Mərkəzi İncəsənət Məktəbində klassik musiqi ilə bağlı tədbir keçirilib

 

Fevralın 6-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində dahi alman bəstəkarı İohann Sebastyan Baxın yaradıcılığına həsr edilmiş tədbir keçirildi.

İlk öncə çıxış edən məktəbin fortepiano ixtisası üzrə müəlimi Nuray Bayramova bəstəkarın həyat və yaradıcılığı barədə maraqlı məlumatlar verdi.

Tədbir zamanı İ.S.Baxın əsərləri səsləndirilib. Məktəbin fortepiano ixtisası üzrə şagirdləri Zümrüd Məmmədova (I sinif), Mədinə Səmədzadə (II sinif), Kövsər Səfərli (II sinif), Banuçiçək Xəlilova (II sinif), İpək Qədimli (II sinif), Mənzər Rəfiyeva (II sinif), Mina Orucova (III sinif), Tomris Rəsulzadə (III sinif), Nur Cəfərli (III sinif), Yusif Cavadzadə (III sinif), Lalə Nəsirova (IV sinif), Cəlal Babayev (IV sinif), Gülər Babayeva (IV sinif), Riad Zeynallı (IV sinif), Səyyarə Əliyeva (IV sinif), Ayşən Məmmədzadə (V sinif),Aylin Babayeva (V sinif), Omidreza Jamfarsadi (VI sinif), Münəvvər Alıyeva (VI sinif), Elif Budaq (VI sinif),Nigar Nəbili (VII sinif) çıxış edərək İ.S.Baxın polonez, ariya, fransız süitasından Sarabanda, kiçik prelüdlər, ikisəsli, üçsəsli invensiyalar, “Yaxşı temperasiyalı klavir”dən prelüd və fuqaları ifa etdilər.

Tədbir məktəbin müəllimləri Mənsurə Quliyeva, Cəmilə Mustafina, Vəfa Əhmədova, Dilarə Manafova, İnna Mehdiyeva, Bəhriyyə Allahverdiyeva, Məsumə Kərimova, Sevil Musayeva, Tatyana Ryabuxa, Fəridə Sultanovanın şagirdlərinin ifası dinləyicilər tərəfindən maraqla qarşılandı.

Sonda Mərkəzi İncəsənət Məktəbin direktoru Əziz Qarayusifli çıxış edərək bu kimi görkəmli bəstəkarların yaradıcılığına nəzər yetirməyin vacibliyini qeyd etdi.

 

 525-ci qəzet.- 2020.- 8 fevral.- S.13.