Azərbaycan rəqsləri
Özbəkistan televiziyasında
Özbəkistanın
“Zor” televiziya kanalında nümayiş etdirilən “JOZİBA”
verilişinin canlı rəqs müsabiqəsində Azərbaycan
milli rəqsləri təqdim olunub.
AZƏRTAC
xəbər verir ki, televiziya kanalında Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
nəzdindəki “Azərbaycan qızları” rəqs
ansamblının üzvləri milli rəqslərimizi
nümayiş etdirib.
Verilişin
aparıcısı Matluba Safarova milli rəqslərimiz barədə
danışıb, Azərbaycan xalqının zəngin mədəniyyəti,
incəsənəti haqqında məlumat verib.
Ansamblın
bədii rəhbəri, Əməkdar artist, xoreoqraf Kövkəb
Əliyeva Azərbaycanda milli rəqs sənətinin
yaranması və formalaşması prosesi, eləcə də
ansamblın ifa etdiyi çoxsaylı rəqslər haqqında ətraflı
söhbət açıb.
Layihənin
əsas məqsədi uşaqlar arasında incəsənəti,
rəqs sənətini təbliğ etmək və onlarda milli
rəqslərə olan marağı artırmaqdır.
Müsabiqənin
şərtlərinə görə, dəvət olunan
xoreoqraflar müxtəlif rəqs növlərinə dair
canlı efirdə usta dərsləri keçirlər.
525-ci qəzet.- 2020.- 8 fevral.- S.12.