Kitabxanaçı ömrü
Bu günlərdə peşəkar
kitabxanaçı, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) Kitabxana-informasiya
Mərkəzinin müdiri
Tamilla Məhərrəm
qızı Əsgərova
həyatının yeni
yaşına qədəm
qoyur. Tamilla Əsgərova ölkəmizin
kitabxana işi sahəsində təcrübəli
kitabxanaçı, qayğıkeş
insan, gənc kadrlara hər zaman dəstək olan bacarıqlı rəhbər kimi tanınır.
Tamilla Əsgərova
1990-1996-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq
fakültəsində axşam
şöbəsində təhsil
almışdır. 1989-cu ildən
ildən əmək fəaliyyətinə kitabxanaçı
kimi başlayan T.Əsgərova 1989-1992-ci illərdə
Respublika Elmi-texniki Kitabxanasının Standart
və Patent şöbələrində,
1992-2005-ci illərdə Respublika
Elmi-pedaqoji Kitabxanasında,
2005-2015-ci illərdə Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında,
2015-2016-cı illərdə Azərbaycan Milli Kitabxanasında çalışmışdır.
T.Əsgərova 2016-cı ildən ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin
müdiri vəzifəsinə
təyin olunmuşdur.
Azərbaycanda kitabxana-biblioqrafiya proseslərinin
kompüterləşdirilməsinin geniş vüsət aldığı dövrdə
T.Əsgərova Rusiya
Elmi-texniki Kitabxanasının
hazırladığı
"İRBİS-64" Avtomatlaşdırılmış
Kitabxana Sisteminin AMEA Mərkəzi Elmi Kitabxanasında tətbiqində
fəal iştirak
etmişdir. Bununla əlaqədar o, ixtisasartırma kurslarının
və treninqlərin dinləyicisi olmuş və sistemin elektron kataloqlaşdırma
işçi yerinin kitabxanada optimal şəkildə
səmərəli işləməsini
təmin etmişdir.
AMEA Mərkəzi Elmi
Kitabxanasının Ədəbiyyatın
elmi işlənilməsi
şöbəsinin müdiri
olduğu müddətdə
2009-2010-cu illərdə xüsusi
ezamiyyə ilə öz işçi qrupu ilə Azərbaycan Respublikasının
Ali Məhkəməsinin və
2014-cü ildə Avropa-Azərbaycan
Məktəbinin elektron
kitabxanasının qurulmasına
rəhbərlik etmişdir.
Tamilla Əsgərova
2013-cü ildə 46 cildlik
"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin
2 cildlik elmi-biblioqrafik
göstəricisinin tərtibində
iştirak edən işçi qrupun üzvü olmuşdur.
Peşəkar kitabxana mütəxəssisi
kimi Tamilla xanım elmi fəaliyyətinə hələ
AMEA Mərkəzi Elmi
Kitabxanasında işlədiyi
dövrdən başlamışdır. Bu elmi müəssisədə
işlədiyi dövrdə
34 cari biblioqrafik göstəricinin tərtibçisi
olmuş, bir çox nüfuzlu elmi jurnallarda məqalələr çap
etdirmişdir.
Kitabxanaçı fəaliyyətinin 30 ildən artıq dövrünü Azərbaycan
mədəniyyətinin, kitabxana
işinin və Azərbaycan kitabxanalarının
inkişafına, çiçəklənməsinə
həsr edən, son 5 ilini ADMİU Kitabxana-informasiya
Mərkəzi ilə bağlayan Tamilla xanım görkəmli tədqiqatçı, pedaqoq,
eyni zamanda, bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, ADMİU-nun
Kitabşünaslıq və
kitabxanaçılıq kafedrasında
2016-2018-ci illərdə pedaqoji
fəaliyyətlə məşğul
olmuş, "Elektron kitabxanalar", "Beynəlxalq
kitabxana təsnifatları
və formatları"
və "Normativ texniki xüsusi növ nəşrlərin
təsviri və təsnifləşdirilməsi" fənlərini tədris etmişdir.
Yüksək səriştə və bacarığı sayəsində
qısa müddət ərzində Tamilla xanım Kitabxana-informasiya Mərkəzinin fəaliyyətində
əsaslı dönüş
yaratmışdır. Onun rəhbərliyi
və bilavasitə iştirakı ilə Kitabxana-informasiya Mərkəzi
bütün parametrlər
üzrə inkişaf
etmiş, universitetin ən böyük struktur bölmələrindən
birinə çevrilmişdir.
Mərkəzə müdir təyin
olunduqdan sonra T.Əsgərova burada
"İRBİS-64" Avtomatlaşdırılmış
Kitabxana Sisteminin tətbiqinə başlamışdır.
Sistem sənəd-informasiya resursları
fondunun komplektləşdirilməsi
və uçotunu, abonement və soraq-axtarış xidmətinin
avtomatlaşdırılması, İnternet vasitəsilə
oxucuların uzaq məsafədən "online" rejimində ədəbiyyat
axtarışı və
sifarişini təmin edir. "İRBİS-64"
sistemi vasitəsilə
mərkəz öz fəaliyyətini universitetin
tələbə, magistrant,
doktorant, dissertant,
professor-müəllim heyəti
və digər əməkdaşlarına göstərilən
kitabxana-informasiya xidmətinin
modernləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və elmin analitik-informasiya
təminatının optimallaşdırılmasına
yönəltmişdir.
Bu gün T.Əsgərovanın
mərkəzdə tətbiq
etdiyi yeniliklərdən
biri fondun komplektləşməsi zamanı
"İRBİS-64" proqramının komplektləşdirici işçi
yerində "Yeni daxil olan nəşrlər"
adlı analitik-informasiya
bazasında elektron inventarlaşmanın aparılmasıdır.
