İddiasız yaşaya bilmək - Professor Nəsir Əhmədlinin doğum gününə
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
müəllimlərindən yoxdur. Və yəqin ki,
heç vaxt olmayacaq da. Kim bilməsə də, o fakültənin məzunları
bunu yaxşı bilirlər. Hansısa bir əzazil
müəllimlə rastlaşanda
da, o dəqiqə yəqin
edirdin ki, başqa fakültədən
gəlib.
Tələbələrdə bu əminliyi, öz müəllimləri
ilə bağlı bu yəqinliyi, arxayınçılığı Jurnalistika fakültəsinin
müəllimlərinin doğma
və təmənnasız
münasibəti yaratmışdı. Bir dəfə söhbət düşəndə sevimli
müəllimimiz Cahangir
Məmmədli fakültədə
bu ənənəni -
təmənnasızlığı ustad müəllimimiz, mərhum professor Şirməmməd
Hüseynovun qoyduğunu
dedi. İllər, onillər keçib,
dünyada, ölkədə
çox sular axıb-durulub, amma o ənənə bu gün də yaşayır. Ona görə
də Jurnalistika fakültəsinin tələbələri
də, məzunları
da öz müəllimlərini
həmişə ehtiramla,
xoş duyğularla xatırlayırlar. Düzdür,
tərəzinin sevgi gözünü işə
salsaq, ola
bilsin, kimsə kimdənsə bir qədər ağır gəlsin, amma bütün hallarda o müəllimlərin hər
biri bu ehtirama,
bu sevgiyə layiqdirlər. Elə buna görədir ki, indinin özündə
də biz məzunlar o
müəllimlərin, demək
olar, hər biri ilə həm
də doğma, simsar adam
kimi, dost kimi görüşə bilirik.
Tərəzinin o sevgi gözündə ən ağır gələn xocalarımızdan
birinin - professor Nəsir
Əhmədlinin doğum
günüdür, 77 yaşını
tamamlayır.
Nəsir müəllimin yüzlərdə
tələbələrindən biri də mən
olmuşam. Düzü, indi Nəsir
müəllimin hansısa
dərsindən konkret
hansısa məqamı
xatırlamaq mənə
çətin gəlir.
Amma onun hər dəfə
auditoriyadakı özündən
arxayın, güvənli
duruşu, içinin dopdolu olduğundan xəbər verən çöhrəsi bu gün də yadımdadır. O arxayın
və toxdaq duruş sanki deyirdi ki, mən
burdayam, kim
öyrənmək istəyirsə,
buyursun, hazıram, yox, kimsə öyrənmək, oxumaq istəmirsə, onu da incidən, dağa-daşa
salan deyiləm.
Adam var, müəllim
kimi bir dəfə də auditoriyaya girməyib, amma öz davranışı,
əxlaqı ilə həyatda ətrafındakılara
örnək, nümunə
- müəllim olub, düşüncəsi ilə
yaşam tərzi üst-üstə düşüb
həmişə. Belə adamlar öz həyat
normaları ilə həm də neçə-neçə insanı
atmaq istədiyi nə qədər pis addımdan, bəd əməldən çəkindiriblər. Bu anlamda Nəsir müəllim təkcə
auditoriyada, Jurnalistika fakültəsində müəllim
olmayıb - həmişə
düşündüyü kimi yazıb, yazdığı kimi yaşayıb. Yəqin
ki, heç kim indiyəcən
bir dəfə də olsun onun
dilindən boğazdan
yuxarı, qəlp bir kəlmə söz çıxdığını
eşitməyib, özünün
istəmədiyi bir yazının, ürəyincə
olmayan bir fikrin altında imzasını görməyib.
Mən də nə eşitmişəm, nə
də görmüşəm.
Və müəllimimin təkcə
tələbələri üçün
yox, çevrəsində
olan hər kəs üçün nümunə sayıla biləcək dopdolu, sanballı bir həyat yaşadığını
görüb müşahidə
etdikcə sevinmişəm,
qürurlanmışam, şəstlə
"O adam mənim müəllimim olub", demişəm.
İddiasız, təvazökar adamlara həmişə xüsusi
rəğbətim olub. İddiasız olmaq həm də özündən arxayın olmaqdır, öz yerini, öz mərtəbəni bilməkdir. Mənim müəllimim
də belədir.
Bəlkə elə buna görədir, Nəsir müəllim adamla ünsiyyət zamanı elə sərbəst mühit, rahat aura yaradır ki, səndən yaşca böyük olduğunu unudursan, özünü onun tay-tuşu, yaşıdı kimi hiss edə və yanında açıla bilirsən. Buna imkan verən həm də Nəsir müəllimin içinin genişliyi və bu genişliyi
daima özündə
ifadə edən işıqlı, nurlu çöhrəsidir.
Xocam, çöhrə
demiş, bu gün sizin şəkilləriniz - o nurlu
çöhrəniz Feysbuku
bir xeyli işıqlandırıb. Həmişə
belə qalın, işığınızı əsirgəməyin!
Doğum gününüz
mübarək!
P.S. Pisniyyət pandemiyanın "məsafə
saxla" qadağasına
görə Sizinlə
qoşa şəklimi
paylaşmadım. Amma
inanıram ki, tez bir zamanda
hamılıqla bu qada-balanı da adladacağıq. Və onda çoxlu görüşlərimiz və
məclislərimiz olacaq,
neçə-neçə qoşa
şəkillər çəkdirəcəyik.
Hələliksə indiki
gərgin günlərdə
tək demək istədiyim budur: Salamat qalın, sağlam olun, özünüzü qoruyun!
Yusif Rzayev
525-ci qəzet.- 2020.-
2 iyul.- S.8.