Səməd Vurğunun şeirlər kitabı qardaş ölkədə nəşr olunub

 

 

Xalq şairi, müasir milli poeziyamızın ən parlaq simalarından olan Səməd Vurğunun şeirləri Türkiyədə nəşr olunub.

 

AZƏRTAC xəbər verir ki, şeirlər Türkiyənin istedadlı milli şairi Kənan Çarboğa tərəfindən tərcümə edilib. Nəşrdə böyük şairin "Acı gülüşlər", "Adsız şeir", "Ana", "Anamın gəlini", "Bahar", "Çiçək", "Dağlar", "Şəkil" digər məşhur şeirləri toplanıb.

 

Kitabın "Ön söz"ünün müəllifi AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nəşrin məsləhətçisi Moşu Vəkilovdur. "Səməd Vurğundan seçmə şeirlər" adı ilə türkdilli poeziyasevərlərə təqdim olunan kitabın redaktorları Elçin Qafarlı Dəyanət Osmanlıdır.

 

Bu nəşr Kənan Çarboğa ilə Elçin Qafarlının birgə layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı seriyasından olan birinci kitabdır. Layihə çərçivəsində bu il ərzində Əhməd Cavadın, Mikayıl Müşfiqin Cəfər Cabbarlının seçmə şeirlərinin nəşr olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, keçən ay şair Kənan Çarboğanın "Turan aşkı" kitabı türk dilində Azərbaycanda Atatürk Mərkəzi tərəfindən Bakıda işıq üzü görüb.

 

525.- 2020.- 4 iyul.- S.13.