Azərbaycan multikuturalizmi Almaniya
mətbuatında
müzakirə edilib
Almaniyanın nüfuzlu "Der Freitag" qəzetində
və "News24" portalında
Azərbaycan multikulturalizmi
mövzusuna həsr edilən məqalələr
dərc edilib. Məqalələrdə Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı
direktoru Rəvan Həsənov fikirlərinə
geniş yer ayrılıb. Dərc edilən yazılarda
dünyada örnək
olaraq qəbul Azərbaycan multikulturalizm modelinə həsr olunmuş yazıda ölkəmizin etnik və konfessional baxımından rəngarəng
olmasından və bu müxtəlifliyin qorunmasında dövlətin
maraqlı olmasından
söhbət açılır.
Multikulturalizmin dövlət
siyasəti müstəvisinə
qaldırmaq dövlətin
özünün gələcək
taleyi üçün
həlledici olacağı
məqalədə öz
əksini tapıbdır.
Bununla yanaşı, mədəniyyətlərarası və dinlərarası dialoqun regional və qlobal sülhün açarı
olması, Azərbaycanın
bu kimi platformalara
böyük önəm
verməsi də xüsusi ilə qeyd olunub. Məqalədə,
eyni zamanda, multikulturalizm siyasətinin
gələcək perspektivləri
və dialoqun vacibliyi xüsusi ilə vurğulanıbdır.
Mərkəzin icraçı
direktoru Rəvan Həsənovun bu fikirlərinə istinad, onun İngiltərənin
"The Prisma" qəzetinə verdiyi müsahibəyə istinadən
yazılmışdır. Qeyd
etmək istəyirik ki, "Der Freitag"
qəzeti Berlində
1990-cı ildən çap
olunur və mətbu orqan "The Guardian" qəzeti ilə sıx əməkdaşlıq
edir. Azərbaycan multikulturalizm modelinə xarici ölkələrdə
marağın böyük
olması və bu modelin öyrənilməsi
daim xarici ölkələrin KİV-ləri
tərəfindən də
diqqətdə saxlanılmaqdadır.
525-ci qəzet.- 2020.-
7 iyul.- S.11.