"Sənə salam olsun, Ayasofya!"
- Ramiz Məmmədzadənin
şeirləri
İstanbul
şəhərindəki 15 əsrlik Ayasofya məbədinin indən belə muzey deyil, məscid kimi fəaliyyət göstərməsinə dair
Türkiyə Dövlət
İşləri Məhkəməsinin
qərarını Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan təsdiq etdi.
Sənə salam olsun,
Ayasofya!
Poladlaşmış daşlarına,
Daşlaşmış
kərpiclərinə,
İlahi
naxışlarına,
O sirli baxışlarına,
Salam!
Mübarəkdir came adın!
Nə illərdi
Quran səsi gəlməyəndə
darıxmadın?!
Göylərə bax,
Bir ag göyərçinə
dönüb
Fateh
Sultan Mehmetin
nigaran ruhu...
Min illərdir cavan ruhu...
Bilal gəlsin,
Azan versin,
Dalğalansın Yer üzünə
O həbəşin qədim
səsi.
"Allahu-Əkbər!" kəlməsi.
Salam olsun, Ərdoğana!
Niyyətinə,
qüdrətinə,
şöhrətinə,
Salam olsun!
Gözün aydın,
Ayasofya camesi!
Ordan boylan bizə sarı,
Bir gör indi nə
gündədir
Qarabağda
Sənin
məscid qardaşların...
Gedənlərin qarasınca
çıxıb gedib,
itkin düşüb
azan səsi...
Qəzəbindən qupquruyub
Məscidlərin minarəsi...
Gəl,
Ayasofya camesi,
Çarə qılaq bu dərdimə,
bu ağrıma...
Qollarını aç bizlərə
Səni
basıram bağrıma!..
GÜNÜN
ŞEİRİ
Küçələr boş, nə gedən var,
nə də gələn...
Budaq tapmır
qona
bilsin ağacdələn...
Dünya
görünməz qəfəsdə
əsir düşüb,
Allah,
Allah,
nə
yaxşı ki, bəxtimizə
o Pir düşüb.
Darmacalda
üz tuturuq
o yanlara...
Dünya
dözür, səbr eyləyir
bu dünyadan doyanlara..
.
Kimdir onu xirtdəkləyən,
çıxmır səsi?
-
Təlaşdadır, təklənibdir
Yer kürəsi...
Canı
xəstə - gecəsinin,
gündüzünün...
Rəngi
solub Göy üzünün...
Güllələrin hikkəsindən
Külək, hava yaralanıb.
Torpaq - sudan,
Budaq - kökdən,
Ay - göylərdən
aralanıb...
Aləm dəyib bir-birinə.
Qorxa-qorxa
boylanırıq
bəxtimizin
O fırlanan xəlbirinə...
Eh, nə qədər gizli-aşkar,
xain,
idbar,
mərdimazar
- ayaq üstə.
Çarəsi yox azar-bezar - ayaq üstə...
Üzü göyə dua edir
müsəlmanın ev-eşiyi,
dağı-daşı.
Qarabəniz Afrikadan
Qonaqsevməz Avropaya qaçaqaçdı...
İraq olsun!
Qulağıma
gəlir hərdən
Qaralmış dar ağacından
Sallanan qart kəndir səsi.
Belə
getsə,
öz-özünü asa
bilər
Yer
kürəsi...
Fəqət,
Allah Göydən
baxır...
BAKI
MERİNƏ MƏKTUB
Hörmətli Bakı meri,
Yaxşı bilirəm indi
Səni tapmaq çətindi.
Maşallah işin-gücün...
Amma bilirsən nə var
Bakı
bulvarında
yavaş-yavaş
Azalmaqda
- çayxanalar...
Gəncliyimin tanış yeri,
görüş yeri,
Söhbət yeri, ülfət yeri.
Aradabir qeybət yeri...
Dövrə vurub oturardıq
Bir masanın
başında biz.
Arif, Oqtay gecikəndə
Darıxardı ürəyimiz.
Dəryasinə Rəfiq Zəka
Ya Müşfiqin, ya Daşqının
Qoşmaların söyləyərdi,
Hərdən özündən deyərdi...
Onda nə "20 Yanvar" vardı,
Nə də ki, Qarabağ
dərdi...
Mayda iydə çiçəkləri
Bəzəyərdi çayxananı,
çayımızı.
Tənəklərin kölgəsində
Keçirərdik yayımızı...
Necə
yadımdan çıxası
Süleymanın
Şuşadakı çayxanası?
Bir də onun şaqraq
səsi,
Şaqqıldayan qafiyəsi:
"Ürəyiniz yandı,
için!
Dərdlərə dərmandı, için!"
Ağdamın da o çay evi
Bərbəzəkli bir gəlindi...
Hanı o
çağlar indi
Könlüm daş bağlar indi.
Hörmətli Bakı meri!
Çayxanalar azalsa,
Meyxanalar çoxala bilər.
O ünsiyyət, o görüşlər
yox ola
bilər.
Qoy Bakı bulvarından
cilvələnsin
Kəklikotu qoxulu,
Mixək,
limon ətirli
Çayxanlar nəfəsi.
