Yazıçı, tərcüməçi Nağı Nağıyevin anadan olmasından 110 il ötür

 

 

İyulun 13-də Naxçıvan torpağının görkəmli yetirməsi, nasir, dramaturq, redaktor, maarifçi, ictimai xadim, quruluşçu rəssam, dövrünün tanınmış ziyalısı Nağı Nağıyevin anadan olmasının 110 ili tamam olur.

 

Nağı Nağıyev Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan hərtərəfli şəxsiyyətlərdən biridir. Bir çox sahələrdə uğurla fəaliyyət göstərən Nağı Nağıyevin Azərbaycan ədəbiyyatı tarixindəki ən böyük xidmətlərindən biri ədəbi əlaqələrin yaranmasında göstərdiyi fəallıqdır. Onun müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr öz əsərlərinin ayrı-ayrı dillərə tərcümə olunması bu əlaqələrin genişlənməsində mühüm rol oynayıb. Eyni zamanda, yüzdən çox tərcümə digər əsərlərə redaktorluq edən Nağı Nağıyev bu sahədə kifayət qədər təcrübəli bir mütəxəssis kimi yetişmişdi keyfiyyətli tərcümənin necə olduğunu çox yaxşı bilirdi.

 

Tədqiqatçıların ümumi fikri budur ki, sovet dövründə edilən bədii tərcümələr daha keyfiyyətli idi. Bunun əsas səbəblərindən biri həmin dövrdə bu məsələyə ciddi nəzarətin olması idi.

 

Təbii ki, hər hansı xarici dili bilmək hələ bədii əsəri tərcümə etmək üçün kifayət deyil. Əsər elə tərcümə olunmalıdır ki, oxucu onu orijinal əsər kimi qəbul etsin onun tərcümə əsəri olduğunu anlamasın. Bu baxımdan Nağı Nağıyevin tərcümə yaradıcılığı diqqəti cəlb edir. O, həm şərq, həm qərb xalqlarının ədəbiyyatlarına müraciət edərək dünya ədəbiyyatının müxtəlif nümunələrini dilimizə çevirməklə ədəbiyyatımızı yeni, maraqlı əsərlərlə zənginləşdirib. O, roman, povest, memuar, nağıl, hekayə janrları üzrə Qərbi Avropa, Şərq dünyası (İran, Ərəb ölkələri, Çin), keçmiş Sovetlər birliyinin xalqları (rus, özbək, türkmən, gürcü) yazıçılarının əsərlərini rus mətnindən tərcümə edib.

 

Onun tərcümə əsərlərində diqqəti cəlb edən ən başlıca cəhət dil ifadə tərzinin aydınlığıdır. Bu əsərlər bədii keyfiyyəti dilinin səlisliyi baxımından heç orijinallardan geri qalmır. Təbii ki, tərcümə işində əsərlərinin seçilməsi böyük əhəmiyyətə malikdir. Bu işdə konkret tarixi şərait həlledici rol oynayır. Nağı Nağıyev sovet dövründə yaradıcılıqla məşğul idi onun tərcümə üçün seçdiyi əsərlər içərisində zəhmətkeş insanlara, quruculuqla məşğul olan gənclərə həsr olunmuş əsərlər vardır.

 

Bədii tərcümə nümunələri öz ikinci müəllifinin, yəni tərcüməçinin məharətindən peşəkarlığından asılı olaraq xalq tərəfindən qəbul olunur sevilir. Bu baxımdan Nağı Nağıyevin tərcümə əsərləri öz dili, üslubu ilə yazıçının yüksək sənətkarlıq qabiliyyətindən xəbər verir, onun ədəbi yaradıcılıq təcrübəsi özünü həm tərcümə etdiyi əsərlərin dilində göstərir.

 

Bədii tərcümə yaradıcı xarakter daşıyır. Yəni müəllif əsəri tərcümə edərkən həm onun ikinci müəllifinə çevrilir. Çünki burada birbaşa hərfi tərcümə getmir. Tərcüməçi yaradıcı şəkildə əsərdəki nümunələri tərcümə etdiyi xalqa uyğunlaşdırır. Şifahi ədəbiyyat nümunələrinin, frazeoloji birləşmələrin qarşılığını tapır. Nağı Nağıyev xalq dilinin incəliklərinə dərindən bələd olan bir sənətkar kimi həm öz bədii, həm tərcümə yaradıcılığında bu dilin incəliklərindən geniş şəkildə bəhərlənmiş maraqlı nümunələr ortaya qoymuşdur. Məhz öz xalqına, soy-kökünə möhkəm bağlılığın nəticəsi idi ki, o, əsərlərində xalq dilinə məxsus vahidlərdən yerli-yerində istifadə edə bilirdi. Müəllif öz əsərlərində xalqlarının həyatını, məişətini, yaşam tərzini, adət-ənənələrini əks etdirən maraqlı lövhələr vermiş, varlı yoxsulların güzəranı timsalında oxucunu cəlb edən bədii təzadlar yaratmışdır. Eyni zamanda, onun tərcüməçisi olduğu bütün əsərlərdə öz dövrünün vacib əxlaqi promlemləri   əksini tapmışdır.

 

Nağı Nağıyevin Azərbaycan ədəbiyyatı tarixində dram əsərləri, roman, povest, hekayə, oçerkləri ilə yanaşı, həm tərcümə əsərləri ilə özünəməxsus yeri vardır. Bu əsərlər böyük bir dövr gənc nəslin yetişməsində mühüm rol oynayıb bu gün maraqla oxunmaqdadır. Dünya xalqlarının ədəbiyyatını, mədəniyyətini, həyat tərzini öyrənmək baxımından da bu əsərlər bir körpü rolunu oynayır Nağı Nağıyev öz tərcümə əsərləri ilə yaşadığı dövrdə olduğu kimi, bu gün xalqına böyük xidmət göstərməkdədir.

 

Nuray ƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsi

 

525-ci qəzet.- 2020.- 10 iyul.- S.12