Azərbaycan-Türkiyə: Əbədi birlik və qardaşlığın
təntənəsi
Son vaxtlar Azərbaycanda
baş vermiş siyasi-hərbi hadisələr
ölkəmizə beynəlxalq
birliyin, dünya dövlətlərinin geniş
miqyasda dəstəyinin
ifadə olunması, dövlətlərarası münasibətlərin
bir daha aydınlaşdırılması baxımından da əhəmiyyətlidir. Dünya ictimaiyyətinin
özünün ərazi
bütövlüyü uğrunda
mübarizə aparan Azərbaycan Respublikasının
ədalətli mövqeyini
müdafiə etməsi
artıq «yazıq erməni» mifinin dağılması, dövlətlərin
və xalqların əsl obyektiv reallıqların nədən
ibarət olduğu haqqında gerçək
məlumatlara malik olması ilə nəticələnmişdir.
Azərbaycanın hərb tarixinə
«Tovuz - iyul hadisələri» kimi daxil olan hərbi-siyasi
olaylarda Türkiyə
Cümhuriyyətinin birmənalı
şəkildə bütün
imkanları ilə Azərbaycanın yanında
olmasını açıq
şəkildə bəyan
etməsi sözün
əsl mənasında
qardaş ölkə və doğma xalqı olmaq missiyasının əyani təcəssümüdür.
Səksən milyondan artıq
əhalisi ilə Türkiyə Cümhuriyyətini
ləyaqətlə təmsil
edən güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir
neçə dəfə
müxtəlif tədbirlərdəki
çıxışlarında Türkiyə tərəfindən
istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini
bildirməsi qardaş
ölkənin, qəhrəman
böyük xalqının
və qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin
əməli ifadəsidir.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında
səsləndirilmiş «bütün
imkanlarımızla», «Azərbaycanın
işğal altındakı
torpaqlarını azad
etmək», «qardaşlarımızı
heç vaxt tək qoymarıq» kimi dərin mənaya malik olan və həm
də konkret mövqe nümayiş etdirən fikirlər
qardaş ölkədə
müstəqil dövlətimizə,
dövlət rəhbərimizə,
xalqımıza bəslənilən
münasibətin hansı
miqyasda və mahiyyətdə olduğunu
təsəvvür etməyə
imkan yaradır. Bu qəti və
aydın mövqe müstəqil Azərbaycan
dövlətinə birmənalı
dəstək, bədnam
Ermənistana kəsərli
cavab, dünya birliyi qarşısında
isə açıq mövqe ifadə edən ciddi mesajdır.
Atılan qəti addımlar
Azərbaycan-Türkiyə qardaşlığı
və əməkdaşlığının
bütün sahələr
üzrə dönmədən
inkişaf etdirilməsinə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə Türkiyə
Cümhuriyyətinin Prezidenti
Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası
səviyyədə
olduğu kimi, şəxsi münasibətlər
zəminində də
əsl qardaşlıq
nümayiş etdirmələrinin
əməli göstəriciləri,
mühüm nəticələridir.
Prezident İlham Əliyev də ən müxtəlif beynəlxalq
tədbirlərdə həmişə
birmənalı şəkildə
Türkiyə Cümhuriyyətinin
qarşıya çıxan
problemlərinin həllində
qardaş ölkəyə
birmənalı şəkildə
dəstək verməyin
əsl örnəyini
nümayiş etdirmişdir.
İlham Əliyev - Rəcəb Tayib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım»
deyərək müraciət
etmələri bizim xalqlarımız üçün
də, dünya birliyi üçün də nümunədir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin dəfələrlə bəyan
etdiyi kimi bu gün dünyada
Azərbaycan və Türkiyə dövlətləri
kimi əsl qardaş ölkələr
göstərmək mümkün
deyildir. Çoxəsrlik
böyük tarixi ənənələrə, dərin
köklərə malik
olan Azərbaycan-Türkiyə
qardaşlığı və
əməkdaşlığının İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan mərhələsi
xalqlarımızın və
ölkələrimizin şanlı
birlik salnaməsinə
pozulmaz yeni və parlaq səhifələr əlavə
edir. Azərbaycan-Türkiyə Cümhuriyyəti həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası
münasibətlərin bütün
sahələr üzrə
inkişaf etdirilib daha da möhkəmləndirilməsinə
uğurla xidmət etdiyi kimi, beynəlxalq
aləmdə də sülh və əminamanlığın, təhlükəsizliyin,
əməkdaşlığın
tənzimlənməsində, regionda meydana çıxan problemlərin
həllində mühüm
əhəmiyyətə malikdir.
Azərbaycan və Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın
və əməkdaşlığın
eyni gövdəyə
- kökə malik sarsılmaz qoşa qanadlarıdır.
