Qocaman jurnalist Teymur Əhmədovun 90 illik yubileyi münasibətilə onlayn
tədbir keçirilib
İyulun
20-də Mətbuat Şurasının (MŞ) təşəbbüsü
ilə yazıçı-publisist, filologiya üzrə fəlsəfə
doktoru Şəfəq Nasirin "XX-XXI əsrlərin
qovşağında milli mətbuatın çətin və
şərəfli mübarizəsi. Teymur
Əhmədovun jurnalistlik
fəaliyyətinə bir
nəzər” kitabının
onlayn təqdimatı keçirilib.
AZƏRTAC xəbər
verir ki, "Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun 90 illik yubileyinə həsr olunmuş tədbirdə Mətbuat Şurasının sədri
Əflatun Amaşov,
"Yeni Azərbaycan”
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu,
MŞ sədrinin müavini,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu,
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq cəbhəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli,
"525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid, "Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan
Dövlət İnformasiya
Agentliyinin Elm və təhsil xəbərləri redaksiyasının müdiri
Gözəl Ağayeva,
"Respublika” qəzetinin
baş redaktor müavini Hümbət Musayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, yazıçı-publisist
Şəfəq Nasir çıxış ediblər.
Təqdimat mərasimində
milli mətbuatımızın
145 illik yubileyi öncəsi, ömrünü-gününü
jurnalist peşəsinə
həsr etmiş qocaman qələm sahibi haqqında belə bir nəşrin
ərsəyə gəlməsi
əlamətdar hal kimi dəyərləndirilib.
Vurğulanıb ki, T.Əhmədov nəinki ölkənin media cameəsinin, həmçinin
elmi ictimaiyyətin sevimlisidir. Bu yüksək statusu isə həm peşəkar jurnalistliyi, həm də tədqiqatçılığı ilə qazanıb. T.Əhmədov dözümlülüyü,
qətiyyəti və
prinsipiallığı ilə
istər sovet dövrü, istərsə
də müstəqillik
dövrü ictimai fikir tariximizə müstəsna töhfələr
verib.
Azərbaycan mətbuatı tarixindən
məlumdur ki, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Cəlil Məmmədquluzadə,
Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu və başqaları xalqın milli mənlik şüurunun oyanmasında böyük xidmət göstəriblər.
Nəticə etibarilə proseslər
milli dövlətçiliyin
yaranmasına, 1918-ci ildə
qurulmuş Xalq Cümhuriyyətinin timsalında
itirilmiş dövlətçilik
ənənələrinin bərpasına
doğru apardı. Mətbuatımız eyni missiyanı XX əsrin sonlarında təkrarladı
və o dövrdə öndə gedən ziyalılarımız oldu
ki, onlardan biri də
Teymur Əhmədov idi. Əli bəy
Hüseynzadənin "Füyuzat”ı,
Cəlil Məmmədquluzadənin
"Molla Nəsrəddin”i
hansı rolu oynamışdısa, Teymur
Əhmədovun nəşrinə
rəvac verdiyi "Ata yurdu”, "Vətən səsi”,
"Elturan”, "Vətən
həsrəti” və digər nəşrlər
də eyni missiyanı daşıdılar.
Onlar xalqı müstəqil dövlət
qurmağa inandırdılar,
müstəqillik ruhuna
köklədilər.
Vurğulanıb ki, 145 illik yubileyi keçirilən milli mətbuatımızın
görkəmli xadimlərinin,
eləcə də sovet dövrü mətbuatı xadimlərinin
irsinin tədqiqində
misilsiz xidmətləri
olan T.Əhmədov müasir milli mətbuatımızın canlı
klassikidir. Yubilyarın
gənc jurnalist nəslinin formalaşmasındakı
roluna toxunan çıxışçılar onun bundan sonra
da əzmlə çalışacağına əminliklərini
ifadə ediblər.
525- ci qəzet.- 2020.-
22 iyul.- S.12.