Həsən bəy
Zərdabinin heykəli
harda olsun?
SorğuAzərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov təklifi müsbət qarşıladığını, bunun həm Zərdabinin, həm də heykəlin yaradılmasında zəhməti
olanların xatirəsinə
bir sayğı nümunəsi olacağını
dedi:
"Əziz dostumuz,
dəyərli həmkarımız
Əlirza müəllim
Balayevin təklifi kifayət qədər aktualdır. Milli mətbuatımızın 145 illik yubileyi ərəfəsində belə
bir təklifin meydana çıxmasını
təqdirəlayiq hesab
edirik. Həsən bəy Zərdabinin
heykəlinin Azərbaycan
Milli Ensiklopediyasının
keçmiş binasının
önündə olması
o zaman üçün
təbii idi. Ancaq ensiklopediya başqa binaya köçürülüb
və əvvəlki bina isə başqa
dövlət qurumuna verilib. Ümumən İçərişəhərdə
çox şey dəyişib, müəyyən
sıxlıq yaranıb.
O ərazidə əsasən
restoranlar və mehmanxanalar var. Əlbəttə,
yaxşı olardı
ki, heykəl şəhərin daha münasib, insanların daha çox gördüyü yerdə
olsun. Bu, onun
ruhuna ehtiramımız
olar. Bu, eyni zamanda, Həsən
bəy Zərdabini heykəlinin qoyulması təşəbbüsünü gündəmə gətirən
Rəsul Rza şəxsiyyətinə və
heykəli ərsəyə
gətirən heykəltaraş
Elmira Hüseynovanın ruhuna
da sayğılı yanaşmamız
olardı. Mətbuat Şurası
məsələ ilə
əlaqədar müvafiq
qurumlar qarşısında
təkliflə çıxış
edəcək".
Əflatun Amaşov deputat
olmayacaq - Günün
Səsi- Namizədliyini
vermədi
Professor Qulu Məhərrəmlinin
də məsələyə
münasibəti müsbətdir:
"Bu təklifi çox
xoş qarşıladım.
Bizdə
Həsən bəy Zərdabinin heykəllərinin
hamısı nədənsə,
namünasib, gözdən
uzaq yerdədir. Akademiyanın bağında, Biologiya
İnstututunun çevrəsindəki
büstü də sanki ağacların arasında gizlənib.
Ona görə mən hesab edirəm ki, Zərdabinin heykəli Ensiklopediyanın
köhnə binasının
qarşısından götürülməlidir.
Həsən bəy Zərdabi
Azərbaycanda ensiklopediya,
yazı, çap sənəti, mətbəə
yaradan, mətbuatımızın
banisi, ilk xeyriyyə cəmiyyətinin yaradıcısıdır.
Onun Azərbaycan ictimai məfkurəsindəki yeri,
tarixi xidmətləri
nəzərə alınaraq
heykəli görünən
yerdə, insanların
nəzərini, diqqətini
cəlb edəcək məkanda, elə indiki Ensiklopediya binasının qarşısında
qoyulmalıdır. Çünki Ensiklopediyanın indiki binası önündən
çoxlu insanlar, tələbələr keçirlər.
Onlar görməli, tanımalı,
onun haqqında düşünməli, bilgilər
əldə etməlidirlər
ki, Zərdabinin kimliyinə və bu millət qarşısındakı xidmətlərinə
dərindən bələd
olsunlar.
Qulu Məhərrəmli: "Orfoqrafiya
lüğəti layihəsinin
üç maddəsində
...
Əlirza
Balayevin bu təşəbbüsünü dəstəkləyirəm və
hesab edirəm ki, bu, o qədər
də mürəkkəb
bir iş deyil. Zərdabi elmə, elmi
düşüncəyə yaxın insandır, Azərbaycanın ilk alimlərindən
biridir. O, Moskva Dövlət Universitetini təbiət elmləri üzrə alim olaraq bitirib. Ona görə də hesab edirəm ki, bu, çox
məntiqli, qanunauyğun
və maraqlı bir təklifdir. Hər kəsin də bu təşəbbüsü
dəstəkləməyini arzu edirəm".
"APA Group"un təsisçisi Vüsalə
Mahirqızı isə
başqa bir təkliflə çıxış
edib: "Ümumiyyətlə,
mənim heykəllərə
münasibətim bir az fərqlidir. Düşünürəm ki,
heykəllər turistlərin
daha çox gəldiyi, insanların daha çox olduğu yerdə olmalıdır. Başqa ölkələrdə də belədir. İçərişəhər isə turistlərin ən çox olduğu məkanlardan biridir. İndi elə bir zamandır
ki, hər kəsin yerindəcə internetə qoşulmaq və məlumat əldə etmək imkanı var. İstənilən şəxs
yazıb öyrənə
bilir ki, bu adam kimdir
və ona niyə heykəl qoyulub? Hesab edirəm ki, Azərbaycanda hər kəs Zərdabinin kim olduğunu yaxşı bilir. Bunu daha
çox xaricilərə,
şəhərimizi ziyarətə
gələn turistlərə
tanıtmalıyıq. Məncə,
heykəlin yeri o qədər də önəmli deyil. Əsas məsələ odur ki, o var,
qalıb və tanınan bir yerdədir. Amma illah ki, Zərdabinin
heykəlinin yeri dəyişməlidirsə, o zaman
onun yeri gələcəkdə yaradılmalı
olan milli mətbuat muzeyinin qarşısıdır. Təəssüf ki, bizim bu
zamana qədər bir mətbuat muzeyimiz yoxdur, amma mütləq yaradılmalıdır. Əgər
bir mətbuat muzeyimiz olsa, onun qarşısındakı
parkda, bağda Zərdabinin heykəli qoyulsa, bu, daha
çox məzmununa uyğun olar, nəinki Ensiklopediya binasının qarşısı".
Vüsalə Mahirqızı: “APA həyatımda
bir imzadır” -
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, Həsən bəy Zərdabinin heykəli ən gözəl və ən uca yerlərdə
olmalıdır: "Həsən
bəy Zərdabi Azərbaycançılığın simvoludur. Onun heykəlinin bizim istənilən dövlət
təsisatlarının, mədəni-ədəbi
quruluşu olan binaların qarşısında
olması məqbuldur.
Onun bu xalq
üçün gördüyü
ən böyük, ən fövqəladə,
ən əhəmiyyətli
fəaliyyəti ana dilli mətbuatın əsasını qoymağıdır.
Mən hesab edirəm ki, Həsən bəy Zərdabinin heykəlinin Azərbaycanda ən möhtəşəm yerlərdən
birində ucaldılması
daha məqbul olardı.
Akif Aşırlı:
“Prezidentin atdığı
addım dünya üçün örnək
sayıla bilər"
Əlirza müəllimin yazısını
oxumuşam, o, heykəlin
Ensiklopediyanın binası
qarşısında qoyulmasını
təklif edir və bunu da
əsaslandırır ki,
vaxtilə bunu Rəsul Rza təklif eləmişdi, heykəlin hazırlanmasına
da şəxsən nəzarət etmişdi.
Bu da bir
tarixi ənənədir.
Tarixin yaşadılması
üçün bunun
özü də məqbul variantdır. Təklifi müsbət dəyərləndirirəm”.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.-
14 iyul.- S.10.