Qürbətdən
gələn səs
Gülnarə Acalova 1967-ci ildə
Gürcüstan Respublikasının Borçalı
mahalında doğulub. Bolnisi rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologia fakültəsini bitirəndən
sonra ailə vəziyyəti ilə bağlı Rusiya Federativ Respublikasının
Belqorod şəhərində
yaşayır.
Gülnarə xanımın "Nar Çiçəyi” imzasıyla
həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir və esseləri müxtəlif ölkələrdə,
o cümlədən respublikamızda
vaxtaşırı işıq
üzü görməkdədir.
O, yaşadığı şəhərdə
Azərbaycan icmasının
ən fəal üzvlərindən biridir.
Vətənimizlə də
xanım yazarı qırılmaz tellər birləşdirir. Həkim
oğlu Rəşad Bakıda yaşayır və ixtisası üzrə nüfuzlu tibb müəssisələrindən
birində çalışır.
Dalidag.az Gülnarə Acalovanın şeirlərini
təqdim edir:
QƏRİBƏ QADIN
(Mənə “Qəribə qadınsan” deyən bir söz adamına)
“Qəribə qadınsan” -
dedin,
Tanımadığın qadına.
Bəlkə başqa bir ifadə,
Yaraşır onun adına?
Nə bilirsən nə “yük” çəkir,
Onun zəif
çiyinləri?
Allah bilir nə gözləyir,
Bu çiyini əyənləri.
Qəribə dediyin qadın
Pələng, şir güclü anadı.
Sənə zəhmli görünsə
də,
İncə qəlbli bir sonadı…
Ununu çöldə ələmə,
Külək ürfasın dağıdar.
Zərif
vücud sahibinin
Varlığına dünya sığar.
Çox
axtarıb, görəmməyib,
Nə saf duyğu, nə düz ilqar.
Ona qəribəsən - demə,
Hər sözündə
həqiqət var.
Dəyirmandan diri çıxıb,
Tanrı qoruyan bir dəndi.
Heç
fərqinə vardınmı
ki,
Gözündəki qəm nədəndi?
“Qərbə” dediyin qadın,
Oxunmamış bir kitabdı.
Onun könül nəğmələri
Eşiilməmiş xitabdı.
HARALARDASAN…
Yaman darıxmışam,
haralardasan?
Gözlərim yoluna dikilib qalıb.
Ey sevgimə sahib çıxmayan
insan,
Ömür karvanımın yolu qısalıb.
Məni
çox gözlətdin,
hardasan, harda
Bəlkə də qalmısan güllü baharda?
Bəlkə də istidə,
hayda -harayda,
İtirmisən məni bir ötən
yayda?
Payızı da gəldi ömrümün...yoxsan,
Saçlarımı hicran yeli darayır.
Hardasan sevgimin sahibi insan,
Gözüm yenə təkcə səni arayır.
Soylə,
harda qaldın, darıxdım yaman,
Sevginin yerini həsrət alıbdı.
Sən hansı fəsildə yatmısan, oyan
Ömrümün qışına azca qalıbdi.
Yaman darıxmışam xəyallarımda,
Yaşadıb sevdiyim bir İnsan
üçün.
Dünya
möcüzələr xəzinəsidir,
Həyat
yollarımız kəsişər
bir gün…
ZƏMANƏ
Gör hansı zəmanənin,
Qonağı olmuşuq biz?
Pullunun sözü haqdır,
Kasıbın sözü yersiz.
Ana-bacı qanmayan,
Kişi sayır özünü.
Böyük-kiçik yanında,
Yeridir oz sözünü.
Quş ürəkli insanlar,
Elə bilir pələngdi.
Xalqa meydan oxuyur,
Deyirsən bəs, ərsən fələkdi.
Gör hansı zəmanənin
Qonağı olmuşuq biz?
Hökm
sahibi olubdur
Oğru,
namərd, şərəfsiz…
ZAMANMI
AYIRIR, MƏKANMI BİZİ...
Əllərim əlindən üzülüb
gedir,
Zamanmı ayırır, məkanmı
bizi?
Ömür qatar yolu, düzülüb gedir
Aparır özüylə xatirəmizi.
Qəlbimdə ayrılıq tonqalı
yanır,
Ümidin kəndiri üzülməkdəd.
Ürəyim yoxluğun özündən
danır,
Göz yaşım elə hey süzülməkdədi...
Qismətin payından pay verdim
sənə,
Zəhərlə bölüşdüm, bal nədi
bilməm.
