Tanıyaq və tanıdaq!
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə açılıb.
Guşədə İran İslam
İnqilabından (1979) sonra
ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda
1960-cı ildə və
daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan,
incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək, həyata, insanlığa, yazarların
ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək
baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə
poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü,
ədəbiyyatı, kitab
mədəniyyəti, sözyaratma
qüdrətinin nə
qədər yüksək
olduğu yansıyır.
Möhtəşəm
mədəniyyət yaradan
bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri
olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Əfrasiyab NURULLAHİ
1978-ci ildə Güney
Azərbaycanın Xudafərin
bölgəsində doğulub. Fars dili
və ədəbiyyatı üzrə
ali təhsil alıb. Hazırda Tehranda yaşayır
və öyrətmən
- müəllim işləyir.
2007-ci ildə "Nəğməsi
nağıl həyat"
adlı ilk şeir toplusu Tehrandakı "Yaşmaq" yayın evində çıxıb. 2016-cı ildə isə "Güzümün gecəsi"
adlı digər şeir toplusu Təbrizdəki "Aydın
sav" nəşriyyatında
işıq üzü
görüb.
Ayrıca "Şeirimizin uzaq yolçuluğunda" ilk ədəbi
tənqid yönümlü
araşdırma əsəri
və "Yeni Babək" adında yeniyetmələr üçün
bir kitabı da çapa hazırdır. Güney Azərbaycan milli oyanış hərəkatı
əsasında yazılmış
"Hamısı onlardan
başladı" adlı
kitabı və bir çox milli əhvali-ruhiyyəli şeirlərinin çapına
isə, təəssüf
ki, hələ də izn ala bilməyib... Bir sıra tənqidi
məqalələri vaxtilə
"İşıq", "Sancaq" və digər rəsmi, həmçinin qeyri-rəsmi
mətbuat orqanlarında
çap olunub.
Esmira FUAD
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2020.- 5 iyun.- S.19.