Milli KitabxanaMilli Mətbuat-145” adlı virtual sərgi açıb

 

 

 

İyulun 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı iləMilli Mətbuat-145” adlı virtual sərgi təqdim edilib.

 

Sərgidə Azərbaycan milli mətbuatının inkişafına dair rəsmi sənədlər, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən dövri-mətbuat nümunələri, mətbuat jurnalistikamızın inkişafı tarixini əks etdirən kitab məqalələrin elektron resursları yer alır. Milli mətbuatımızın keçib gəldiyi tarixi yolu əks etdirən resurslar tam mətnləri ilə verilib. “Milli Mətbuat-145” sərgisi ilə http://anl.az/el/vsb/22_iyul/index.html linki vasitəsilə tanış olmaq olar.

 

525- ci qəzet.- 23 iyul.- S.16