Elmimizin inkişafina xidmət edən kitabxana

 

 

2020-ci ilin mart ayının 27-də Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 75 ili tamam olur. XX əsrin birinci yarısında AMEA-nın təsis edilməsi Azərbaycan xalqının elmi ictimai fikir tarixində mühüm hadisə olmuş, ölkəmizin sosial-iqtisadi mədəni-mənəvi inkişafında əhəmiyyətli rol oynayıb.

AMEA-nın 75 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 7 fevral 2020-ci il tarixli qərar qəbul edib. Akademiyanın 75 illik yubileyinin qeyd olunması həm elmi mühitimiz, həm respublikamızın ictimai-mədəni həyatı üçün olduqca əlamətdar bir hadisədir. Respublikamızda elmi mühitin canlandırılması inkişaf etdirilməsinə öz töhfələrini verən AMEA Naxçıvan Bölməsində bununla bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. AMEA-nın 75 illiyi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində qəbul edilən "Tədbirlər planı"na müvafiq olaraq AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında "Azərbaycan Milli Elmlər Akademiyası - 75" adlı sərgi təşkil olunub. Sərgidə AMEA-nın təsis edilməsi, inkişaf tarixi, institut təşkilatlarının fəaliyyətini əhatə edən kitab monoqrafiyalar, müxtəlif jurnal qəzet materialları nümayiş olunur. Həmçinin, kitabxanada AMEA Naxçıvan Bölməsinin ən mühüm nəşrlərindən olan "Elmi əsərlər" jurnalının biblioqrafik göstəricisinin hazırlanması da nəzərdə tutulub.

Bu məqamda oxuculara hər zaman yüksək  elmi informasiya xidməti göstərən kitabxananın tarixinə fəaliyyət istiqamətinə birgə nəzər yetirək.

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası yarandığı gündən etibarən hər bir oxucuya yüksək səviyyəli informasiya vermək, onları bu günümüzün elmi, mədəniyyəti ilə tanış etmək, onlara ən son forma üsullarla xidmət göstərmək, öz oxucu auditoriyasını genişləndirərək elmimizə səmərəli informasiya xidməti göstərmək kimi mühüm missiyanı uğurla yerinə yetirməyə çalışır. Kitabxananın əsası 1972-ci ildə Azərbaycan SSREA-nın Mərkəzi Elmi Kitabxanasının şəbəkə kitabxanası kimi Naxçıvan Regional Elm mərkəzinin nəzdində qoyulmuşdur.  Ümummilli lider Heydər Əliyevin AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında verdiyi 2002-ci il 07 avqust tarixli Sərəncamına əsasən həmin ildən Naxçıvan Bölməsinin nəzdində müstəqil elmi kitabxana kimi fəaliyyətini davam etdirməkdədir. Kitabxana universal tipli elmi kitabxana olaraq, fondları əsasən müxtəlif elm sahələrini əhatə edən ədəbiyyatlarla komplektləşdirilir. Kitabxana müxtəlif elmi müəssisələrdə çalışan alimlərə, elmi işçilərə, universitet müəllim tələbələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət göstərir. Kitabxanada iki kitab, jurnal, dövri mətbuat, avtoreferat dissertasiya fondları fəaliyyət göstərir. Azərbaycan rus dillərində kitablarla yanaşı, həm Qərbi Avropa Şərq dillərində olan ədəbiyyatlar da kitabxanada komplektləşdirilir. Kitab fondu 40007, jurnal fondu 19503, avtoreferat fondu 7866, dissertasiya fondu isə 106 nüsxə təşkil edən kitabxanada ənənəvi oxucuların sayı 460, elektron oxucuların sayı 141-dir.

Kitabxana universal xarakterli elmi kitabxana olduğundan fondlar daha çox elmi ədəbiyyatlarla komplektləşdirilib. Muxtar Respublikada çalışan qeyri-akademik müəssisələrdən olan mütəxəssislərə nümunəvi xidmət göstərən kitabxananın bu gün 600-dən artıq oxucusu var.

