İstedadın zamanı və məkanı olmur"
"HARADA
YAŞAYIR-YAŞASAN, İSTEDADI OLAN ADAMIN YARADICILIĞININ
SƏDASI BİR GÜN HƏR TƏRƏFƏ YAYILIR"
- Ən çox
hansı məşhurun
şəklini həvəslə
işləmisiniz?
- Çəkdiyim rəsm əsərlərinin hər
biri mənə həyatım qədər
dəyərlidir. Rəssamlıqda
peşəkarlığın yüksək zirvəsinə
ucalmaq istəyirsənsə, işlədiyin
əsərlərin hər
birini özün qədər sevməlisən.
- Hansı tanınmış
rəssamlarımızla görüşüb
məsləhətlər alırsınız?
- Həm Azərbaycanın, həm də xarici rəssamların əsərlərimə
baxıb bəyənmələri
məni çox sevindirir. Azərbaycanın
tanınmış rəssamlarından
Ağaəli İbrahimov,
Arif Hüseynov, Səid Rüstəm, Leyla Əliyeva, Nəvai Mətin, Asif Azərelli, Əli Səfərov, Mir Cabir Feyzullayev, Məlahət İsmayıl,
Elnurə İsgəndərova,
Aygün İsgəndərova,
Sevinc Kərimova, Firdovsi Hacıyev, Şəmsəddin Böyükdüzlü
və başqalarının
adını bu siyahıya əlavə edə bilərəm. Məlumdur ki, hər rəssamın öz dəsti-xətti və öz yolu var. Hər rəssamın öz dəsti-xətti olduğu
üçün, hər
rəsm əsərinin
də öz gözəlliyi var. Bir sözlə, gözəl rəsm əsərinin ərsəyə gətirilməsi,
onun istedadlı müəllifinin olmasından
xəbər verir.
- Peşəkar rəssam olduğunuzu deyirsiniz. Peşəkarlıq anlayışı sizin üçün tam olaraq nəyi ifadə edir?
- Peşəkarlıq dedikdə
yüksək dərəcədə
hər hansı bir bacarığa malik olmaq anlayışına
gəlirik. Rəssamın peşəkarlığı onun əsərlərindəki
qeyri-adiliyin səviyyəsindən
asılıdır. Peşəkar olduqdan sonra, qarşıya qoyulan məqsəd - peşəkarlığın
yüksək zirvəsinə
ucalmaqdır. Mən də
öz üzərimdə
çalışaraq, yaradıcılıqda
peşəkarlığın yüksək zirvəsinə
ucalıb dünya şöhrətli rəssamlar
sırasında olmağı
hədəfləmişəm.
- İxtisasca iqtisadçısınız. Bir rəssam
kimi dünyanın bugünkü iqtisadi mənzərəsini necə
təsvir edərdiniz?
- Hər bir ölkənin
öz milli iqtisadiyyatı mövcuddur.
Milli iqtisadiyyat - vahid dövlətdəki təsərrüfat
subyektlərinin sosial-iqtisadi
əlaqələrinin cəmidir.
Bütün milli iqtisadiyyatlar
bir-birilə əlaqəlidir,
hamısı beynəlxalq
əmək bölgüsündə
iştirak edir. Beynəlxalq əmək bölgüsü
isə ölkədaxili
əmək bölgüsünün
inkişafı əsasında
yaranan, ictimai əmək bölgüsünün
xüsusi növüdür.
- Xaricdə və ya ölkə daxilində keçirilən
sərgilərdə əsərləriniz
nümayiş olunubmu?
- Azərbaycanda keçirilən
respublika və beynəlxalq sərgilərdə
iştirak edib uğurlar qazanmışam.
İki dəfə İtaliyada keçirilən sərgilərdə
əsərlərim nümayiş
olunub. Romada və Venetsiyada
keçirilən sərgilərdə
də uğurlar qazanmışam.
- Elə bir əsəriniz
varmı ki, özünüzün şah
əsəriniz hesab edəsiniz?
- Qeyd etdiyim kimi,
çəkdiyim rəsm
əsərlərinin hər
biri mənə həyatım qədər
dəyərlidir və
hər birinin həyatımda böyük
rolu var. Mən daim maraqlı mövzular axtarışındayam.
Düşünürəm ki, vaxt gələr, peşəkarlığın
yüksək zirvəsinə
ucalanda şah əsərimin hansı olacağı da bəlli olar.
- Bu sənətdən gəlir
əldə edə bilirsinizmi?
- Məncə, sevgi ilə çəkilən
rəsm əsəri qazanc xatirinə çəkilən rəsm
əsərindən dəyərlidir.
Rəssamlıq üzrə karyera
yüksəlişinə doğru
inkişaf etmək arzusunda olan rəssam, qazancından asılı olmayaraq, daim çalışmalıdır.
İstedadlı rəssamın zəhməti
nəticəsində nə
vaxtsa onun qazancı da qaneedici olur. Heç vaxt ruhdan düşmək lazım deyil, Allah heç kimin zəhmətini yerdə qoymaz. İşinizə zəhmət qatanda
qazanc da öz yerini tapır.
- Hazırda hansı əsərlər üzərində
çalışırsınız?
- Öz dəsti-xəttim əsasında yolumu davam edərək, kompozisiya əsasında tanınmış şəxsiyyətlərin
portretlərini və tarixi mövzulara aid rəsm əsərləri
üzərində çalışıram.
- Ölkəmizdə professional və
qeyri-professional rəsmləri
fərqləndirə bilən
auditoriyalar varmı?
- Hələ ki, yoxdur. Amma gözəl olar
ki, İtaliya, Fransa və Hollandiyada olduğu kimi, Azərbaycanda da
professional və qeyri-professional
rəsmləri fərqləndirə
bilən auditoriyalar təşkil olunsun.
- Hələ də Göyçayda yaşayıb
fəaliyyət göstərirsiniz.
Bunun nə kimi üstünlükləri
və mənfi tərəfləri var?
- Böyük şəhərlərdən fərqli
olaraq burada rəsm əsərlərinin
satışı yüksək
dərəcədə deyil
və rəsm əsərləri sifarişi
üzrə tələbat
üstünlük təşkil
eləmir. Harada yaşayır-yaşasan, istedadı
olan adamın yaradıcılığının sədası bir gün hər tərəfə yayılır.
Qısası, istedadın
məkanı və zamanı olmur.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Ancaq öz
üzərimdə çalışıb,
dünyanın möhtəşəm
sərgilərində və
müsabiqələrində iştirak etmək arzusundayam. Həmçinin,
Azərbaycanda və dünyanın digər ölkələrində fərdi
sərgilərimi təşkil
etmək istəyirəm.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 29 iyul.- S.24.