"Çox sürətlə yazıram,
beş yüz səhifəlik kitabi iki aya bitirə
bilirəm"
"Mətbuat çoxşaxəli
olduğu üçün
onun fəlsəfəsi
də çoxşaxəlidir"
- Yunus bəy, öncə 60 illik yubileyinizi təbrik edirik. 22 iyul həm də Azərbaycanda Milli Mətbuat günüdür.
Belə əlamətdar
gündə doğulmaq
bir jurnalistə, media təmsilçisinə nələr
hiss etdirir?
- Sovetlər dövründə
mətbuat günü
səhv etmirəmsə,
may ayının 5-də qeyd
edilirdi. İndi isə
özümüzün Milli
Mətbuat günümüz
var: 22 iyul. Əlbəttə, eyni gündə iki bayramı qeyd etmək ikiqat sevincdir. Hərdən deyirəm ki, bu gün həm
də mənim ad günüm münasibətilə bura yığışmışıq (gülür). Həqiqətdə
isə mənim ad günüm Milli Mətbuat gününün yanında
bir damladır. 22 iyul sözə qiymət verən günümüzün başlanğıcıdır.
- Sizcə, jurnalistikanın fəlsəfəsi nədir?
- Jurnalistikanın fəlsəfəsi
insanları maarifləndirmək,
düzgün informasiyaları
cəmiyyətə ötürməkdir.
Baş verən hadisələri təhlil edib cəmiyyətə ötürmək və çevik işləməkdir.
Ən başlıcası
isə sözün qüdrətini yüksəltmək,
hər kəsi ona hörmət etdirməkdir. Mətbuat çoxşaxəli olduğu
üçün onun fəlsəfəsi də çoxşaxəlidir. Fəlsəfədə
məntiq öndə olduğu kimi, jurnalistikada xəbər və təhlil öndə olmalıdır,
özü də reallığa əsaslanan
məntiq burada da önə çıxa bilər.
"Zamanı gələndə
siyasət, zamanı gələndə jurnalistika
və yazıçılıq
önə çıxıb"
- Azərbaycanın ən çətin zamanlarında
1990-cı illərdə qəzet
nəşr etdirmiş,
mətbuata xidmət etmisiniz. O illəri necə xatırlayırsınız?
- 1988-ci ildən gizli qəzetlər buraxırdıq.
Xalq və Milli Azadlıq Hərəkatları bunu tələb edirdi. "Xüsusi büllütenlər",
"Azad fikir", "Svobodnaya
mısl", "Azad söz",
"Axın" qəzetləri
əməyimizin məhsulu
olub və sovet dönəmində bunları gizlincə nəşr edirdik. Təqiblər, axtarışlar
da öz yerində. Çünki cəmiyyətdə
azad fikrə ehtiyac vardı və bunu rəsmi
qəzetlər ödəyə
bilmirdilər, həm də onlar üçün
ciddi senzura vardı. Biz isə hərəkatı düzgün
istiqamətləndirmək üçün
uyğun mövzular üzərində işləyirdik,
əhali də bütün bunları acgözlüklə oxuyurdu.
Bir mətbəə tapmışdıq, orada yazıları əllə
yığırdıq, o zaman buna "qəlibbasma" deyirdilər. Elə ki bizdən şübhələnməyə başlayırdılar, qəzetin
adını dəyişir
və fəaliyyətimizi
davam etdirirdik. Yalnız 90-cı illərin
sonunda "yumşalma"
başladı və
biz dərhal "Ordu"
qəzetini qeydiyyatdan keçirdik.
- Vaxtilə aktiv şəkildə məşğul
olduğunuz ictimai-siyasi
fəaliyyətiniz jurnalist
və yazıçı
fəaliyyətinizə necə
təsir göstərdi?
Sizə ən böyük nəyi öyrətdi?
- İctimai-siyasi fəaliyyətim
bütün bu dövrdə bir an olsun belə dayanmayıb. Zamanı gələndə siyasət,
zamanı gələndə
jurnalistika və yazıçılıq önə
çıxıb. İstənilən
hallarda qələmlə
səbrlə işləmək
vərdişinə alışırsan,
fikirlərini düzgün
istiqamətə yönəldirsən,
sətiraltı eyhamları
yerində vurmağı
öyrənirsən.
"Arxivlər açılanda
aydın oldu ki, biz heç öz tariximizin yüzdə birini də bilmirik"
- Milli ədəbiyyatda tarixi romanlar müəllifi kimi tanınırsınız. Tarixə
marağınız hardan
gəlir?
