"Xocalı-şəhid şəhər"
adlı rəsm müsabiqəsinə qeydiyyat
başa çatıb
Xətai
Sənət Mərkəzində uşaq və yeniyetmələr
üçün nəzərdə tutulan "Xocalı - Şəhid
şəhər" adlı müsabiqəyə qeydiyyat
başa çatıb.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Onun sözlərinə
görə, yaxın günlərdə seçilmiş
əsərlərdən ibarət
Xətai Sənət Mərkəzində aşılacaq
sərgi çərçivəsində
işlərin müəllifləri
diplomla və fəal tədris mərkəzləri (dərnək,
incəsənət məktəbi
və s.) təşəkkürnamə
ilə təltif olunacaq.
Xatırladaq ki, müsabiqə
Mədəniyyət və
Təhsil nazirlikləri,
"Azərbaycan Televiziya
və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyəti, Xətai
Rayon İcra Hakimiyyəti,
Azərbaycan Rəssamlar
İttifaqı, Naxçıvan
Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan
Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı
ilə reallaşıb.
Müsabiqə XX əsr tarixinə "Əsrin genosidi" kimi daxil olmuş
Xocalı soyqırımı
qurbanlarının xatirəsini
yad etmək və qan yaddaşımıza
əbədi həkk olunmuş soyqırımı
hadisəsini unutdurmamaq
məqsədi ilə keçirilib.
525-ci qəzet.- 2020.- 7 fevral.- S.8.