Ali pedaqoji
təhsilli Qəzənfər
Nəcəfov ixtisasca
coğrafiya müəllimidir. Bir vaxt dərs dediyi sinif otaqlarında xəritə, qlobus vasitəsilə dünyanı
qarşısındakı şagirdlərə
tanıtmağa çalışıb.
Sonralar Qəzənfər müəllim
rəhbər vəzifələrə
irəli çəkilib,
Şabran və Siyəzənin RİH-də
dövlət məmuru
kimi fəaliyyət göstərib.
70 yaşının
tamamında Qəzənfər
Nəcəfov "Belə
ömür sürdüm,
belə yaşadım..."
adlı şeirlər
kitabı ilə oxucularına daha geniş bir dünyanı - könlünün
duyğular aləmini tanıtmaq istəyib.
Onun bir neçə şeirini oxuculara təqdim edirik.
QOCALIRAM
Düşünürəm hərdən-hərdən,
Ömür keçdi niyə birdən?!
Bilməsəm də hansı dərddən...
Bax, beləcə
qocalıram.
Xoş günlərim harda qaldı,
Qocalıq kəməndə saldı.
Soruşurlar, bu nə haldı?
Bax, beləcə
qocalıram.
Cavanlıqda, mən-mən idim,
İgid
idim, ərən idim,
Gələcəyi görən idim,
Bax, beləcə
qocalıram.
Keçib-getdi illər belə,
Qara saçlar
getdi yelə.
Bənzəyirdim coşan selə,
Bax, beləcə
qocalıram.
Artıq
xeyli yaşım vardır,
Saçımda dən sanki qardır.
Sirdaşım var, o da yardır.
Bax beləcə
qocalıram.
Qamətim yaman bükülür,
İnci
tək dişim tökülür,
Qəmdən ürəyim sökülür,
Bax, beləcə
qocalırdım.
Nur daha gəlmir gözümə,
Bəxtim
də gülmür üzümə,
Ayaqlar baxmır sözümə,
Bax, beləcə
qocalırdım.
Lap azalıb dost-tanışım,
Ağır gəlir indi
"daşım",
Qalmaqala
düşüb başım,
Bax, beləcə
qocalırdım.
Qocalıq çox yaman işmiş,
Qocaldan da zaman imiş,
Həyat
çürük saman
imiş,
Bax, beləcə
qocalıram.
BAYATILAR
Qarabağım, Qarabağ,
Çəkibdir sinəmə dağ.
Biz dönərik o yurda,
Vallah, yaxındır
o çağ.
Yaz gələr, çaylar daşar,
Kükrəyər, dağlar aşar.
Qəhrəmanlar ölsə də,
Adları daim yaşar.
Can qurban dost-tanışa,
Dost dərdini danışa,
Dinlədikcə sözünü
Qəlbin
odu alışa.
Var-dövlətdə vəfa yox,
Gözün olsun gərək tox.
Min yeyənin olsa da,
Deyənin olmasın çox.
Sənə vardır sözüm,
qız,
Düşüb sənə gözüm,
qız,
Ayırır bizi əğyar,
Buna necə dözüm,
qız.
Xala bax, qara xala,
Yaraşır gül camala,
Öpəndə al yanağın,
Nə olar, yeri qala.
Ay gözümün qarası,
Ürəyimin parası,
Səndən başqa dünyada,
Yox dərdimin
çarası.
QƏZƏL AHƏNGİNDƏ
Bülbüləm mən gül üçün, canımda
var can, ağlaram,
Yetməsəm muradıma, qəlbim olar qan, ağlaram.
Deyirlər, o, bir huridir, həsrət qalır aşiq ona,
Əgər o, huridirsə, mən də bir qılman,
ağlaram.
Sevdiyim cananımın bənzəri
vardır Leyliyə,
Leyli tək canan üçün Məcnundan yaman ağlaram.
Gəl,
gülüm, sən eşqimi bir sözlə qaldır göylərə,
Yazaram sadiqliyin
haqqında dastan, ağlaram.
Gəl gülüm, lütf et mənə, sən könlümü şad eylə gəl,
Sən mənim
mehmanım ol, mən sənə qurban, ağlaram.
Nalələr etdin, yetər bunca, Qəzənfər, ağladın,
Yetməsən vəslə əgər, demə, hər zaman ağlaram.
***
Ey gül, bilirəm, sən təki canan ola
bilməz,
Eşq atəşinə mən kimi yanan ola bilməz.
Ürkək baxışınla, gözəlim,
qəlbimi yaxdın,
Bu yarəmə bil, sən təki dərman ola
bilməz.
Bülbül oxuyar nəğməsini
gül həvəsiylə,
Bülbül gülə, gül
bülbülə yaman
ola bilməz.
Eşq atəşi bir çoxlarını Məcnun
edibdir,
Leylanı sevən eşqdə
peşman ola
bilməz.
Eşq əhli olan kəslərə gəl, sən qınaq etmə,
Ol yarına mehman, belə dövran ola bilməz.
Qurban eləsən yarına sən canı, Qəzənfər,
Dünyada, yəqindir, belə
qurban ola
bilməz.
Qəzənfər NƏCƏFOV
525-ci qəzet.- 2020.- 12 fevral.- S.19.