Milli Kitabxana “Azər Rzayev. Altı simfonik lövhələr” not məcmuəsini nəşr
etdirib
Bu gün
görkəmli Azərbaycan
bəstəkarı, Xalq
artisti Azər Rzayevin anadan olmasının 90 illiyi tamam olur. Bu
münasibətlə Azərbaycan
Milli Kitabxanası “Milli musiqi xəzinəmizdən
(Azərbaycan Milli Kitabxanasının fondundan)”
seriyasından “Azər
Rzayev. Altı simfonik lövhələr:
iki fortepiano üçün” not məcmuəsini nəşr
etdirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitə görkəmli
bəstəkarın fortepiano
üçün musiqi
əsərləri - Rəqs,
Vals, Məzəli oyun, “Bolero”ya bənzər, “Düşüncə”
və “Qaytağı”
əsərləri daxil
edilib. Bu məcmuə bütün musiqi məktəblərinə
və Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinə
göndəriləcək.
“Azər Rzayev.
Altı simfonik lövhələr: iki fortepiano üçün”
not məcmuəsi ilə http://anl.az/down/NotAz-8169.pdf linkindən tanış olmaq olar.
525-ci qəzet.- 2020.- 16 iyul.- S.9.