Polad Bülbüloğlunun
75 illik yubileyinə dost
təbriki
Böyük sənətkar, böyük
ictimai xadim, böyük diplomat, təkcə
Bülbül ocağının
deyil, həm də Azərbaycan mədəniyyət və
incəsənətinin çırağı
olan böyük dostumuz Polad Bülbüloğlu!
Uzun illər
Sizi və ailənizi yaxından tanıyan və qardaşınız Çingizlə
haqq-salamı olan dostlar adından 75 illik yubileyiniz münasibətilə təbrik
edirik.
Tarixdə öz izini qoymuş, hər bir azərbaycanlının
qəlbində özünə
bir musiqi abidəsi ucaltmış Azərbaycan incəsənətinə
gətirdiyi yeniliklərlə
misilsiz xidmətlər
göstərmiş atanız,
korifey sənətkarımız
Bülbül kimi Siz də həyatınız
boyu yenilik, müasirlik, inkişaf, daha uca zirvələri
fəth etmək arzusu ilə yaşayıb çalışırsınız.
Çox
sevinirik ki, Siz bu gün
də içimizdən
gələn Vətən
sevgisi, Vətən məhəbbəti, Qarabağ
və Şuşa
həsrəti ilə çalışır, mübarizə
aparır, qələbəyə
inanır və bu inamı başqalarına
da təlqin edirsiniz.
Təkcə Azərbaycanda deyil,
Azərbaycanın fövqəladə
və səlahiyyətli
səfiri olduğunuz Rusiyada da, təmsil
olunduğunuz beynəlxalq
təşkilatlar da, getdiyiniz ölkələrdə
də, orada görüşdüyünüz insanlarla söhbətlərinizdə
də Azərbaycanın
haqq səsini çatdırır və
bizi qələbəyə
aparan yollara bir işıq tutursunuz.
Hörmətli Polad müəllim,
Sizin 75 yaşın zirvəsindən geriyə
boylanıb fəxr etməyə, gördüyünüz
işlərdən qürur
duymağa, Qarabağda
qələbə arzusu
ilə yaşamağa
yazmağa, yaratmağa
haqqınız var. Siz
bu haqqı hələ 14 yaşlı
yeniyetmə ikən böyük atanız Bülbüllə birlikdə
Azərbaycan səhnəsini
bölüşəndə, ilk bəstələrinizlə Azərbaycan
dinləyicisinin qəlbini
fəth edəndə,
təkcə müğənni
kimi deyil, həm də mədəniyyət sahəsində
böyük təşkilatçı
kimi özünüzü
təsdiq edəndə
qazanmısınız.
Əzizimiz Polad müəllim, Sizin olduqca məhsuldar,
rəgarəng, ibrətamiz,
hər bir azərbaycanlı üçün
gözəl nümunə
olan şərəfli
həyat yolunuz bizim nəslin gözü qarşısında
keçib. Sizin hər bir uğurunuz sensasiya kimi qarşılanıb.
Dahi bəstəkar Qara Qarayevin bəstəkarlıq məktəbini
keçməyiniz də,
28 yaşında "Əməkdar
mədəniyyət işçisi"
fəxri adını almağınız da, müxtəlif vəzifələrə,
o cümlədən, Azərbaycanın
Mədəniyyət naziri
təyin olunmağınız
da cəmiyyətdə
geniş rezonans doğurub.
"TÜRKSOY"un rəhbəri kimi türk xalqlarının mədəniyyət və
tarixinin öyrənilməsində,
bu xalqların öz kökünə, öz soyuna qayıtmasında xidmətləriniz
də böyük rəğbətlə qarşılanıb.
"Kitabi Dədə
Qorqud" dastanı əsasında yazdığınız
və artıq dünya səhnəsində
oynanılan "Eşq
və Ölüm"
və ya "Ölümlə rəqs edən məhəbbət"
baletinə tamaşa edəndə, hesab edirik ki, hamıdan
çox sevinən biz
dostlar olmuşuq.
Bu təbrikə qoşulanlardan biri olaraq fəxrlə deyirəm ki, atam Xosrov Ağayev
həmişə dostluq
etdiyi atanız Bülbül haqqında xoş xatirələrini danışmaqdan yorulmurdu.
Əzizimiz Polad müəllim,
biz Sizi bir də ona görə
çox sevirik ki, Siz Bülbül
ocağının istisinin
qorunmasında, yaradıcılığının
öyrənilməsində və təbliğində,
onun adını daşıyan müsabiqələrin
keçirilməsində öz
ictimai missiyanızla yanaşı, həm də övladlıq missiyanızı yerinə
yetirmiş, sevimli ananız Adelaida xanımın qayğısını
çəkmiş və
doğmalarınızdan - qardaş,
ata və dost nəvazişini əsirgəməmisiniz.
Sizin bu günlərdə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən dövlətimizin
ən yüksək mükafatı - "Heydər
Əliyev" ordeni ilə təltif olunmağınız isə
bütün Poladsevərlər
kimi bizi də çox sevindirdi və bunu tək Sizin
yox, bütün ailənizin, Sizi sevənlərin mükafatı
hesab edirik.
Əziz qardaşımız, Sizi həm yubileyiniz, həm də bu yüksək mükafata layiq görülməyiniz münasibətilə
ürəkdən təbrik
edir, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayır,
Azərbaycan mədəniyyətinə
verəcəyiniz böyük
töhfələri, o cümlədən,
"Qələbə" marşını
yazmağınızı səbirsizliklə
gözləyirik.
Hörmətlə,
Yaxın dostlardan - Professor Rafiq
Əliyev, Rövşən Ağayev, Rafiq Əliyev, İsrafil
Məmmədov, Rəhim Məmmədov, Səməd Bayramzadə,
Şahin Rüstəmov
525-ci qəzet.- 2020.- 8 fevral.- S.16.