Tanıyaq tanıdaq: Fərman Fərzi Mövlan

 

 

 

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

 

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə daha sonra doğulub boya-başa çatmış sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr üslublarda qələmə aldığı şeir poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

 

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Qərbi tanıyırıq, Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

 

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

 

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

 

 

 

Esmira Fuad

Filologiya elmləri doktoru

 

FƏRMAN FƏRZİ MÖVLAN

 

1978-ci ildə Kəleybərin Mövlan kəndində dünyaya göz açıb. İlk orta məktəb təhsilini həmin kənddə başa vurduqdan sonra, 1997-ci ildə Təbriz Universitetinin hüquq fakültəsinə daxil olub. Bakalavr dərəcəsini əldə etdikdən sonra isə, həmin sahədə doktorluq dərəcəsini Tehran Universitetində alıb.

 

Şeir incəsənətdə istedadı elə uşaqlıq çağlarından aşkara çıxıb, şeir örnəkləri 1991-ci ildən yerli gündəliklərdə "Yorğun" təxəllüsü ilə çap edilib. Şairin bu günə kimi 7 kitabı işıq üzü görüb. 

 

Fərman Fərzi musiqi sahəsində fəaldır. 1996-cı ildə Sulduz şəhərində "Mahnı" musiqi mərkəzini qurub, dörd il ərzində aşıq musiqisinə maraqlı olan çoxlu gənclər yetişdirib. 2000-ci ildə Təbrizdə "Sevgi" musiqi qrupunu, 2012-ci ildə isə böyük çoxsaylı sənətkarları özündə birləşdirən "Ozan" qrupunu yaradıb.

 

Hazırda Təbrizdə "Füzulişunaslıq" tədbirlərinin sorumlusu şərhçisi olmaqla yanaşı, universitet müəllimi fəsillik "Neçə mədəniyyətlilik" jurnalının sorumlu müdiridir.

 

Bəlkə ölülər bizə ağlayır

 

Görən hara gedir başındakılar

adamlar başların yerə qoyanda?

Görəsən, darıxmır məzar içində

üstünə daş töküb, torpaq yayanda?

Basıb bağrımıza bir məzar daşın

ölən ölülərə biz ağlayanda

Bəlkə ölülər bizə ağlayır?

 

Dodaq çürüyəndə, üz çürüyəndə

görəsən, çürüyür öpüşləri ?

Bir damla yağ kimi göz əriyəndə

görəsən, əriyir görüşləri ?

Kim deyir ölümlə ölür insanın

ağlamaqları da, gülüşləri ?

 

Hər gün qəbristanda qədər diri

qədər ölünün daşında gəzir.

Hələ çox dirilər arzularını

ölən ölülərin yaşında gəzir.

Fikir ver! qədər ölü papağı

qədər dirinin başında gəzir

Bəlkə ölülər bizə ağlayır.

 

Bəlkə ağac kimi biz boy atanda

onlar boyumuzu bükülmüş görür?

Biz tikən evləri bəlkə onlar

baxır kərpic-kərpic sökülmüş görür?

Bəlkə bu dünyada onlar da bizi

heç diri bilməyir, lap ölmüş görür?

Bəlkə ölülər bizə ağlayır.

 

Başımız, dişimiz ağrıyan zaman,

Tumar telimizi darayan zaman

Hərdən bu həyatda yarımayanda

Hərdən həyatda yarıyan zaman

Canımız ağrıdan çürüyən zaman

Gözümüzün yaşı quruyan zaman

Bəlkə ölülər bizə ağlayır?

 

Biz görən bu dünya onlara tanış

Onlar görən dünya bizlərə yuxu

Bəlkə ölülər hər səhər-axşam

bizi diri görüb ağlayır çoxu

Yağış ölülərin göz yaşlarıdır

Hər yağış yağanda kim bilir axı?

Bəlkə ölülər bizə ağlayır?

 

Əslində, ağlamaq dirininkidir

Hər zaman dolanda göz, ağlayırıq

Oyur ürəyimizi söz, ağlayırıq

Titrəyir yollarda diz, ağlayırıq

Kim deyir ağlayan göz bizimkidir?

Biz elə bilirik biz ağlayırıq

Bəlkə ölülər ağlayır bizə?

 

Bəlkə ölülər öləndən sora

bizə hökm edirlər Allah adına,

Bəlkə deyirlər bəs heç ölməyiblər

Heç kimin öldüyü gəlmir yadına

Bir sonsuz həyatın yanğısı ilə

yanan ürəyimizin baxıb oduna

Bəlkə ölülər bizə ağlayır?

 

Torpağın altında sandıqlarımız

Göylərin üstündə pəridi bəlkə?

vaxtsa məzardan özləri köçüb

qalan ölülərin yeridi bəlkə?

Hələ bilirik ölülər ölüb?

Bütün bu ölənlər diridi bəlkə?

Bəlkə ölülər sonra dirilir

Ünvanın gizləyir, adın gizləyir

Bəlkə dirilik ölümdən başlır

Ölülər birbəbir bizi özləyir

Ölülər bir daha ölməyəcəklər

Amma diriləri ölüm gözləyir

Bəlkə ölülər bizə ağlayır?

 

Bəlkə heç dirilər diri deyildir

Ömür dəftərində yaş tökür ancaq

Bəlkə ölünü diridən seçmir

Qəbirlər üstünə daş tökür ancaq

Bəlkə biz öləndə qəbrimiz üstə

dirilər ağlamır, yaş tökür ancaq

Bəlkə ölülər bizə ağlayır?

 

Ölülər doğrudan ölmüş olsa da,

dirilərin yaxın sirdaşı olur.

Hər kəsin dünyada dərdin deyəsi

ona ağlayası bir daşı olur.

Hardasa şəhərin qəbristanında

hər kəsin bir qəbir yoldaşı olur,

Yəqin ki ölülər bizə ağlayır.

 

Könlümə keç

 

Könlümə keç,

Səhər çağı koldan süzən meh kimi.

Könlümə keç,

Yarpaq üstə dandan qalan şeh kimi.

Könlümə keç,

Qapalağı ayaqlayan quzu kimi.

Könlümə keç,

Sevgilimin üzü kimi...

Könlümə keç, Narın yağan yağış ilə,

Könlümə keç, Bir istəkli baxış ilə....

 

Esmira Fuad

 

525-ci qəzet.- 2020.- 24 iyul.- S.15.