Azərbaycan fəlsəfi ictimai fikir tarixinə aid yeni kitab

 

 

Bu günlərdə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı monoqrafiyasının ikinci hissəsi "Elm təhsil" nəşriyyatında çap olunub.

 

Bu barədə məlumat verən F.Ələkbərli bildirib ki, kitabın 2-ci bölümündə XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur.

 

Müəllif kitabda Quzey Azərbaycan Türk fəlsəfi ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil edib. Birinci istiqamət milli-demokratik siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, F.Köçərli, Ə.Topçubaşov, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli, H.Bayqara başqaları) şəklindədir. İkinci istiqaməti marksizm-leninizm ideologiyası: milli təmayülçülük beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov, C.Nağıyev başqaları) təşkil edir. Üçüncü isə milli maarifçilik fəlsəfəsi: realizm romantizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi başqaları) olaraq düşünülüb.

 

Kitabın elmi redaktoru dosent Zeynəddin Şabanov, rəyçiləri isə professor Əlikram Tağıyev dosent Müstəqil Ağayevdir.

 

F.Ələkbərli hazırda kitabın 3-cü hissəsi üzərində işlədiyini bu bölümdə 20-ci əsrdə Azərbaycanın güneyində yaşamış mütəfəkkirlərin irsini tədqiqata cəlb etdiyini bildirib.

 

525-ci qəzet.- 2020.- 15 iyul.- S.15.