Oxşasın ruhumuzu
Rəşidin məxmər səsi:
"Samavara od salmışam,
İstəkana qənd salmışam...."
ALLAH
BİLƏR
İstəkli ziyalımız, professor Rafiq Əziz oğlu Əliyevin adına
Ruhum,
Bu dərd gəldi birdən,
Yeri, Göyü dəldi birdən,
Üfüqləri sildi birdən
Silkələdi dağ, daşları
Mən bilmərəm,
Allah bilər...
Fələklər hücum eylədi,
Çay
daşların qum eylədi,
Sıxdı, əzdi mum eylədi
Poladdan bərk
qardaşları.
Sən bilməzsən,
Allah bilər...
Sənə məktub yazdım
hələ,
Çatan deyil bilə-bilə...
Dərdlərimi bəlkə silə
Bu məktubun göz yaşları...
Çətin silər,
Biz bilmərik,
Allah bilər...
ÖSKÜRƏK
ƏHMƏD
Öskürəyi özündən qabaq
çıxardı
küçəyə...
Heç
həkimlər də
bilmədilər
Bu kişi
belə
öskürür niyə...
Küçədə, bazarda, dükanda
Ya orda, ya burda,
hər yanda
Öskürək səsi gəlsə,
bilərdilər
Əhməddi.
Ona nöqsan tutmağa
kimin
nə həddi.
Kasıbca bir kişiydi
bu
kişi.
Hansı
idarədəsə
hesabdar
idi işi.
Evi elə dörd divardı,
Divarda Əhmədin
böyüdülmüş şəkli
vardı
O şəkillə uşağı
qorxuzmaq
da olardı:
- "A bala,
yeməyini
ye görək,
Yeməyini yeməsən
Divardakı o kişi
gəlib
səni yeyəcək..."
Sürtülməkdən
süzülmüşdü
Pencəyinin dirsəkləri.
Bax beləcə bir kişiydi
Dünya
gözəli Səlbinin
əri...
Odur eyy,
sağ
çiynində səhəngi,
sol əlində vedrəsi
Qırğı kimi qalxardı
çaydaq
pilləkənləri.
Gün əyilib,
işdən
dönəcək əri.
Bu gözəlin
çöhrəsi,
yanaqları
eynən
Xocalı gilası.
Bir sirri-xudaydı
Səlbi
dünyası...
Bu kişinin bəxtinə
Göydən Allah gülümsər,
Yerdə
Səlbi baxardı...
Sənin
də yolunu
gözləyən olsa
Öskürək Əhməd kimi
yaşamağa
nə vardı..
BİR
BAĞIM VAR
Bu gələn yaz
qəlb açandı.
Sən hardasan bəs haçandı?
Yasəmənlər gül açanda
Mənsiz qala bilərsənmi?
Aramızda gül hasarı,
Bir baxsana bizə sarı.
Al, sənindir könlüm tarı
Görüm çala bilərsənmi?
Bu ömür-gün bir
həvəsdi.
Qara yellər
hardan əsdi?
Fələklərin nədir qəsdi,
Xəbər ala bilərsənmi?
Bir bağım var çiçək-çiçək,
Qışı
- qarlı,
yayı - külək.
Su torpağın
olduğu tək
Mənim ola bilərsənmi?..
SƏNİN
MƏNDƏN XƏBƏRİN YOX
Suyam,
Yerə çəkilmişəm.
Payız olub tökülmüşəm.
Bir yarpağa bükülmüşəm
Sənin məndən xəbərin
yox.
Havalanıb
dağ olmuşam
Dərədə
bulaq olmuşam
Kövrəlib
uşaq olmuşam
Sənin məndən xəbərin
yox.
Yurd-yuvası məlum quşam.
Başqa səmtə çətin
uçam.
Səni
də mən uydurmuşam...
Bu şeir də
mənim deyil.
GİLAS
VAXTI
Gilas əkdim,
budaq-budaq
boy atdı.
Hər budağı
bir xatirə oyatdı.
Sənsiz,
gülüm, bu həyat nə həyatdı...
Bu ayrılıq kölgəsini
silsənə,
Gilas vaxtı biz tərəfə
gəlsənə.
Gilas əkdim,
əcəb
sərin kölgəsi,
Niyə gəlib kölgələnsin
özgəsi?
Quşların da öz şərqisi,
öz səsi
Yay gəlir eyy,..
şadlansana,
gülsənə,
Gilas vaxtı bağımıza
gəlsənə...
Gilas əkdim,
sığal
çəkdim başına,
Çata
ömrüm nola
gilas yaşına...
Nə yaxşı ki, sən çıxmısan
qarşıma,
Sənin
bəxtin mən özüməm bilsənə
Gilas vaxtı durub
bizə gəlsənə.
Bu gilasın sırğaları
alyanaq,
Gilas vaxtı
Sözümə
bax, sə
n Allah!
Ramiz Məmmədzadə
525-ci qəzet.- 2020.-
30 iyul.- S.12.