Bu günlərdə əvvəlcədən razılaşdırılmış
dövlətlərarası tədbirlər planına əsasən Azərbaycan ərazilərində Türkiyə
Cümhuriyyətinin ordu
birləşmələri ilə
birlikdə hərbi təlimlərin keçirilməsi
bütün məqamlardakı
möhkəm və sarsılmaz birliyimizin
növbəti təntənəsidir.
Prezident İlham Əliyevin və Cümhurbaşkanı
Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
ilə iki il əvvəl qardaş ölkələrin
yenilməz ordularının
iştirakı ilə
Bakı şəhərində
keçirilmiş möhtəşəm
hərbi parad «iki dövlət - bir ordu» modelinin
əməli nümunəsi
olmuşdu. İndi
Azərbaycanın müxtəlif yerlərində
- Bakı şəhərində,
Naxçıvan Muxtar
Respublikasında, Gəncədə,
Kürdəmir və Yevlax şəhərlərində
keçirilən birgə
hərbi təlimlər
ordu birləşmələrimizin
möhtəşəm paradının
regionlarda nümayiş
etdirilən uğurlu davamıdır. Türkiyə Cümhuriyyəti ordu birləşmələrinin Sədərək-Dilucu
Ümid Körpüsündən
keçərək Azərbaycanın
ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olması və Azərbaycan Əlahiddə
Ordusu ilə birlikdə hərbi təlimlərə başlaması
hərbi qüvvələrimizin istənilən
məqamda ən qısa vaxtda birlik nümayiş etdirmək imkanlarına malik olmalarının əyani nümayişidir.
Bu, həm də 13 oktyabr 1921-ci ildə Azərbaycanın Türkiyə Cümhuriyyəti
ilə birlikdə imzaladığı tarixi Qars müqaviləsinin müddəalarının davamlı
olaraq həyata keçiriləcəyini göstərən
əhəmiyyətli addımdır.
Bununla Türkiyə Cümhuriyyəti
beynəlxalq statusa malik olan Qars
müqaviləsinin şərtlərinə
uyğun olaraq hər hansı üçüncü bir müdaxilə olacağı
təqdirdə dərhal
Naxçıvan üzərində
qarantorluq missiyasını
yerinə yetirməyə
daim hazır olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan-Türkiyə sərhədində qardaş ölkələrin
əsgərlərinin bayraq
dəyişdirilməsi aksiyasını
həyata keçirmələri
dərin mənaya malik olub, qəhrəman
ordularımızın müqəddəs
dövlət rəmzlərimizin
keşiyində də
eyni amal, eyni məsuliyyət və şərəflə dayanmaq andlarının əməli
ifadəsi deməkdir.
Dövlət rəmzlərinin keşiyində birlikdə
dayanmaq, hər iki dövlətin bayraqlarını qardaş
dövlətlərin və
xalqların varlığının
rəmzi kimi bir yerdə qorumaq ulu öndər
Heydər Əliyevin vaxtilə bəyan etdiyi və artıq atalar sözünə çevrilmiş
«İki dövlət,
bir millət» devizinin bütün dövrlər üçün
möhkəm həyati
gücə və mühüm siyasi əhəmiyyətə malik
olduğunu isbat edir. Bu, o deməkdir
ki, Azərbaycan əsgəri üçün
Türkiyə dövlət
bayrağı, Türkiyə
əsgəri üçün
isə Azərbaycanın
dövlət bayrağı
eyni dərəcədə
müqəddəs və
toxunulmazdır. Bayraqlarımızın
birlikdə qorunması
dövlətlərimizin sarsılmaz
ittifaqının, ordularımızın
möhkəm birliyinin,
xalqlarımızın əbədi
qardaşlığının əməli təntənəsidir.
Bu möhtəşəm
birliyi qoruyub saxlamaq, atacağımız
hər addımla daha da möhkəmləndirmək,
əbədiyyətə qədər
yaşadaraq nəsillərdən-nəsillərə
qədər davam etdirmək müqəddəs
borcumuzdur.
Azərbaycan-Türkiyə Prezidentlərinin qardaşlıq
münasibətləri və
qarşılıqlı etimadı
– dünyada, regionda və ölkələrimizdə
sülhün, təhlükəsizliyin
inkişafın və
həmrəyliyin qarantıdır.
Türkiyə – Azərbaycan Bayraqlarının
və Ordularımızın
Birliyi müstəqil dövlətlərimizin Qardaşlıq
və Həmrəyliyinin
əbədiyyət rəmzidir.
Azərbaycan – Türkiyə Birlik və Həmrəyliyi dostlarımız üçün
qürur mənbəyi,
düşmənlərimizə göz dağıdır.
Birlik, Qardaşlıq
və Həmrəylik
Azərbaycanın və
Türkiyənin tarixi
taleyi, bugünün reallığı və böyük gələcəyin
dəyişməz düsturudur.
İsa
HƏBİBBƏYLİ,
AMEA-nın
birinci vitse-prezidenti,
Milli Məclisin
deputatı, akademik
31 iyul.- 2020.- 31 iyul.-
S.6.