Peşəkar memar, qayğıkeş insan

 

Bu gün - iyunun 17-də memarlıq elmləri doktoru, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, professor, həyatını respublikamızda memarlıq elminin inkişafına həsr etmiş Afiq Talıbovun 80 yaşı tamam olur.

 

Afiq Talıbov 1940-cı il iyunun 17-də Bakı şəhərində, həkimlər ailəsində dünyaya gəlib. 1958-ci ildə Bakı şəhərində orta məktəbi, 1964-cü ildə Moskva Memarlıq  İnstitutunu bitirərək, bir müddət Moskva şəhərində memar kimi fəaliyyət göstərib, sonradan Bakı şəhərinə dönərək aspiranturaya daxil olub. Onun elmi rəhbəri Moskvada yaşayan məşhur memar Smolyar olmuşdu. 1970-ci ildə memarlıq elmləri namizədi, 1990-cı ildə memarlıq elmləri doktoru elmi dərəcələrini, 1992-ci ildə isə professor elmi adını alıb.

 

Afiq Talıbov 1968-ci ildən 1990-cı ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasında laborant vəzifəsindən Akademiya prezidentinin tikinti üzrə müavini vəzifəsinə kim yüksəlmişdi. 1990-cı ildən başlayaraq Azərbaycan Memarlıq İnşaat Universitetində kafedra müdiri, 2005-ci ildən ömrünün sonunadək isə professor vəzifəsini tutmuşdu. 1997-ci ildən 2005-ci ilədək Dövlət Tikinti Arxitektura Komitəsində Memarlıq şəhərsalma baş idarəsinin rəisi vəzifəsində çalışıb. O, memarlıq şəhərsalma sahəsində BMT-nin xətti ilə "Habitat" proqramının Azərbaycan Respublikası üzrə koordinatoru, MDB ölkələrinin dövlətlərarası əməkdaşlığı üzrə 3 müttəfiq komissiyalarda Azərbaycan Respublikasının nümayəndəsi kimi fəaliyyət göstərib. Onun elmi fəaliyyətinin əsas istiqaməti şəhərsalma, rayon planlaşdırılması, landşaft memarlığı, kənd yaşayış məskənlərinin planlaşdırılması, ekologiya  s. olub.

 

Professor Afiq Talıbovun əldə etdiyi elmi nəticələr nüfuzlu jurnallarda 50-dən çox məqalə şəklində çap olunmuş, 20-dən artıq beynəlxalq konfransda məruzələrlə çıxış etmiş, onun elmi işlərinə çoxlu sayda istinadlar verilib.  Azərbaycanın bir sıra rayonlarında yaradılan heykəllərin, Sankt-Peterburq şəhərində ucaldılmış Nizami Gəncəvinin heykəlinin müəlliflərindən olub.

 

Afiq Talıbov çoxlu sayda aspiranta rəhbərlik etmiş, onun tələbələri respublikada bu sahədə fəaliyyət göstərən müxtəlif idarələrdə, məsul vəzifələrdə çalışırlar. Onun yetişdirmələri içərisində İran, Türkiyə, Qazaxıstan bir sıra digər ölkələrin vətəndaşları var.

 

Afiq müəllim sənətinin mütəxəssisi olmaqla yanaşı əsl insani keyfiyyətləri özündə cəmləşdirirdi. Ətrafındakılara böyük diqqət qayğı göstərən, hamıya kömək əlini uzadan, səmimi sadə bir insan idi.

 

Afiq Talıbovun xatirəsi onu tanıyanların, ailəsinin, həmkarlarının tələbələrinin qəlbində əbədi yaşayacaq.

 

Allah rəhmət eləsin!

 

525-ci qəzet.- 2020.- 17 iyun.- S.21.