Xalq artisti Ağaxan
Abdullayevin 70 illiyi qeyd olunub
Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib.
Tədbir Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil
olunub. Əvvəlcə Ağaxan Abdullayev
haqqında videoçarx
nümayiş olunub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Xalq artisti Mənsum
İbrahimov Ağaxan Abdullayevin ifaçılıq sənətinə
töhfələrindən danışıb. “Çox təəssüf ki, əcəl onu
aramızdan tez apardı. Ağaxan
müəllim Azərbaycan muğam sənətinin
sütunlarından biri idi.
Nə qədər ki, Azərbaycan
xalqı var, Ağaxan
Abdullayevin mahnıları da
bir o qədər yaşayacaq”, - deyə M.İbrahimov
qeyd edib.
Vurğulanıb
ki, Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm
ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ
edib. O, Heydər Əliyev Fondu tərəfindən
muğamla bağlı həyata
keçirilən genişmiqyaslı layihələrdə iştirak edib. Sənətkarın
fəaliyyəti dövlət və xalq tərəfindən
yüksək qiymətləndirilib. O, “Əməkdar artist” və “Xalq artisti” fəxri adlarına, habelə “Simurq”, “Humay”, “Yaşa Azərbaycan” mükafatlarına və
Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.
Mərasimdə
Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev,
Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər
doktoru, professor Vüqar Əhməd çıxış edərək
Ağaxan Abdullayev haqqında xatirələrini
bölüşüblər.
Tədbir
bədii hissə ilə davam edib. Gecədə
“Buta” instrumental
ansamblının müşayiətilə
çıxış edən Xalq artistləri
Alim Qasımov, Zabit Nəbizadə,
Teyyub Aslan, Mələkxanım
Əyyubova, Simarə İmanova, Əməkdar
artistlər Səbuhi İbayev, Bəyimxanım
Vəliyeva, Məmməd Nəcəfov, Elnarə Abdullayeva geniş musiqi proqramı təqdim ediblər.
Tədbirin
sonunda Xalq artistinin oğlu Xoşbəxt Abdullayev ailəsi
adından gecəni təşkil edənlərə və
iştirakçılara təşəkkürünü
bildirib.
525-ci qəzet.- 2020.- 8 fevral.- S.13.