Dünya bir də doğmaz...
Aqil Abbasa
Əvvəla xoş gördük,
salamməleyküm,
Yol çəkən
gözündən öpürəm,
Aqil.
Çiynində bu yurdun Qarabağ yükü,
Yoluna tər güllər səpirəm,
Aqil.
Bir qələm tişənlə
yüz naxış vurub,
Bir heykəl
yonubsan Cavanşir bəyə.
Sözünün çəkisi bir
batman olub,
Batman qılıncmız yaşasın deyə.
Özün boyda nursan - qəlbindi dəniz,
Körpədən-körpəsən, uludan-ulu...
Saçına qar salıb Şuşa dərdimiz,
Papaq altda
"oyaq" dəli Domrulum.
Qındakı qılıncın qınını
doğrar,
Köksünün tüstüsü başından
çıxar.
Xalqa xidmət edən bir qələmin var,
Pələng gözlərində ildırım
çaxar.
Bir Aqil zirvəsi, Aqil pikisən,
Sadəlik, böyüklük - səndə
hamısı var.
Cavan yazarların polkovnikisən,
Sənətdə general olmaq şansın
var!
Kövrək balasısan ney ilə udun,
Qopuzun səsinə candan keçərsən;
Doğma
övladısan Dədə
Qorqudun,
"Qorqud haqqı" adlı, bir and içərsən!
Bayat qalasından boy atıb durdun,
Yazılan tarixdən yaxşı
halısan...
Xeyirxah əməllə bir qala qurdun,
Qarabağın cavan ağsaqqalısan.
Hansı
bir elata səfər eyləsən,
Tərəkəmə ruhu qarşılar səni.
Köçünü bu yerdə əcər əyləsən,
Kəbirli elləri, alqışlar
səni!
Tanrımız qorusun, düşmə
çətinə,
Sinəndə çağlayan ürək
- od olsun;
"Dolu"yla rəng qatdın söz sənətinə,
Hər təzə
əsərin, mübarək
olsun.
... Xalqın taleyinə müdam yarıdı,
Su atar ardınca eli-obası;
Tanrı
onu müdrik - aqil yaradıb,
Dünya,
bir də doğmaz, Aqil Abbası!..
Nazim ƏLİOĞLU
525-ci qəzet.- 2020.- 12 fevral.- S.19.