Milli Kitabxana "Yurdumuza bahar gəlir" adlı virtual sərgi təqdim edir

 

Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. Kitabxananın əməkdaşları fəaliyyət göstərdikləri üçün oxuculara virtual rejimdə xidməti təmin edirlər.

AZƏRTAC xəbər verir ki, martın 17-də Milli Kitabxananın əməkdaşları tərəfindən istifadəçilərə "Yurdumuza bahar gəlir" (http://anl.az/el/vsb/novruz/index.htm) adlı virtual sərgi təqdim edilib.

Sərgidə mövzuya dair həm şəkillər, həm kitablar təqdim olunur. Nümayiş olunan hər bir kitab haqqında ətraflı məlumat verilir.

Eyni zamanda, kitabxananın saytının "Elektron kataloq elektron kitabxana" bölməsində tam elektron mətni olan kitabların biblioqrafik təsvirindən sonra onların linkləri verilib.

 

 

525-ci qəzet.- 2020.- 18 mart.- S. 13.