- Tarixə marağım uşaqlıqdan gəlir. Həmişə düşünürdüm
ki, xalqımda elə bil hansısa
tarix çatışmır.
Sovet ədəbiyyatında
və elmində elə bil bizdən
nəsə gizlədirdilər.
Kreml özünə lazım olan tarixi bizə öyrədirdi. Əslində,
heç tarixin böyük bir hissəsi də bizim deyildi. Müstəqillik dövründə
arxivlər açılandan
sonra aydın oldu ki, biz öz
tariximizin heç yüzdə birini də bilmirik. Bu səbəbdən də elmi və bədii
ədəbiyyatı paralel
işləməyə başladım.
Tək bir adam bu boşluqları
doldura bilməz. Bunun üçün gərəkdir həm elmdə, həm də bədii sahədə yüzlərlə
alim və yazarlar çalışmalıdır.
Heç təsəvvür
edə bilməzsiniz ki, bu sahələrdə
dünyadan nə qədər geri qalmışıq.
- Bir tarixi romanı
yazmaq üçün
araşdırma, öyrənmə
mərhələsinə nə
qədər zaman sərf
edirsiniz?
- Hazırlaşmaq uzun vaxt tələb edir. Aylara, bəzən
illərə ömrünü
verirsən, o qədər
aludə olursan ki, arada ətrafını
da görmürsən. Hazırlıq
dövrü bitdikdən
sonra yazmaq ən asanıdır. Çox sürətlə
yazıram. Beş yüz səhifəlik kitabı iki aya bitirə bilirəm.
"Müstəqil dövlət
yaradıcılığıma azadlıq verdi, ailəm isə şərait yaratdı"
- 60 illik ömrünüzün
ən böyük qazancı nəyi hesab edirsiniz?
- Müstəqil dövlətimi
və ailəmi qazanmışam.
Əgər bunların
ikisindən biri olmasaydı, təbiidir ki, bu gün
heç nə yaza bilməzdim. Müstəqil dövlət
yaradıcılığıma azadlıq verdi, ailəm isə şərait yaratdı.
- Hazırda elə bir fürsət olsaydı, 60 ilin hansısa zamanına qayıtmaq və nəyi dəyişmək
istərdiniz?
- Şərəfli dövrümüz
Xalq və Milli Azadlıq Hərəkatları olub, sonra isə az da olsa qələmimizlə
dövlətimizin möhkəmlənməsində
xidmət etmişik və düşünürəm
ki, bundan sonra da belə olacaq.
"Bədii ədəbiyyatda ağır da olsa, yavaş-yavaş beynəlxalq
arenaya çıxa bilirik"
- Müxtəlif ölkələrdə
səfərlərdə olmusunuz.
Azərbaycan, Azərbaycan
mətbuatı və ədəbiyyatı ilə
bağlı xaricdə
nələr müşahidə
etmisiniz?
- Biz balaca ölkəyik. Mətbuat tirajımız azdır, reklam bazarı demək olar ki, yoxdur.
xaricdə olduğumuz
müddətdə tanış
olduğumuz agentliklər
və qəzetlərə
yaxşı mənada
paxıllığım tutub.
Biz isə iyirmi doqquz ildir müstəqilik,
ancaq hələ də gözümüzü
dövlət büdcəsinə
dikmişik. Bunun bir çox səbəbləri olsa da,
yubiley gününün
mövzusu deyil. Bədii ədəbiyyatda ağır da olsa yavaş-yavaş beynəlxalq
arenaya çıxa bilirik. Tənqidi tərəflər olsa da, bunu bu gün
(gülür) etməyəcəm.
- Müasir mətbuat, gənclərin jurnalistikası
ilə bağlı nələr düşünürsünüz?
- Gənclər artıq özlərinə internet cığırı
açıb. Bu da zamanın
tələbidir. Amma təkcə internet informasiyaları
ilə işlərini
yekunlaşdırmasınlar, çünki haqqımızda
bəzən reallıqdan
uzaq elə xəbərlər yerləşdirirlər
ki, adamın əli üzündə qalır. Gənclərimiz
isə mahiyyətə
varmadan tələyə
düşürlər. İstənilən
halda dövran onların dövranıdır.
Sizə də işlərinizdə uğurlar
arzulayıram!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.-22
iyul- S. 15.