Zəhəri bal edib qaytardın mənə,
İtməsən acını qəlbimdən
silləm
Amma…
Əllərim əlindən üzülüb
gedir,
Zamanmı ayırır, məkanmı
bizi?
Sevgi nübarını dada bilməmiş,
Artıq itiririk bir-birimizi.
Nə zaman günahkar, nə də ki, məkan,
Özü öz hökmünü
verirsə insan...
GÜZGÜ
ÖNÜNDƏ
Güzgünün önündə baxıb
əksimə
Mən özüm-özümə
sual verirəm.
Hər dəfə nidalı suallarıma
Aciz-aciz
baxan gözlər
görürəm.
Tamam dəyişmişəm, başqalaşmışam,
Yorğun baxışımda kədər
izi var.
Vəfasız həyatın dönüklüyündən
Alnımda iz salıb artıq
qırışlar.
Qəlbim
də dəyişib baxışım kimi,
Çox kövrək olmuşam, tez-tez doluram.
Bəd nəzər, acı söz qırır qəlbimi,
Üzülmüş çıçəktək
vaxtsız soluram ...
Hərdən gənc qız baxır mənə güzgüdən,
Nurundan qamaşır zəif gözlərim.
“Getmə, dayan!” -demək istədiyim an,
Qəhərdə boğulub qalır sözlərim.
Mən
o mən deyiləm, başqalaşmışam,
İllərin yükündən əyilib
qəddim.
Damcısı özünü əridən
şamın
Giley eyləməyə
olarmı həddi?
Suallar cavabsız, ürək dolu söz,
Həyat acısının “şirin”
dadı var.
Ey güzgüyə baxan, döz, dözdükcə
döz,
Geriyə baxmağın de, nə adı var?
GÜNAHDI
Bulağa
gölməçə, quyuya
dərya,
Mələyə ifritə demə, qünahdı.
Əgər qusmusansa yediyin qaba,
Qayıdıb o qabdan yemə, günahdı.
İxtiyar sahibi sanıb özünü,
Allahla Allahlıq
etmə, günahdı.
Axirət
qapısı uzaqda deyil,
Gəl, şeytan
yolunu getmə, günahdı.
Nə qədər varın da, hökmün də olsa,
Ayağın altını görəsən
gərək.
Hər kəsin qisməti qara torpaqdı,
Öləndə kişitək öləsən
gərək.
Sayma verdiyini, aldığını
say,
Haram tikə yemə,
vallah günahdı.
Sənin
bir ömürlük “ iblis libası”n,
Yeddi nəslin üçün
çəkilən ahdı…
DEMƏ
Kİ…
Demə
ki, kemişdə qaldı sevgimiz,
Gecəylə gündüztək yadlaşmışıq
biz
"Dünyada əbədi varlıq yox"- demə
"Sənin kimiləri çoxdan, çox" demə!
Çalışma sevgini kürüməyə
sən
Onsuz da unuda bilməyəcəksən.
Nə vaxtsa yadına mən düşən zaman,
Sən özün-özünü unudacaqsan!..
BU GÜN
SƏNİ GÖRDÜM ...
Mən bu gün səni
gördüm,
İnanmadım özümə.
Nə qədər uzaq və yad
Göründün sən gözümə.
Kənardan baxdım sənə,
Mənə "yarım" deyənə.
İllərin karvanında,
Dəyişdi nə, itdi nə?
Mən bu gün səni
gördüm,
Çırpınmadı ürəyim.
Nə yarımsan, nə dostum,
Onda nəyimsən,
nəyim?
Vaxt vardı ki, ölərdim,
Qabağında "öl"- desən,
Qurbanın da olardım,
Bir an fikirləşmədən.
Yerin sultanlıq idi,
Sənli dünyamda
mənim.
Həyatını məhv etdin,
Səni bunca
sevənin.
Artıq inamım
ölub,
Sevgiyə, məhəbbətə.
Məhəbbətin qatili,
Gələr axı, lənnətə!
Mən bu
gün səni gördüm,
Çırpınmadı ürəyim.
Niyə sevgimi
çaldın
Deyildisə gərəyin?
Donub buz
əllərində,
Yoxsa ölüb,
atmısan?
Bəxti pozulmuş
qızın,
Günahına batmısan.
Mən keçdim
günahından,
Yəqin, Tanrı
da keçər
Vicdanın bağışlasa,
Özü-özünü
əgər.
Bu dəfə
bir qürurla,
Baxdım "qaçan" gözünə,
Sənsə heç uzaqdan da,
Baxammadın üzümə...
Gülnarə Acalova
525- ci qəzet.- 2020.-
4 iyul.- S.23