Sənəd informasiya
resurslarının tipoloji
və növ təsnifatına əsasən
mərkəzin fondunun
səmərəli formalaşdırılması
və nəşrlərdən
istifadənin operativliyini
təmin etmək məqsədilə ilk dəfə
olaraq T.Əsgərovanın
təşəbbüsü ilə "İRBİS-64" proqramının
kataloqlaşdırıcı işçi yerində
"Azərbaycan kitabı",
"Rus kitabı",
"Avtoreferat", "Magistr
dissertasiyası", "Elmi-tədqiqat
işi", "Doktorluq
dissertasiyası" adlı
analitik-informasiya bazaları
formalaşdırılmışdır.
ADMİU-nun www.admiu.edu.az rəsmi veb saytında Tamilla xanımın xüsusi səyi ilə mərkəzin ayrıca səhifəsi geniş oxucu auditoriyasının istifadəsində
verilmişdir. Səhifədə
"Mərkəzin tarixi
və bu günü", "Elektron
kataloq", "Elektron
kitabxana", "Xəbərlər",
"Yeni daxil olan kitablar" və "Virtual sərgi"
bölmələri mütəmadi
olaraq təkmilləşdirilir.
Kitabxana-informasiya Mərkəzi 2018-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi münasibətilə
"İnternet əsrində
elektron nəşrlər
və elektron kitabxanalar" mövzusunda
tələbə elmi-praktiki
konfransı keçirmişdir.
ADMİU rəhbərliyinin,
Kulturologiya fakültəsinin
professor-müəllim heyətinin
və qonaqların iştirakı ilə keçirilən tədbirdə
Kulturologiya Kitabşünaslıq,
eləcə də Kitabxanaçılıq və
informasiya ixtisası üzrə II və III kurs tələbələrinin
məruzələri dinlənilmişdir.
Tədbirin sonunda hər
bir məruzəçi
tələbəyə 2 cildlik
"Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası
və sertifikat təqdim olunmuşdur.
Bu ildən etibarən T.Əsgərovanın təşəbbüsü
ilə mərkəz ali məktəb
kitabxanaları içərisində
ilk dəfə olaraq
"Sənəd-informasiya resursları
fondunun cari nəşrləri" adlı
annotasiyalı elmi-biblioqrafik
göstəricinin tərtibi
və nəşrinə
başlamışdır. Göstəricinin ilk buraxılışında oxuculara
Azərbaycan və xarici dillərdə mərkəzin sənəd-informasiya
resursları fonduna
2019-cu ildə yeni daxil olan nəşrlər
(kitab, magistr dissertasiyası və jurnallar) haqqında operativ məlumat verilir. Nəşrlər Universal Onluq Təsnifat
(UOT) cədvəllərinə uyğun olaraq elm sahələri üzrə
sistemləşdirilmişdir. Oxucuların vəsaitdən səmərəli
istifadəsini təmin
etmək məqsədilə
nəşrlər əlifba
sırası və fondda yerləşdiyi şifrələri ilə
birlikdə verilmişdir.
Əminik ki, vəsait mədəniyyət
və incəsənət
sahəsində aparılan
elmi-araşdırmaların və kitabxanaçılıq-informasiya
fəaliyyəti üzrə
təhsil alan
tələbələrin tədris
prosesinin mühüm qaynaqlarından biri kimi professor-müəllim heyətinin və tədqiqatçıların əsas
istinad mənbəyi olacaqdır. Tamilla xanımın rəhbərliyi
ilə gərgin əməyin nəticəsi
kimi ərsəyə gələn bu vəsaitin milli biblioqrafiyamızın inkişafında
əvəzsiz rol oynayacağına da şübhə yoxdur.
Onu da bildirməliyik ki, çoxillik fəaliyyəti
dövründə mərkəzin
əməkdaşlarının müxtəlif mükafat, diplom və fəxri fərmanlarla təltif olunması T.Əsgərovanın rəhbərliyi
ilə kollektivin səmərəli fəaliyyətinin
nəticəsidir. Məhz buna görədir ki, səriştəli
kitabxana rəhbəri kimi
onun elmi, elmi-pedaqoji və təşkilatçılıq
fəaliyyəti Azərbaycan ziyalısı nümunəsində
daim yüksək qiymətləndirilir və
səmərəli fəaliyyətinə görə müxtəlif
təltiflərə layiq görülür.
Səmimi
qəlbdən inanırıq ki, ADMİU-nun Kitabxana-informasiya Mərkəzi
T.Əsgərovanın yüksək elmi təşkilatçılıq
bacarığı ilə mədəniyyət və incəsənət
sahələrində elm və təhsilin informasiya
potensialının optimallaşdırılmasını, müəllim-tələbə
heyətinə, alim və mütəxəssislərə
göstərilən kitabxana-biblioqrafiya və informasiya xidmətinin
modernləşdirilməsini, beynəlxalq stan-dartlar səviyyəsinə
çatdırılmasını və inkişafını
bundan sonra da müvəffəqiyyətlə təmin edəcək.
İnsan
ömrünün kamilliyə və müdrikliyə
qovuşduran mərhələsi hesab edilən 50 illik yaşa
öz zəhməti ilə qədəm qoymuş dəyərli
insan, görkəmli kitabxanaçı mütəxəssis,
pedaqoq Tamilla Əsgərovaya uzun ömür, möhkəm
cansağlığı, fəaliyyətində yeni nailiyyətlər
arzulayırıq.
Natiq MÜRSƏLOV
ADMİU-nun Kitabxana-informasiya
Mərkəzinin əməkdaşı
525-ci qəzet.- 2020.- 12 fevral.- S.23.