Şirməmməd Hüseynovu yenidən oxumaq... - Cahangir Məmmədli müəllimini anır

 

 

 

BDU Jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Universitetinin birinci kursundakı tələbəlik çağımdan tanıyıram.

 

Qırx yaşı vardı. Cəmi bir neçə aydakı dərslərindən hiss elədik ki, çox ciddi sərt adamdır, oxumağa tənbəllik edən tələbənin "dərsini" elə verər ki, o tələbə tənbəlliyi birdəfəlik unudar. O qədər təmiz obyektiv müəllimdir ki, ondan heç kim heç vaxt tələbəyə güzəşt xahişi etməz. O qədər savadlı o qədər səviyyəlidir ki, ondan öyrəndiyin heç vaxt yadından çıxmaz bütün həyatın boyu bu bilgilər sənin köməyin olar. Belə bir müəllim dörd ilin tələbəliyindən sonra mənim talismanım oldu, məni özünün yaratdığı Jurnalistika fakültəsində saxladı. Bu gün elmi-pedaqoji insanlıq məkanında nəyim varsa, bu müəllimimə borcluyam.

 

Şirməmməd müəllim kiməsə bağışladığı kitablarının üstünü çox nadir hallarda yazardı. Mənə bağışladığı kitablarının hamısının üstündə məni qürurlandıran qeydlər olurdu. 2004-cü ildə nəşr etdirdiyi "Mənəvi irsimiz gerçəklik" kitabının səhifəsində müəllimimin mənə ünvanladığı belə bir cümlə var: "Əzizim Cahangir! 80 yaşın tamam olanda bu kitabı bir vərəqləyərsən, elə bir tələbənə rast gələssən ki, sənin kimi savadlı, istedadlı kişi olsun!"

 

Əlbəttə, hər bir müəllif kiməsə bağışladığı kitabın üstündə o adama xoş sözlər yazır. Bu, az qala, təbii bir gedişdir. Amma Şirməmməd müəllimin mənə yazdığı bu cümlədə iki fikir maraqlıdır: 1. Mənə bu kitabı 80 yaşım tamam olanda bir vərəqləməyi məsləhət görür; 2. Yaxşı tələbəni görməyi kəşf etməyi tapşırır.

 

Mən Şirməmməd müəllimin bütün kitablarını dənə-dənə oxumuşam. 80 yaşım tamam olanda bir "vərəqləməyi" məsləhət görür. Allahım, "vərəqləmək" nədir, mən bu "koronavirus tətilləri" günlərində müəllimimin - həyat ömür talismanımın bütün kitablarını yenidən oxuyuram. Kitablar saysız-hesabsızdır. Müstəqillik uğrunda çətin mübarizə illərində ortaya qoyduğu onlarca cəsarətli məqalə onların toplandığı kitab: "Müstəqilliyin çətin yolu... biz hara gedirik?" 1996-cı ildə nəşr olunur. Daha sonra eyniadlı kitab 2009-cu ildə çıxır. Bu kitabda 1988-1993-cü illərin keşməkeşli, çətin çağlarının aktual mövzuları yer alıb. İlk dəfə Cümhuriyyət mövzusu, müstəqillik demokratiya yolu, istiqlal mücahidləri, milli dəyərlər, milli maraqlar, tarixi yolumuz, dövlət bayrağı, bizi gözləyən təhlükələrdən necə çıxmalıyıq, Sovet Moskvasının hiylələri, qətiyyətin cəsarətin məqamı digər bu kimi onlarca maarifləndirici mövzular onlara publisist yanaşmalar bu gün həm bizə, həm yeni nəslə gərəklidir. 2009-cu ildə həmin kitab yenidən yenə dövrün ən aktual mövzuları ilə işıq üzü görür. 2004-cü ildə "Milli haqq ədalət axtarışında", 2007-ci ildə "Mətbu irsimizdən səhifələr" kimi fundamental əsərləri kitab formatında oxuculara çatdırır.

 

Çox az bir hissəsinin adlarını çəkdiyim bu əsərlər bizə öyrədir:

 

- Tariximizi obyektiv öyrənməyi öyrətməyi;

 

- Vətənə sevgi hissi;

 

- Tədqiqat işində obyektiv olmağı;

 

- Hər hansı bir mövzunu qələmə alarkən ya həqiqəti yaz, ya qələmi yerə qoy;

 

- İstiqlal uğrunda mübarizə mücahidlərini xalqa tanıtmaq;

 

- Cümhuriyyət faktını publisistikada geniş təhlil etmək;

 

- Vətəndaşlıq ləyaqəti;

 

- Hər yerdə, bütün məqamlarda "Azərbaycan" sözünü müqəddəs sanmaq;

 

- Müstəqilliyimizin keşiyində dayanmaq;

 

- Erməni xislətinin zəlilliyini həmişə diqqətdə saxlamaq;

 

yüzlərlə belə tapşırıqlar, tövsiyələr...

 

Şirməmməd müəllim oxumaq, öyrənmək, tariximizi dərk etmək üçün Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin əsərlərini mətbuat arxivindən toplayıb nəşr etdirdi. Bu böyük tədqiqatçı bizə mətbu irsimizə hörmətlə yanaşmağı öyrətdi. Təkcə Üzeyir Hacıbəylinin əsərlərinin nəşrində onun bir sıra daha vacib məqalələrinin kitablarına salınmamasına irad tutub nəşrlərdə kənara qoyulmuş ya "redaktə" edilmiş əsərlərini yenidən iki cildlik fundamental bir formatda nəşr etdirərək əsl həqiqəti bizə çatdırdı.

 

Şirməmməd müəllimin əsərləri bizə namuslu müəllim olmağı öyrətdi. Onun yanında ondan tərbiyə alıb savadsız, təmənnalı müəllim olmaq mümkün deyildi. Bu məsələdə heç kimi bağışlamazdı. Onun yaratdığı Jurnalistika fakültəsi müəllim-tələbə münasibətlərində ideal bir təmizlik nümunəsi oldu. Onun yoxluğunda da bu nizamı pozmağa heç kimin cürəti çatmaz, çünki o fakültənin hər nöqtəsində bir Şirməmməd ruhu gəzir.

 

Mənim müqəddəsim, mənim talismanım, Universitet ömrümün ata əvəzi, qardaş əvəzi Şirməmməd müəllim! Mənə bağışladığınız hər kitabın üstündə mənə verdiyiniz hər qiymət mənə bu yaşımda da bir avansdır, sizin tapşırığınızdır. Mənə aid o sətirlərinizi oxuyanda göz yaşlarımı saxlaya bilmirəm.

 

Yenidən oxuduğum o kitablar yenidən nəzər saldığım o sətirlər sizsiz günlərimin ümid işartısıdır. Bu ümid məndən tələbələrimizə, məndən nəvələrimə daima işıq saçacaq bir təsəllidir.

 

Cahangir MƏMMƏDLİ

 

525-ci – 2020 qəzet.- 24 iyun.- S.7.