist, Əməkdar incəsənət
xadimi Elçin Hüseynbəyli ilə şagird və müəllimlərin görüşü
olub.
Tədbirin aparıcısı, dil-ədəbiyyat
müəllimi Gülarə
Həmidova bildirib ki, yazıçının
əsərləri orta
məktəbdə tədris
olunur: 5-ci sinifdə
"Füruzə qaşlı
xəncər", 7-ci sinifdə
isə "Nəvə"
hekayəsi.
O, Elçin Hüseynbəylinin
həyat və yaradıcılığı barədə
yığcam məlumat
verdikdən sonra qeyd edib ki,
hələ 7 il öncə yazıçı
bu məktəbdə qonaq olub və
həmin şagirdlər
məzun olsalar da, o görüşü indi də xatırlayırlar.
Gülarə Həmidova
onu da əlavə
edib ki, ötən il
sosial şəbəkə
vasitəsilə də
yazıçı ilə
canlı əlaqə yaradılıb. O, bu cür görüşlərin
şagirdlərə müsbət
təsir göstərdiyini
və xoş təəssürat yaratdığını
deyib.
Sonra görüş
şagirdlərlə yazıçının
dialoqu əsasında davam edib. Söhbət zamanı məlum olub ki, şagirdlər
ədəbiyyata ciddi maraq göstərir və yazıçının
bir sıra əsərlərilə tanışdırlar.
Qarşılıqlı sual-cavabla müşayiət
olunan görüşdə
şair İlqar Türkoğlu da iştirak edib. O, şeirlərini
şagirdlər üçün
səsləndirib.
Sonda
yazıçı görüş
iştirakçıları üçün avroqraf verib və
xatirə şəkli çəkdirib.
525-ci qəzet.- 2020.- 7 fevral.- S.9.