Azərbaycan Polisi: Anda sədaqət nümunəsi

 

Azərbaycan polisinin bir əsri geridə qoyan fəaliyyət salnaməsi dövlətin xalqın mürəkkəb, təlatümlü, eyni zamanda, şərəfli qürurlu tarixinin tərkib hissəsidir. Ona görə daxili işlər orqanlarının fəaliyyətinə yalnız Konstitusiya normaları qanunlarla üzərinə düşən vəzifələrin icrasına görə qiymətləndirməklə yox, həm müxtəlif zamanlarda ölkədə gedən ictimai-siyasi prosesləri, dövlət sistemi dəyişikliklərini, müasir dövrdə isə Qarabağ müharibəsi kimi ağrılı bir amili nəzərə almaqla doğru qiymət vermək olar. Bu qeydlər 102 yaşlı Azərbaycan polisinin fəaliyyətinə məhz həmin baxış bucağından bir yanaşmadır.

 

Bu fikirlər tanınmış jurnalist Səyyad Ağbabalının 2 iyulAzərbaycan Polisi Gününə həsr etdiyiAzərbaycan Polisi: Anda sədaqət nümunəsisərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

 

Tarixi məxəzlər təsdiq edir ki, Azərbaycanda ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. Bu dövr 1918-ci ilin aprelində sona çatıb. Azərbaycan xalqının qatı düşməni, daşnak Şaumyanın rəhbərliyi ilə qurulan bolşevik Xalq Komissarları Soveti yanında Daxili İşlər Komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Çaparidze onun rəisi olub.

 

1918-ci il iyulun 2-də ölkənin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri Fətəli xan Xoyski həm Daxili İşlər naziri vəzifəsini icra edib. Cümhuriyyət dövründə bu vəzifənin icrası daha beş nəfərə həvalə olunub.

 

Sovet Azərbaycanı dönəmində bu vəzifəyə 15, Azərbaycanın müstəqilliyinin bərpasından sonra isə 7 nəfər təyin edilib.

 

Azərbaycan daxili işlər orqanlarının taleyinin ən təlatümlü dövrlərindən biri 1920-1940-cı illərdir. Bu illər ərzində milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olub. 1937-1939-cu illərdə isə onun yalnız rəhbər heyətindən 320 nəfər repressiyalara məruz qalıb.

 

Böyük Vətən müharibəsində isə 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanıb yarısından çoxu geri qayıtmayıb. Beş nəfər milis əməkdaşı isə müharibədən Sovet İttifaqı Qəhrəmanı kimi dönüb.

 

1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçilən ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində, o cümlədən Daxili İşlər Nazirliyində dərin islahatlar həyata keçirməyə dəyişikliklər etməyə başlayıb. Bu xüsusda Ümummilli Lider özü belə deyirdi: “O vaxt Daxili İşlər Nazirliyi onun rəhbərliyi əhali arasında hörmətini itirmişdi, alınan şikayətlər həddindən çox idi mən Daxili İşlər Nazirliyinin rəhbərliyində ciddi dəyişikliklər etmək zəruriyyətində idim”.

 

Ulu Öndərin hakimiyyətə gəlişindən sonra respublikanın ictimai-siyasi mədəni həyatında kök salmış neqativ hallara, cinayətkarlığa qarşı kəskin mübarizə başladı. Bütövlükdə hüquq-mühafizə orqanlarında çalışan kadrların seçilib yerləşdirilməsi, onların milli ruhda, vətənə, xalqa sədaqət ruhunda tərbiyə edilməsi işi xüsusi nəzarətə götürüldü. Görülən işlər müsbət nəticələrini verdi. Dövlətin mühüm strukturlarından biri kimi Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan polisi vaxtılə onun fəaliyyətinə vurulmuş ləkələrdən tamamilə təmizləndi.

 

1988-ci ilin fevralından başlayaraq Ermənistan SSRİ-nin prezidenti Mixail Qorbaçovun birbaşa dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiası etməyə açıq təcavüzə başladı. Torpaqlarımızın müdafiəsinə, vətəndaşların təhlükəsizliyinin qorunmasının, erməni-daşnak separatçı qüvvələrə qarşı mübarizənin önündə məhz Azərbaycan polisi dururdu. Birinci Qarabağ müharibəsində 500-dən çox polis əməkdaşı şəhid olub, sıravi zabit heyətindən isə 1710-dan çox adam yaralanıb. Vətən qarşısında misilsiz xidmətlərinə görə 65 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bu statistik rəqəmlərin arxasında Azərbaycan polisinin qəhrəmanlığı, şücaəti, ölüm təhlükəsi ilə üzləşən insanların köməyinə, həyatını düşünmədən riskə atan vətən oğullarının qeyrəti durur.

