Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
Beynəlxalq
yazıçılar
günü üçün təbrik sözü
Martın
3-ü Ümumdünya Yazıçılar Günüdür.
Bizim çətin zəmanədə bu, faciəvi peşədir!
Əvvəllər vəziyyət daha yaxşı idi!
İnternet, televiziyada bu qədər proqram, hər kəsin
evində bir neçə kompüter yox idi. Hətta yerli
müəllifin kitabı da böyük tirajlarla nəşr
olunurdu və bütün ölkədə
yayılırdı.
Səni
oxuyub-oxumamaları, kitabını
alıb-almamaları, qəbul
edib-etməmələri vacib
deyildi! Əsas odur ki, sən özün özünü yazıçı
hesab edəsən.
Bu gün çox çətindir! Praktiki olaraq kəndirbaz
peşəsidir. Bir
səhv hərəkət...
və sən uçurumun dibinə yuvarlanırsan! Ən pisi – tək-tənha qalmaq və unudulmaqdır! Yazıçılar acınacaqlı bir
haldadırlar. Bu gün öz qəsəbə və ya kəndinin qaydalarına deyil, bütün dünyanın
tələblərinə uyğun
olmalısan. Əks təqdirdə
başa düşməyəcəklər
və oxumayacaqlar.
İnternetdə populyar “ədəbi”
dillərdə – ingilis,
ispan, fransız, alman, qismən ərəb və çin (axırıncı
ikisi kütləviliyə
hesablanıb) – öz kitablarını yerləşdirənlər
üçün xüsusilə
çətindir. Bu dillərdə kitabların
sayını təsəvvür
edə bilərsiniz?
Yüz milyonlarla. Və kitabı elə yazmaq lazımdır ki, dünyada kimsə səni oxumaq istəsin! Çətindir? İnanılmayacaq dərəcədə. Nə üçün Şekspir və Dikkensdən, Tolstoy və Dostoyevskidən, Balzak və Hüqodan, Homer və Dantedən, Nizami və Füzulidən başqa kimisə seçməlidirlər?
Onlar əbədidirlər və
hər zaman onları oxuyacaqlar. Sanki sənin bu
barədə arzulamağa
belə haqqın yoxdur. Ancaq “zirvələri ən cəsur olan fəth edir”! Cəsarətli olmaq, yeniliyə can atmaq lazımdır, çalışmaq
lazımdır! Sən onsuz
da heç kəsə
üstün gələ
bilməyəcəksən. Və bu heç lazım
deyil. Özün nə isə
yaratmalısan, başqalarına
bənzəməyən, tam orijinal. Və bütün bunlara
rəğmən axırıncı
instansiyada özünü
haqlı hesab etməməlisən. Sənin əsərin
kiminsə xoşuna gəlməyə bilər
və bu, normaldır. Kiminsə
xoşuna gələ bilər və o zaman sən xoşbəxtsən! Axı
hər bir yazıçı üçün
ən yüksək mükafat onun oxucularıdır! Heminquey
hesab edirdi ki, yazıçının
vicdanı Parisdəki
etalon kimi olmalıdır!
Ancaq belə! Əgər yalan danışsan, yaltaqlıq, riyakarlıq eləsən, onda özünü həmişəlik
itirəcəksən. Ən əsası isə öz oxucularını həmişəlik
itirəcəksən! Sadəcə
sənə olan inamlarını itirəcəklər!
Əgər səni oxuyurlarsa, əgər səni tərcümə edirlərsə, qiymətləndirirlərsə,
sitat gətirirlərsə,
onda sən özünün insanlara
gərəkli olduğunu
hiss edirsən, sənin
düşüncə və
sözlərinin milyonların
olduğunu başa düşürsən. O zaman
bu sənin nəyə görə yaşadığını, həyatını,
taleyini şərtləndirir!
Yazıçılara rəhminiz gəlsin: indi onların durumu çox çətindir!
Yazıçılara qibtə edin: onlar öz
dünyalarını yaradırlar
və insan qəlblərini idarə edirlər.
Ədəbi sevgiyə, dostluqda sədaqətə, ailə
dəyərlərinə, hər
zaman İblisdən güclü olan Allahın qələbəsinə
inanmağa bizi onlar sövq ediblər.
Əsl yazıçılar öz
xalqının mənəvi
bələdçiləri və
əbədi olaraq vəkilləridir!
Ona
görə də hamımızı Yazıçılar
Günü münasibətilə təbrik edirəm.
Axı biz hamımız əsl
yazıçıların potensial oxucularıyıq
525-ci qəzet.- 2020.- 4
mart.- S.10