"Ədəbi-bədii
dil və dilçilik araşdırmaları"nın
birinci cildi nəşr olunub
AMEA-nın Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Dilçilik şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Zülfiyyə İsmayılın
"Ədəbi-bədii dil
və dilçilik araşdırmaları" kitabının
I cildi nəşr edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik
yubileyinə ithaf edilən əsər bölmənin Rəyasət
Heyətinin qərarı
ilə çapa tövsiyə olunub.
Üç cilddə nəzərdə
tutulan kitabın birinci cildi Azərbaycan
dilinin və dilçiliyinin aktual mövzularını əhatə
edir. Belə ki, birinci fəsildə Azərbaycan ədəbiyyatının
böyük simalarının
dil və üslub xüsusiyyətləri
müzakirə müstəvisinə
gətirilir, ikinci fəsildə isə Azərbaycan dilçilik elminə adını böyük hərflərlə
yazdıran dilçi alimlərimizlə yanaşı,
bu irsə töhfələr verən
yeni nəsil dilçilərin də elmi yaradıcılıq yoluna nəzər salınır.
AMEA-nın müxbir
üzvü Əbülfəz
Quliyevin elmi redaktorluğu ilə çap olunan kitab Azərbaycan ədəbi dilinin, dilçilik tarixinin tədrisində əhəmiyyətli
mənbədir.
525-ci qəzet.- 2020.- 14 iyul.- S.15.