Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb

 

Azərbaycan yazıçısı Kamran Nəzirli London Ədəbi Mükafatı nominantı olaraq 2015-2019-cu illərin “Ən yaxşı yazıçısı” adına layiq görülüb.

 

AZƏRTAC xəbər verir ki, döş nişanı ilə birlikdə sertifikatı vəsiqəni, habelə nominant diplomunu Moskva şəhərində yerləşən Beynəlxalq Yazıçılar İttifaqının sədri Aleksandr Qriçenko Elmi-Fantastik Ədəbiyyat Kino xadimləri ittifaqının sədri, tərcüməçi Oleq Kolesnikov imzalayıblar. Qəbul olunmuş standartlara görə bu mükafat üzrə nominantların hamısı “İlin ən yaxşı yazıçısı” titulunu da qazanırlar. Bundan başqa, Azərbaycan yazıçısı Beynəlxalq Yazıçılar Təşkilatına həqiqi üzv kimi qəbul olunub.

 

Qeyd edək ki, təşkilatın müxtəlif ölkələrin yazıçılarından ibarət 293 həqiqi üzvü var.

 

1954-cü ildə yaradılan yazıçı, şair, dramaturq jurnalistlərin Beynəlxalq Yazıçılar İttifaqı dünyanın peşəkar yazarlarının ən iri təşkilatlarından biridir. 2010-cu ilə qədər təşkilatın baş qərargahı Parisdə, hazırda isə əsas bölməsi Moskva şəhərində fəaliyyət göstərir. Təşkilat dünyanın 40 ölkəsindən olan yazıçı ittifaqlarını özündə birləşdirir, yazıçı jurnalistlərin sosial peşə hüquqlarını müdafiə edir. Bu beynəlxalq təşkilatın prezidenti ABŞ yazıçısı Maykl Svanvikdir (Michael Swanwick).

 

Beynəlxalq Yazıçılar təşkilatının Prezident Şurasının üzvləri arasında Böyük Britaniya, ABŞ, Rusiya, Polşa, Makedoniya, İsrail, Fransa s. ölkələrdən olan Tibor Fişer (Tibor Fischer), Sergey Lukyanenko, Andrey Şerbak-Jukov, Konstantin Kedrov, David Kudıkov, Bđŕíkî Çvetkovski, Aleksandr Navroçki, Lev Lapkin, German Naumov, Lidiya Rıbakova, Yevgeni Polyakov Olqa Natsarenus kimi tanınmış yazıçı, şair tənqidçilər var.

 

Qeyd edək ki, yazıçı, tərcüməçi Kamran Nəzirli Azərbaycan Belarus Yazıçılar İttifaqının üzvüdür. “Komada olan adam”, “Şeytan işığı”, “Dördüncü Möhür”, “Doğmalar arasında”, “ ev”, “Babalar nağıl danışmırlar”, “Cəmiyyət siyasətin güzgüsüdür” s. povest, roman, hekayə publisistik kitablarının müəllifidir. Herman Melvilin “Mobi Dik” romanının Azərbaycan dilinə tərcüməsinə görə o, ABŞ səfirliyinin xüsusi mükafatına da layiq görülüb. Yazıçının Qarabağ mövzusuna dair “Qoca Uşaq” hekayəsi, “Ölməyə icazə verin”, “İkinci nəfəs”, “Qaranlıq oğruları”, “Müharibə”, “ kölgə”, “Ölən uşağın xatirələri” “Lidiya İvanovnanın qəyyumları” adlı əsərləri gələn il Moskvada rus, ingilis fransız dillərində nəşr olunacaq Antologiyaya daxil edil

 

525-ci qəzet.- 2020.- 29 iyul.- S.13.