Məhəmməd Hadinin sənət idealları müasir dövradlı onlayn elmi konfrans keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Hadinin 140 illik yubileyinə həsr olunmuşMəhəmməd Hadinin sənət idealları müasir dövradlı onlayn elmi konfrans keçirilib. Bu barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, bu konfrans Prezidentin Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq təşkil olunub. AMEA Humanitar Elmlər Bölməsinin bu istiqamətdə gördüyü işlərin nəticəsi olaraq konfransı Ədəbiyyat İnstitutunun Yeni dövr şöbəsinin yaxından iştirakı ilə keçiririk.  

 

Akademik İsa Həbibbəyli Məhəmməd Hadini Azərbaycan romantizminin əsas simalarından biri adlandıraraq onunƏlvahi intibahpoemasının ədəbiyyatımızda xüsusi mövqeyindən danışıb. Bildirib ki, şairin irsini ilk dəfə Əziz Mirəhmədov araşdıraraq 1978-ci ildə çap etdirib. Əsərlərinin iki cildliyini hazırlasa da, həmin vaxt yalnız birinci cild işıq üzü görüb. İndi İslam Qəriblinin rəhbərlik etdiyi şöbədə iki cildliyin hər iki cildi çapa hazırlanıb və akademiyanınElmnəşriyyatının planına salınıb. Bunlardan əlavə Azərbaycan Yazıçılar Birliyi Sərəncamdan irəli gələrən tədbirlər planına uyğun olaraq Qulu Ağsəsin baş redaktorluğu iləUlduzjurnalının bir nömrəsini Məhəmməd Hadiyə həsr edib.

 

Sonra Yeni dövr ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam QəribliMəhəmməd Hadi: şair, tərcüməçi, publisistadlı məruzə ilə çıxış edərək rəhbərlik etdiyi şöbədə hazırlanan nəşrlər barəsində ətraflı məlumat verib. Şairin 246 orijinal şeirinin, 4 poemasının 27 poetik tərcüməsinin məlum olduğunu vurğulayıb. Məhəmməd Hadinin indiyə qədər digər kitablarında çap olunmayan 64 şeirinin, 4 poetik tərcüməsinin, 125 məqaləsinin, 3 məktubunun, 4 mənsur şeirinin ilk dəfə olaraq iki cildlikdə yer alacağını bildirib.

 

Videokonfransda filologiya elmləri doktoru Abid TahirliM.Hadi poeziyasıistiqlalın əbədi məşəli”, doktordosent Mehdi GəncəliTürkiyədə M.Hadi irsinin tədqiqi”, dosent Namiq AbbasovM.Hadi yaradıcılığı yeni kulturoloji təfəkkürdəməruzələri ilə şairin həyatı fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

 

Onlayn konfransdaƏdəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Uşaq Ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova da çıxış ediblər. Ədəbiyyat İnstitutunun elmi əməkdaşlarından filologiya elmləri doktoru, dosent Lütviyyə ƏsgərzadəAzərbaycan istiqlal mübarizəsi M.Hadi”, filologiya üzrə fəlsə doktoru, dosent Səadət VahabovaM.Hadi yaradıcılığında tolerantlıq”, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə AbdullayevaM.Hadi Tofiq Fikrət onun ədəbi irsi haqqında”, İnstitutun direktor müavini, filologiya elmləri doktoru Əlizadə ƏsgərliM.Hadi romantizmində ədəbi-fəlsəfi cərəyanların izləriadlı məruzələrlə çıxış ediblər.

 

Əfsanə BAYRAMQIZI

525-ci qəzet.- 2020.- 4 iyul.- S.17.