Azərbaycan kitabxanalarının elektronlaşması, onların inkişaf etmiş dünya kitabxanaları sırasına qatılması Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaranması üçün 2007-ci il aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncam bu sahənin daha da inkişaf etməsini sürətləndirdi. Həmin Sərəncam Naxçıvan Muxtar Respublikasında da müasir tələblərə uyğun kitabxanaların fəaliyyəti üçün geniş zəmin yaratdı. Belə ki, Naxçıvan şəhərindəki elektron kitabxanaların sırasına AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası da qoşuldu. 2013-cü il sentyabr ayının 4-də AMEA Naxçıvan Bölməsinin elektron kitabxanası yaradıldı. Bu məqsədlə 12 terabayt yaddaşı olan əsas ehtiyat server quraşdırıldı, 6 oxucu yeri olan elektron oxu zalı yaradıldı. Kitabxana sürət köçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual səsli izlənməsi üçün bir ədət televizor, mobil elektron lövhə ilə təmin olundu. Kitabxanada lokal şəbəkə internet səhifəsi hazırlandı. 2013-cü ildən etibarən kitabların elektron versiyası hazırlanaraq lokal şəbəkə ya internet vasitəsilə oxuculara təqdim olunur. Kitabxananın e-kitab.ameanb.nmr.az internet saytı hazırlanaraq 2013-cü ildən geniş ictimaiyyətin ixtiyarına verilib. Saytda kitabxananın yaranma tarixi, əsas fəaliyyət istiqaməti, ünvanı yer alıb. Kitablar elektron kataloqlaşdırılaraq "Elektron kataloq" bölməsində oxuculara təqdim olunur. Sayt vasitəsilə kitabxanada keçirilən tədbirlər, təşkil olunan sərgilər haqqında hazırlanan materiallarla da tanış olmaq mümkündür. Sayta davamlı olaraq müxtəlif qəzet jurnal materiallarının elektron variantı yerləşdirilir. Kitabxananın "Elektron kitablar" bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunmuş ayrıca keçidlər kitabların həm əlifba, həm müxtəlif elm sahələri üzrə axtarılmasına imkan yaradır. "Faydalı linklər" bölməsi vasitəsilə Azərbaycanın eləcə dünyanın müxtəlif kitabxanalarının internet saytından istifadə etmək olur. Hal-hazırda kitabxanada inventar sayı 37093 ədəd təşkil edən 15516 kitab elektron kataloqlaşdırılıb, elektron  kartotekalarda müxtəlif mövzulara aid 19376 məqaləyə - 15096 qəzet, 4280 jurnal məqaləsinə, elektron avtoreferatlar kataloqunda 7866 avtoreferata, dissertasiya kataloqunda isə 106 dissertasiyaya  aid biblioqrafik məlumatlar yerləşdirilib. 2000-dən artıq kitabın elektron versiyası hazırlanıb internetdə ya lokal şəbəkədə yerləşdirilib.

Bir sözlə, kitabxanada müxtəlif kitabxana prosesləri - yerli xarici çap məhsullarının digər kitabxana sənədlərinin komplektləşdirilməsi, onların ənənəvi elektron kataloqlaşdırılması, kitabxana-biblioqrafiya, soraq-biblioqrafiya proseslərinin elektronlaşdırılması, elektron soraq-biblioqrafiya aparatının  zənginləşdirilməsi, ədəbiyyatın təbliği, mühafizəsi, fondların mühafizəsi kimi işlər uğurla həyata keçirilir.

Əminik ki, həyata keçirilən bütün bu tədbirlər gələcəkdə daha böyük nailiyyətlər qazanmağa imkan verəcək, Azərbaycan elminin təbliğində kitabxanaların üzərinə düşən missiyanın yüksək səviyyədə yerinə yetirilməsinə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası da öz töhfəsini verəcək.

 

 

Sahab ƏLİYEVA

AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru

 

525-ci qəzet.- 2020.- 18 mart.- S. 10-12.