Soyqırım qurbanları kitab
sərgisi ilə anılıb
Fevralın
6-da Milli Kitabxanada "Bakıda ermənilərin azərbaycanlılara
qarşı soyqırımı - 115" adlı kitab sərgisi
açılıb.
Soyqırımla bağlı təqdim
olunan sərgidə
1905-1906-cı illərdə ermənilər tərəfindən
Azərbaycan xalqının
başına gətirilən
faciələri, erməni
vəhşiliklərini əks
etdirən Azərbaycan,
rus, ingilis, alman, fransız və digər dillərdə nəşr
olunmuş Azərbaycan
və xarici müəlliflərin kitabları,
eyni zamanda, qəzet-jurnal materialları
və foto-şəkillər
nümayiş olunur.
Qeyd edək
ki, ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX
əsrlərdə müəyyən
mərhələlərlə azərbaycanlılara qarşı
kütləvi qırğınlar
və soyqırımlar
törətmiş, deportasiyalar
həyata keçirmişlər. Soyqırımların
ilk mərhələsi 1905-1906-cı illəri
əhatə edir. Rusiyada
baş verən iğtişaşlardan
fürsət kimi istifadə edən ermənilər
Naxçıvanda, Gəncədə, Qarabağda,
Zəngəzurda, Qazaxda və Tiflisdə də
dinc azərbaycanlılara qarşı
qırğınlar törətmişlər. Erməni
silahlı dəstələri İrəvan-Naxçıvan, Zəngəzur-Qarabağ
və Qazax-Gəncə istiqamətlərində yerləşən
azərbaycanlı yaşayış məskənlərinin əhalisini
qırmaqla, qovmaqla və həmin ərazilərdə
erməniləri məskunlaşdırmaqla gələcək
Ermənistan dövlətinin əsasını qoymaq
istəyirdilər. Sayları on min silahlıdan artıq
olan erməni birləşmələri əvvəlcə
Bakı, İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin
(Üçkilsə), Şərur-Dərələyəz və
Naxçıvan qəzalarında, Yelizavetpol
(Gəncə) quberniyasının Zəngəzur qəzasının
Gorus, Qafan və
Qarakilsə (Sisyan) nahiyələrində,
Şuşa, Cavanşir,
Cəbrayıl, Qazax, Ərəş qəzalarında,
Tiflis şəhərində kütləvi
qırğınlar törətmiş, 200-dən artıq
yaşayış məntəqəsini viran
qoymuşlar.
525-ci qəzet.- 2020.- 7 fevral.- S.8.