Leonid Kalaşnikov,:
"Dağlıq Qarabağ
Azərbaycan ərazisidir
Heç
kəs demir ki, bu, Azərbaycan ərazisi deyil. Əlbəttə ki, Azərbaycan ərazisidir. Lakin heç kəs bu ərazilərin
geri qaytarılması
üçün heç
nə etmir, məsələ budur.
BAKI, 18 iyul — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması ilə bağlı indiyə kimi bir sıra
səhvlər edilib. Məhz elə bu səhvlərə görədir ki, Ermənistan-Azərbaycan münaqişəsi
30 ilə yaxındır,
həll olunmur".
Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
© AP PHOTO / BURHAN OZBİLİCİ
Ərdoğan: "Minsk qrupu 30 ildir
ki, Qarabağ problemini həll edə bilmir"
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan
sərhədindəki gərginliyi
və erməni tərəfinin törətdiyi
təxribatı şərh
edən Rusiya Dövlət Dumasının
MDB ölkələri ilə
iş üzrə Komitəsinin sədri
Leonid Kalaşnikov bildirib.
Onun fikrincə, bu səhvlərdən biri münaqişənin nizamlanmasının
məhz ATƏT-in Minsk Qrupuna
həvalə olunmasıdır:
"Bu, Qərbin istəyi
ilə yaradılmış
format idi. Təbii ki, o vaxtkı
Rusiya hakimiyyəti - Prezident Yeltsin, Xarici İşlər naziri Kozırev də buna dəstək vermişdi. O vaxt bizim ölkədə Qərbin diktəsi ilə oturub-dururdular. Sizə deyim ki, həmin
vaxt MDB Parlament Assambleyası çərçivəsində
bu problemin həlli mümkün idi. Problemin həlli ilə
bağlı sxem də hazırlanmışdı.
Lakin o vaxt amerikalılar buna qarşı çıxdılar və
Minsk Qrupu, həmsədrlik
institutu yaradıldı.
Baxın,
Azərbaycan-Ermənistan sərhədindəki
son vəziyyətdən sonra
beynəlxalq təşkilatlar,
o cümlədən Minsk Qrupunun
həmsədrləri bəyanat
yayaraq hadisəyə qiymət verdilər.
Lakin burada əsas məsələ bu gərginliyin əsas səbəbini söyləməkdir.
Gərginliyin əsas səbəbi
diqqət mərkəzində
olmalıdır. Nədir bu
səbəb? Əlbəttə ki, Qarabağ münaqişəsinin həll
olunmaması. Bu gün biz sərhəddəki
gərginliyin sabitləşməsi
üçün Minsk Qrupunun
cəlb olunması barədə çağırışları
eşidirik. Bu çağırışları edənləri anlamaqda çətinlik çəkirəm.
Bəs, bu vaxta kimi
Minsk Qrupu nə işlə məşğul
olurdu? Nə edib axı bu
təşkilat bu 30 il ərzində?
Həqiqəti söyləsək, heç nə. Bilirsiniz, bu gün son baş verən və davam edən
gərginliyi birinci kimin başlamasının
indi heç bir önəmi yoxdur. Önəmli olan sual budur:
gərginlik niyə baş verib? Əsas cavab isə budur: ona görə ki, münaqişə həll olunmayıb. Hər kəs yaxşı anlayır ki, bu müddət ərzində münaqişənin
nizamlanması üçün
heç nə edilməyib. Bunu artıq
Rusiya rəhbərliyi
də başa düşür. Bu, sevindiricidir. Rusiya rəhbərliyi
başa düşür
ki, ABŞ və Avropa, ümumilikdə Qərb regionda münaqişələrin bitməsini
istəmir. Onlar Rusiyanın
ətrafında qeyri-sabitlik
olmasında, regional münaqişələrin
yenidən alovlanmasında
maraqlıdırlar".
Rusiyalı parlamentari münaqişənin
həllinin yeganə bir yolu olduğunu
bildirib: "Bunun üçün üç
dövlətin rəhbəri
- Rusiya, Azərbaycan və Ermənistan liderləri görüşüb
bu məsələni kökündən həll
etməlidirlər. Başqa həll
yolunu görmürəm.
Konfliktin
hərbi yolla həllini də görmürəm. ATƏT-in
Minsk Qrupu isə bu münaqişənin həllində maraqlı deyil. Ona görə də
onların fəaliyyətinin,
daha doğrusu, fəaliyyətsizliyinin heç
bir faydası yoxdur".
L.Kalaşnikov Dağlıq Qarabağın
Azərbaycan ərazisi
olduğunu söyləyib:
"Heç kəs demir ki, bu,
Azərbaycan ərazisi deyil. Əlbəttə ki, Azərbaycan
ərazisidir. Lakin heç
kəs bu ərazilərin geri qaytarılması üçün
heç nə etmir, məsələ budur. Mən öz prezidentimi
və Azərbaycan Prezidenti İlham Əliyevi də yaxından tanıyıram.
Ermənistan Baş naziri
Paşinyanı isə
demək olar ki, tanımıram. Hesab edirəm ki, bu gün Vladimir Putin və İlham Əliyev öz nüfuzlarından istifadə
edib, bu problemi həll edə bilərlər.
Onlar həqiqətən də bu məsələnin ədalətli həllini istəyirlər.
Hikmət
Hacıyev, arxiv şəkli
©
SPUTNİK / MURAD ORUJOV
Azərbaycan cəmiyyətində Qarabağ münaqişəsi
ilə bağlı yekdil fikir var
– Hikmət Hacıyev
Təbii ki, bu problemi dərhal həll etmək olmaz. Amma nədənsə başlamaq lazımdır.
Mən azərbaycanlıları bu
məsələdə yaxşı
anlayıram. Baxın, biz Dövlət
Dumasında ərazi bütövlüyünün toxunulmazlığına
qarşı çağırışlara
görə cəza haqqında qanun qəbul etdik. İki-üç gün bundan
qabaq bu qanunu qəbul etmişik. Bu qanunu Rusiya vətəndaşlarının
necə böyük məmnunluqla qarşıladığının
şahidi oldum. Ona görə də, sadə azərbaycanlıların
ölkənin ərazi
bütövlüyü ilə
bağlı ağrısını,
dərdini çox yaxşı başa düşürəm. Azərbaycanlıların bu gün küçələrə
çıxıb orduya
dəstək verməsi
başa düşüləndir".
Dumanın komitə sədri
Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının
Ermənistan-Azərbaycan münaqişəsinə
qoşulub-qoşulmayacağı ilə bağlı fikirlərə də münasibət bildirib:
"KTMT-nin bu münaqişəyə qoşulması
cinayət olar. Çünki bu təşkilat
bu və digər qonşularımızla
müharibə etmək
üçün yaradılmayıb.
Ona görə də bu söhbətlərə
son qoyulmalıdır. Kimsə KTMT-ni
Qarabağ münaqişəsinə
cəlb etmək istəyirsə, bilsin ki, buna heç
kəs, heç vaxt nail olmayacaq. KTMT-yə daxil
olan ölkələr
də çox gözəl bilir ki, bu təşkilat
nə üçün
yaradılıb. KTMT-nin Azərbaycanla müharibəyə qoşulacağını
düşünmək belə
axmaqlıqdır. Heç kəs
buna getməz. Bunu unudun".
525-ci aəzet.- 2020.- 21 iyul.- S.5.