 

1988-1993-cü illərdə ölkədə yaranan ağır hərbi siyasi böhran, hərc-mərclik, hakimiyyətin tamamilə deqradasiyaya uğraması, qanunsuz silahlı birləşmələrin meydan sulaması, polisin siyasi mübarizəyə cəlb edilməsi digər mənfi hallar Azərbaycan daxili işlər orqanlarını tamamilə fəlakətli bir vəziyyətə saldı. Təkcə bir faktı qeyd edək, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə respublikada rekord sayda - 22 min 440 cinayət hadisəsi törədilib. Həmin müddətdə cəmi 382 nəfərlə bağlı 249 cinayət işi məhkəmələrə göndərilib. Azərbaycanın müstəqil bir dövlət kimi varlığının bütövlükdə sual altına düşdüyü belə bir vəziyyətdə xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Əbədiyaşar liderin hakimiyyətə qayıtdığı gün – 1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi həkk edildi. Hüquq-mühafizə orqanları ilə sahəsində yenilməz biliyə xüsusi təşkilatçılıq qabiliyyətinə malik olan Ümummilli Liderin rəhbərliyi ilə bütövlükdə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının fəaliyyətinin yenidən qurulması üçün olduqca təsirli tədbirlər görüldü, ciddi islahatlar aparıldı, məhv edilmiş peşəkar özəyin bərpası üçün ən təsirli addımlar atıldı. Nəticədə 1993-2003-cü illərdə ölkəmizdə cinayətlərin sayı bütövlükdə 33 faiz azaldı. Həmin dövrdə 34 mindən çox cinayətkarı birləşdirən on minə yaxın cinayətkar qrup zərərsizləşdirildi. Son 15 ildə isə törədilən cinayətlərin təxminən 88 faizi böyük ictimai təhlükə törətməyən az ağır, yalnız 12 faizi ağır cinayətlərdir. Bütün bunlar ona görə mümkün olub ki, Ulu Öndərin siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycan Daxili İşlər Nazirliyinin onun strukturlarının fəaliyyətini daim diqqətdə saxlayır, daxili işlər orqanlarının fəaliyyətinin yenilənməsi maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirir. Məhz bu diqqət qayğının sayəsində indi Azərbaycan polisi beynəlxalq nüfuza malik, təcrübəsi öyrənilən, fəaliyyətindən nümunələr götürülən güc strukturu anda sədaqət nümunəsidir. İndi Azərbaycanpolisə etibarlılıq indikatoruüzrə 150 dövlət arasında 54-cü sırada yer alır. Daxili işlər orqanlarında aparılan institusional islahatlar daha da dərinləşdirilir, asayişin təmin edilməsində yeni meyarlar müəyyənləşdirilib. Bunlar hesabatlılıq, şəffaflıq vətəndaş məmnunluğudur. Azərbaycan polisinin fəaliyyətinə yeni istiqamət verilməklə onun dünyagörüşündə müstəqilliyə qədər mövcud olan təsəvvürlər dəyişdirilir, yeni milli ideoloji məzmunla zənginləşdirilir.

 

İndi dünya nəinki 20-30 il əvvəlki, heç bir il öncəki deyil. Koronavirus pandemiyası dünyanı ağuşuna aldığından yeni çağırışlar meydana çıxır. Bir sıra dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi onun strukturları tamamilə yeni vəzifələri icra etməli olur. Müşahidələr göstərir ki, xüsusi karantin rejimi dövründə Daxili İşlər Nazirliyi onun strukturları bu yeni vəzifələrin icrasına çox qısa vaxtda lazımınca uyğunlaşa bilib. İndi polis əməkdaşları demək olar ki, hər yerdədir. Bəzən onlar təcili yardım funksiyalarını icra edir, yaşlı insanlara yemək-içmək çatdırır, qaydalara uymayanları israrla, həm səmimi formada başa salmağa çalışır, 24 saat gərgin rejimdə xidmət aparırlar. Bəli, Azərbaycan polisi milli dəyərlərə hörmətlə yanaşır.

 

Biz öz polisimizlə fəxr edir, qürur duyuruq. Daxili işlər orqanları onun əməkdaşları, həmçinin nazirliyin rəhbərliyi Azərbaycan polisi ilə qürur duyur. Polisin fəaliyyətini yüksək qiymətləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.

 

102 yaşın mübarək, Azərbaycan Polisi!

 

Səyyad  Ağbabalı

525-ci qəzet.- 2 iyul.- S.5.