Qazinin muzey evi
Qəhrəmanlar xalqa müharibələrin
bəxşişidir. Onları tanımaq və
gələcək nəsillərə
tanıtmaq isə bizim vətəndaşlıq
borcumuzdur.
Bu vəzifəni
layiqincə yerinə yetirən insanlardan biri də Namiq
müəllim Əliyevdir. Onu tanıyandan sonra
"qəlbi vətən
eşqi ilə döyünən insan"
ifadəsinin boş söz olmadığını
anladım. Əgər
sizin də yolunuz Namiq müəllimin
yaradıcısı və
direktoru olduğu Mübariz İbrahimov adına Milli Qəhrəmanlar Muzeyinə düşsə,
mənə haqq verəcəksiniz.
- Namiq müəllim,
necə oldu ki, belə bir
muzey yaratmağa qərar verdiniz?
- Özüm
Qarabağ qazisiyəm. Vətən eşqinin nə
demək olduğunu çox yaxşı bilirəm. Elə bu muzeyi yaratmağa da məni bu vətən eşqi sövq etdi. Milli qəhrəmanlar bizim qürur mənbəyimizdir. Mənim
bu muzeyi yaratmaqda əsas məqsədim Milli qəhrəmanlarımızı gənc nəslə daha yaxından tanıtmaq, onlara vətənpərvərlik ruhu
aşılamaqdır.
-Muzey yaratmaq heç də asan iş deyil.
Bu işi təkbaşına
görmək sizə çətin olmadı?
- Bu muzeyi öz mülkümdə yaratmışam. Həmçinin, gördüyünüz bu portret və
heykəlləri almaq üçün o biri evimi satmışam. Bunu heç bir qarşılıq gözləmədən
etmişəm. Vətən üçün
canımız fədadir.
O ki qaldı bu gün muzeyin
idarə edilməsinə,
bu işi böyük zövqlə,
sevə-sevə görürəm.
Gördüyünüz işlərin müəlliflərini
özüm axtarıb
tapıram. İşin keyfiyyətli
olması üçün
əlimdən gələni
edirəm. Həmçinin, muzeydə tez-tez müxtəlif tədbirlər
təşkil olunur.
Tədbirlərin həyata keçirilməsi
ilə birbaşa özüm məşğul
oluram. Muzeydə
Mübariz İbrahimov, Raquf
Orucov, Salatın Əsgərova və digər qəhrəmanlarımızın
portretləri var. Gələn
ziyarətçilərə onların həyatını,
qəhrəmanlıqlarını, keçdikləri döyüş
yolu haqqında geniş məlumat verirəm.
- Muzeyin ziyarətçi
sayı sizi qane edirmi?
- Muzeyə kifayət qədər maraq göstərənlər
var. Məktəblilərdən tutmuş hərbiçilərə
qədər muzeyimizin
müxtəlif yaş
qruplarında qonaqları
olur. Onları birləşdirən əsas dəyər isə vətənpərvərlik
duyğularıdır. Gənc nəslin qəhrəmanlarımızı
tanımağı mənim
üçün prioritet
məsələdir. Onları tanımalı
və tanıtmalıyıq.
- Muzeyin ikinci hissəsi barədə nə deyə bilərsiniz?
- Muzeyin ikinci hissəsi rəsm qalareyası kimi fəaliyyət göstərir. Rəsm qalareyası Mübariz İbrahimov adına
Rəsm qalareyası adlanır. Burada şəhid və
qazi ailələrinin övladları təmənnasız
şəkildə rəsm
dərsləri alır.
Rəsm dərslərinin muzeydə
təşkil olunması
təsadüfi deyil.
Bu mühit uşaqların
vətənpərvər şəxsiyyət
kimi formalaşmasına
mühüm təsir göstərir. Onların çəkdiyi
rəsmlərin əsas
mövzusu da vətənpərvərlikdir.
Mənim
ən böyük arzularımdan biri onların böyüyüb
adlı-sanlı rəssam
olmalarıdır.
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 18 mart.- S. 15.