Qəlblərdə, yaddaşlarda yaşamaq xoşbəxtliyi

 

Müasir Azərbaycan mədəniyyətində şair, nasir, jurnalist dramaturq kimi özünəməxsus yer tutan, ədəbiyyatımıza çox dəyərli töhfələr verən Aqşin Babayev bugünlərdə dünyasını dəyişərək əbədiyyətə qovuşdu.

 

O, yaradıcılığa tələbəlik illərindən başlamışdı. "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı 1964-cü ildə çap olunmuşdu. 1967-ci ildə "Həmişəbahar", 1971-ci ildə "Bir parça həyat", 1977-ci ildə " ulduzlar" hekayə povestlər kitabları, 1978-ci ildə "Nazim Hikmət" monoqrafiyası, "Bir ürəyin hərarəti" (1979), "Kişilər az yaşadı" (1981), "Ayrılıq" (1982), "Dünya vəfalıdır" (1984), "Sünbül ətri" (1986), "Söz gülləsi" (1989), "Dünyanın axırı" (1992), "Başımıza gələnlər" (1994), "Azərbaycan türk dünyası" (1998), "Müasir türk dramaturgiyası" (1998), "Yanan Zürafə" (1999) digər elmi-nəzəri, ədəbi-bədii monoqrafiyaları isə sonralar nəşr edildi.

 

"60-cılar" adlanan yeni ədəbi nəslin örnək nümayəndələrindən olan Aqşin Babayev poeziya sahəsində qələmini sınamış, müxtəlif mövzularda gözəl şeirlər yazmışdı.

 

Hekayələri isə onu ilk tanıdan qiymətli sənət nümunələri idi. Onun qələmə aldığı mövzular ilk baxışda sadə görünsə , onların daşıdığı məna yükləri ağır, təbliği-təsir gücü zəngin, müasir tələb ehtiyaclarla bağlılığı olduqca möhkəmdir, xüsusən yüksək sənətkarlıqla, təbii, səmimi şəkildə təqdim olunması onları həqiqi sənət nümunəsi səviyyəsinə yüksəltmişdi.     

 

Belə uğurlu başlanğıc Aqşin Babayevin əksər hekayələrində yüksək səviyyədə davam etdirilir. Yazıçı, insanın insana olan saf, dərin məhəbbətini vətənə, yerə-yurda, doğma ocağa köçürməklə yeni nəsrin tematika cəhətdən yüksələn xətt üzrə inkişaf etdiyini bütün sağlam hisslərin bir kökdən, bir qaynaqdan, mənəvi-əxlaqi kamillikdən qidalandığını, əbədiliyini nümayiş etdirirdi. Onun "Bir ürəyin hərarəti", "Ayrılıq" kitabında, "Seçilmiş əsərləri" I cildində yatmış hissləri oyadan, daş qəlbləri silkələyən, müasir cəmiyyətin əxlaq tərbiyə üsulu haqda düşünməyə məcbur edən hekayələri çoxdur. "Şehli çəmən", "Unutmaq olmur", "Heyva ağacları" həyəcansız oxumaq olmur.   

 

"Saat" hekayəsi heç bir səhifə deyil. Amma burada qədər dərin bədii ümumiləşdirmə, dastan, povest roman səviyyəsində təbii, bədii həyat materialı var. Saat o qədər diqqəti cəlb edəcək bir əşya deyil. Amma hekayədə onun daşıdığı məna yükü həm hissi, mənəvi-əxlaqi kamillik, həm milli ailə-məişət, əxlaq-tərbiyə qanunları, həm türkçülük-islamçılıq-azərbaycançılıq baxımından çox böyükdür. Bu hekayədə insanların özlərindən daha çox onların məhəbbət, sədaqət, etibarla dolu həyəcanları, mənəvi-ruhi hiss duyğuları iştirak edir obrazlaşır. Bu itirilmiş yadigar saatın sahibi olan qadını görmürük, tanımırıq da. Yazıçı, saatın qiymətini, qızılmı, gümüşmü olduğunu da demir. Bunları hisslərə, duyğulara köçürür. Bu kiçik əşyanın daşıdığı, təbliğ etdiyi məna o qədər dərin, o qədər böyük, qiymətli, o qədər təbii, ruhi hisslər, düşüncələrlə bağlıdır ki, oxucu uzun müddət onun təsirindən çıxa bilmir.

 

A.Babayevin nəsri hekayədən povestə, povestdən romana doğru maraqlı dinamik, sürətli inkişaf prosesi keçmişdi. Bədii nəsrin hər üç janrında yazdığı əsərlər A.Babayevin  nəsr sənətkarlığını öyrənmək tədqiq etmək baxımından eyni səviyyədə zəngin material verir. A.Babayevin müxtəlif vaxtlarda çap olunmuş "Bir ürəyin hərarəti" (1979), "Ayrılıq" (1982), "Dünya vəfalıdır" (1984), "Sünbül ətri" (1986), "Dünyanın axırı" (1992), "Dalan" (1992), "Söz gülləsi" (1989) digər kitablarında "Kişilər az yaşadı", "Ayrılıq", "Xalqın oğlu", "Mən bir əsgərəm", "Halal çörək", "Çovğunlu yollar", "Sabahı görən gözlər", "Söz gülləsi" "Ceviz ağacı", "Başımıza gələnlər" kimi sənədli povestləri, "Zəlzələ", "Dünyanı axırı" romanları da onun yazıçı ustalığını göstərir.

 

Aqşin Babayev mənalı ömrünün yarıdan çox hissəsini, yaradıcılığının qırx üç ilini ictimai-siyasi vəzifələrə, jurnalistika, mətbuat, digər kütləvi sahələrə həsr etmiş, nümunəvi xidmətləri ilə həm xəlqi, həm dövlət səviyyəsində böyük hörmət qazanmışdı.

 

Şərəfli, yaradıcı ömür yaşayan, öz ədəbi-bədii irsi, ictimai fəaliyyəti ilə nümunə göstərən Aqşin müəllim əsl vətəndaş-ziyalı sənətkar, məğrur insan, ictimai xadim nümunəvi şəxsiyyət idi. Öz əsərləri işıqlı əməlləri ilə Aqşin müəllim qəlblərdə yaddaşlarda yaşamaq xoşbəxtliyinə nail olmuşdu. Onun əbədiyyət qazanan müəllifinə ölümsüzlük qazandıran ədəbi irsi Azərbaycan mədəniyyəti, ədəbiyyatı jurnalistikası üçün nümunədir, gələcəkdə belə qalacaqdır.

 

Sevinc ABDULLAYEVA (ABASOVA)

BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 17 iyun.- S.17.