Milli Kitabxanadan dahi bəstəkara böyük ehtiram

 

Fevralın 5-də Milli Kitabxanada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 102 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Qara Qarayevin həyat yaradıcılığı haqqında geniş məlumat verib. O deyib ki, bu gün xalqımız öz istedadlı oğlu Qara Qarayevi fərəhlə, qürur hissi ilə anır: "Qara Qarayev Azərbaycanı dünyaya tanıdan nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında, milli musiqi təfəkkürünün formalaşmasında, Azərbaycan musiqisinin dünya musiqi mədəniyyəti ilə əlaqəli irəliləməsində misilsiz xidmətlər göstərib. Bəstəkarın "İldırımlı yollarla" baletində, "Alban" rapsodiyasında, "Vyetnam" süitasında, "Don Kixot" simfonik lövhələrində, "Leyli Məcnun" simfonik poemasında, "Ürək mahnısı" kantatasında, "Yeddi gözəl" baletində bir sıra dram əsərlərində kino filmlərinə yazdığı musiqilərdə yüksək millilik duyulur".

Kərim Tahirov bildirib ki, Üzeyir Hacıbəyli Dmitri Şostakoviç kimi dahi bəstəkarlardan dərs alan Qara Qarayev musiqi mədəniyyətimizin tarixində yeni cığır açıb onlarla bəstəkar yetişdirib.

Sonra tədbir iştirakçıları görkəmli bəstəkarın not-musiqi əsərləri, Azərbaycan xarici dillərdə haqqında yazılmış kitablar dövri mətbuat materiallarıdan ibarət "Unudulmaz bəstəkar Qara Qarayev" adlı geniş kitab sərgisi ilə tanış olublar.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 7 fevral.- S.8.