“Eşq və Ölüm” baleti nümayiş olunub
Fevralın
6-da Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında Xalq artisti, professor, diplomat, görkəmli ictimai
xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə
bəstəkarın “Eşq və Ölüm” baleti
nümayiş olunub.
Səhnə
əsərində əsas partiyaları Əməkdar artistlər
Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov,
Xalq artisti Gülağası Mirzəyev, solistlər Timur
Oduşev, Ayan Eyvazova və başqaları canlandırıb.
Səhnə
əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın
quruluşunda izlənilib. Balet
teatrın baş dirijoru,
Əməkdar artist, beynəlxalq
müsabiqələr laureatı Əyyub Quliyev
tərəfindən idarə olunub.
“Kitabi-Dədə
Qorqud” eposunun motivləri əsasında qələmə
alınan səhnə əsəri əbədi məhəbbəti
tərənnüm edir, qəhrəmanların şücaət
və igidliyi qarşısında ölümün gücsüz
olduğunu nümayiş etdirir.
İştirakçıların
məharətli və peşəkar çıxışı
səhnə əsərini daha baxımlı edib, balet maraqla
qarşılanıb.
Qeyd
edək ki, balet ilk dəfə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet
Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə
qoyulub. Səhnə əsəri Bakıda çox
böyük uğurla
baş tutan
premyerasından sonra elə həmin il Moskvada - Rusiya
Akademik Böyük
Teatrı və Sankt-Peterburq Dövlət Akademik Mariya
Teatrının səhnələrində təqdim olunub.
525-ci qəzet.- 2020.- 8 fevral.- S.12.